“Pedaqoji profilli ixtisaslar üzrə ali və
orta ixtisas təhsili
müəssisələrini bitirmiş və
ümumi təhsil müəssisələrində
işə başlamış gənc mütəxəssislər
üçün əlavə güzəştlər
və stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 8
Bakı şəhəri, 11 yanvar
2018-ci il
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 358; 2014, № 8, maddə 1012) 1-ci hissəsinə ikinci halda “həmin” sözündən sonra “və ya digər kənd rayonlarının” sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 12
yanvar.- S.5.