Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü il 12 iyul tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin,
büdcədənkənar dövlət
fondları büdcələrinin
tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə
dair Tədbirlər Planı”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 4 Bakı şəhəri,
9 yanvar 2018-ci il
“İşsizlikdən sığorta
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
30 iyun tarixli 765-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü il 12 iyul tarixli 93 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 7, maddə
584; 2008, ¹ 2, maddə 130; 2009, ¹ 11, maddə 936; 2014, ¹ 2, maddə
201; 2016, ¹ 5, maddə 955, ¹ 7, maddə 1343; 2017, ¹ 2, maddə
325, ¹ 5, maddə 984) ilə
təsdiq edilmiş “Dövlət büdcəsinin,
büdcədənkənar dövlət
fondları büdcələrinin
tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə
dair Tədbirlər Planı”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. I bölmənin
adında “Fondu büdcəsinin” sözləri
“Fondunun və işsizlikdən sığorta
fondunun büdcələrinin”
sözləri ilə əvəz edilsin.
2. “Tədbirlərin məzmunu”
sütunu üzrə:
2.1. 1-ci hissədə
“Fondu büdcəsinin”
sözləri “Fondunun
və işsizlikdən
sığorta fondunun büdcələrinin”
sözləri ilə əvəz edilsin;
2.2. 1.1-ci bənd
üzrə:
2.2.1. birinci abzasda “Fondu büdcəsinin” sözləri
“Fondunun və işsizlikdən sığorta
fondunun büdcələrinin”
sözləri ilə,
“göstəricilərin proqnozları”
sözləri “göstəricilər”
sözü ilə əvəz edilsin;
2.2.2. üçüncü
abzasda “və sosial sığorta ayırmaları” sözləri
“, sosial sığorta
və işsizlikdən
sığorta haqları
üzrə ayırmalar”
sözləri ilə əvəz edilsin;
2.3. 1.2-ci bənddə
“Fondu büdcəsinin”
sözləri “Fondunun
və işsizlikdən
sığorta fondunun büdcələri” sözləri
ilə əvəz edilsin;
2.4. 1.3-cü bənd
üzrə:
2.4.1. birinci abzasda
“Fondu büdcəsinin”
sözləri “Fondunun
və işsizlikdən
sığorta fondunun büdcələri” sözləri
ilə əvəz edilsin;
2.4.2. “a”, “c” və “e” abzasları aşağıdakı redaksiyada
verilsin:
“a) Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin büdcə
təsnifatına uyğun
daxilolma mənbələri
üzrə faktiki, gözlənilən və
ilkin proqnoz gəlirləri barədə
müqayisəli məlumatlar;
c) məcburi
dövlət sosial sığorta və işsizlikdən sığorta
haqları üzrə
sığortaedənlərin borcları barədə məlumatlar;
e) Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin büdcə
təsnifatına uyğun
(xərclərin funksional,
iqtisadi və inzibati təsnifatlar üzrə tərkibi göstərilməklə) faktiki,
gözlənilən və
ilkin proqnoz xərcləri barədə
müqayisəli məlumatlar;”;
2.5. 1.4-cü və
1.5-ci bəndlərdə “Fondunun”
sözü “Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin” sözləri
ilə əvəz edilsin;
2.6. 4.1-ci bəndin
“a” abzası aşağıdakı redaksiyada
verilsin:
“a) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin icrası üzrə mədaxil və məxaric əməliyyatları tam şəkildə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Əldə edilən bütün gəlirlər tam həcmdə və vaxtında vahid xəzinə hesabına köçürülür. İlin sonuna xəzinə hesablarının qalıqları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin növbəti ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə yönəldilir;”;
2.7. 4.3-cü bənddə “Fondunun və onun şəhər, rayon şöbələrinin xüsusi kodlu” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun xəzinə” sözləri ilə əvəz edilsin və həmin bəndə ismin müvafiq hallarında “rayon şöbələri” sözlərindən sonra “ismin müvafiq hallarında “Dövlət Məşğulluq Xidmətinin yerli şöbələri” sözləri əlavə edilsin.
3. “Əhatə olunan dövr” sütunu üzrə 1.3-cü bəndin “a” abzasında “Keçən ilin sonuna faktiki və cari ilin sonuna gözlənilən” sözləri “Son 2 il, cari il, növbəti büdcə ili və gələn 3 il üçün” sözləri ilə əvəz edilsin.
4. 1.1-ci bəndin ikinci abzası ləğv edilsin.
5. 1.3-cü bəndin “b”, “d” və “ə” abzasları ləğv edilsin.
6. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 11 yanvar.- S.4.