Nakam şəhidlərin “Toy” himni
Əməkdar
artist, tanınmış bədii qiraət ustası Ağalar Bayramov milli
poeziyamızın seçmə nümunələrindən
ibarət canlı ifa silsiləsinə “Toy” adlı yeni
kompozisyasını əlavə etmişdir.
Ramiz Qusarçaylının Aprel döyüşlərində həlak olmuş döyüşçünün ölməz xatirəsinə həsr etdiyi eyniadlı şeir əsasında hazırlanmış təsirli poetik ifa qısa müddətdə internet vasitəsilə yurdsevər gənclərin geniş auditiriyasında populyarlaşmışdır.
Şeirdə nişanlısı Lələtəpə yüksəkliyi üğrunda döyüşdə həlak olmuş igid döyüşçünün nişanlısı olmuş Qızın kənd toyunda yeri-göyü titrədən ruhsal bir oyunu təsvir olunur:
Gözlərində son baxışın göynəyi,
Qollarında son görüşün havası.
Qoxladığı qan xınalı köynəyin,
Yaxasında kor sevdanın yuvası...
Eşqi
viran, dərdi puçur-puçurdu,
O Qız
toyda oynamırdı, uçurdu.
Toy arzusu
ömürlük nisgilə çevrilmiş o Qız şəhid
nişanlısının xatirəsinə sədaqət, ruhuna
təskinlik eşqilə kədərinə toy qurur. O Qız
bu misilsiz oyunu ilə mağardakıların Qarabağ
yaddaşına od vurur, dağı-daşı əridən
çırpıntıları ilə ətrafdakıların
nəzərində üğursuzluqlarımızı və qələbələrimizi
canlandırır. Bu oyunla sanki:
Qurd
çölündə çadır yeri oynadı,
Güləbirtdə
abır yeri oynadı,
Gülablıda
qəbir yeri oynadı
Dözüm
yeri, səbir yeri oynadı.
Toy
payı düşmən gülləsilə çiliklənmiş
nakam Qızın bu dəhşətli oyununun
ağrı-acılı mənzərəsini hüznlü
misralardan kədərli-öyünclü bir tamaşaya
çevirən mahir qiraət ustası hər sözün,
misranın ifadə etdiyi mənanı nisgilli səsi, kövrək
pıçıltısı, yanğılı
hönkürtüsü və sərt
hayqırışı ilə canlandırır,
adamları coşdurur, titrədir.
Və nəhayət, qələbə ilə sonuclanan təntənəli
zirvəyə yüksəldir:
Qara zurna
dağ çəkirdi zilə dağ,
Qələbəyə
susamışdı Lələdağ,
Ermənilər
görməmişdi belə dağ...
Vətənpərvərlik
mövzusunda ən yaxşı şeirlərə
döyüş, cəngi əhvalı gətirən, nadir
ifası ilə gəncliyi qeyrət
və hünərə səsləyən Ağalar Bayramovun
yeni “Toy“ kompozisiyası nakam şəhidlərimizin xatirəsinə “Toy” himni kimi səslənir.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2018.- 16 yanvar.- S.8.