“Dövlət məktəbəqədər
təhsil müəssisəsini maliyyələşdirmə normativləri”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
№ 12
Bakı şəhəri,
12 yanvar 2018-ci il
“Məktəbəqədər təhsil
haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel
tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli
Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1.
“Dövlət məktəbəqədər təhsil müəssisəsini
maliyyələşdirmə normativləri” təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, həmçinin
müvafiq mərkəzi və yerli icra hakimiyyəti
orqanları bu qərardan irəli gələn məsələləri
həll etsinlər.
Bu qərar dərc olunduğu gündən qüvvəyə
minir.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Qeyd: Qərara
edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və
www.xalqqazeti.com saytlarında
tanış ola bilərsiniz.
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2018-ci il 12 yanvar
tarixli
12 nömrəli qərarı ilə
təsdiq
edilmişdir.
Dövlət
məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə
normativləri
1.
Ümumi müddəalar
1.1.
Dövlət məktəbəqədər təhsil müəssisəsini
maliyyələş-dirmə normativləri “Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci
maddəsinə uyğun olaraq dövlət məktəbəqədər
təhsil müəssisələrinin büdcədən maliy-yələşdirilməsi
üçün saxlanma xərclərinin
proqnozlaşdırılması məqsədi ilə
hazırlanmışdır.
1.2.
Dövlət məktəbəqədər təhsil müəssisəsini
maliyyələş-dirmə normativləri Azərbaycan
Respublikasının ərazisində fəaliyyət göstərən
dövlət məktəbəqədər təhsil müəssisələrinin
cari fəaliyyətini həyata keçirmək
üçün vahid büdcə təsnifatına uyğun
büdcə vəsaitlərinə olan tələbatı
müəyyən etmək məqsədi ilə tətbiq
edilir.
2. Maliyyələşdirmə
normativlərinin hesablanması
2.1.
Dövlət məktəbəqədər təhsil müəssisələrinin
növbəti maliyyə ili
üçün xərc növləri üzrə maliyyələşdirmə
normativ-lərinin həddinin formalaşması qanunla müəyyən
edilən müdafiə olunan xərc maddələri istisna
olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə
təxsisatlarının həddindən asılı olaraq
müəyyənləşdirilir və xərclər
aşağıdakı istiqamətlər üzrə
aparılır:
2.1.1.
“Ştatda olan işçilərin əməkhaqqı” və
“Əməyin ödənişi ilə bağlı sair pul
ödənişləri” xərc normativlərinin
hesablanması
“Ştatda olan işçilərin əməkhaqqı” xərc
normativinə ştatda olan işçilərin və
qulluqçuların pul formasında aldıqları vəzifə
(tarif) maaşı, vəzifə maaşına əlavə və
istifadə edilməmiş məzuniyyətə görə kompensasiya
(pul təminatı) ilə bağlı xərclər daxildir.
“Əməyin
ödənişi ilə bağlı sair pul ödənişləri”
xərc normativinə işçilərə verilən
mükafatlar, maddi yardımlar, həmçinin istirahət,
bayram və ümumxalq hüzn günü işə
çıxan işçilərə əlavə iş
saatlarına görə verilən ödənişlərlə
bağlı xərclər daxildir.
Təhsilverənlərin
(pedaqoji işçilər) və təlim-tərbiyə
prosesində iştirak edən digər işçilərin əməkhaqqı
hədləri Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən təsdiq edilən Vahid Tarif Cədvəlinə
uyğun müəyyənləşdirilmiş əməyin
ödənişi dərəcələri nəzərə
alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
57-ci maddəsinə uyğun olaraq təhsil sahəsi
işçilərinin qulluqçu vəzifələrinin Vahid
Tarif-İxtisas Sorğu Kitabçasına əsasən müəyyən edilir.
2.1.2.
“Əməkhaqqına üstəlik” xərc normativinin
hesablanması
Bu istiqamət
üzrə xərc normativinə işəgötürənlərin
Azərbaycan Respublikasının “Sosial sığorta
haqqında”, “İcbari tibbi sığorta haqqında” (bu
sığorta növü tətbiq edilən ərazilərdə)
və “İşsizlikdən sığorta haqqında”
qanunlarına əsasən müəyyənləşdirilmiş
hədlərdə sığorta ayırmaları üzrə xərcləri
daxildir. Həmin ayırmalar hesabına
formalaşan xərc müəssisədə
çalışan işçilərə hesablanmış əməkhaqqı
fonduna nisbətdə ödənilir.
Normativin
hesablanması:
Burada, Nə.üst.
- illik əməkhaqqına üstəlik
norması (manatla), ƏHF - əməkhaqqı fondu, MDSSH –
işçilərin hesab-lanmış əməyin ödənişi
fondunun və məcburi dövlət sosial
sığortasına cəlb olunan digər gəlirlərinin
müəyyən edilmiş faiz ifadəsində olan haqdır.
Həmin ayırmalar hesabına formalaşan xərc
müəssisədə çalışan işçilərə
hesablanmış əməkhaqqı fondunun 22 faizi
miqdarında ödənilir.
2.1.3. “Dəftərxana,
təsərrüfat və mətbəə ilə
bağlı” xərc normativinin hesablanması
2.1.3.1. “Dəftərxana
və təsərrüfat” xərcləri üzrə
normati-vinin hesablanması
Bu istiqamət
üzrə xərc normativinə müxtəlif növ
kağızların, o cümlədən faks, fotosurət
üçün kağızların, rəsmxət və
istifadə edilən digər yazı ləvazimatlarının
alınması, hesablama texnikası və avadanlıqlarına
göstərilən xidmət haqları, dezinfeksiya xərcləri,
plastik kartların alınması ilə əlaqədar xərclər
və bu növ digər xərclər daxildir.
Normativin
hesablanması:
Ndəf.təsər.=Suşaq * Syl. * Qyl+(Qpk * Sişçi)+ DX
Burada, Ndəf.təsər.
- dəftərxana və təsərrüfat xərclərinin
illik norması (manatla), Suşaq - uşaqların sayı, Syl.
- “Azərbaycan Respublikasında minimum istehlak səbətinin
formalaşdırılması və yaşayış
minimumunun hesablanması metodikası” (bundan sonra-Metodika) ilə
müəyyən edilmiş, il ərzində orta hesabla
adambaşına düşən yazı ləvazimatının
sayı, Qyl - cari il üçün müəyyənləşdirilən
yazı ləvazimatının satınalma qiymətlərinin
yuxarı həddi, Qpk - əməkhaqqı üçün
plastik kartların alınmasına çəkilən xərclər,
Sişçi – işçilərin sayı, DX – illik dəftərxana
və təsərrüfat xərclərinin 10 faizi həcmində
digər xərclərdir.
2.1.3.2. “Mətbəə
xərcləri” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə
bütün növ forma, buklet, statistik, kargüzarlıq
blanklarının və müxtəlif cədvəllərin, sənədlərin
cildlənməsi, tikilməsi, mətbəə və nəşr
ilə əlaqədar xərclər və bu qəbildən
olan digər xərclər daxildir.
Normativin
hesablanması:
Nmət.
= Suşaq. * Syl. * Qmm.
Burada, Nmət.
- mətbəə xərclərinin illik norması (manatla),
Suşaq. – uşaqların sayı, Syl. –
Metodikaya əsasən il ərzində orta hesabla
adambaşına düşən yazı ləvazimatının
sayı, Qmm. - cari il üçün müəyyənləşdirilən
mətbəə məhsul-larının qiymətlərinin
yuxarı həddidir.
2.1.4.
“İdarənin sair xərcləri” xərc normativinin
hesab-lanması
Bu istiqamət üzrə xərc normativinə istənilən
növ mal və materialların alınması xərcləri
daxildir.
Normativin
hesablanması:
Nidarə sair. = Suşaq. * Stm. * Qtm.
Burada, Nidarə sair. - idarənin illik
sair xərc norması (manatla), Suşaq. - uşaqların
sayı, Stm. - Metodikaya əsasən il ərzində orta hesabla
adambaşına düşən təsərrüfat
mallarının sayı, Qtm. - cari il üçün müəyyənləşdirilən
təsərrüfat mallarının satınalma qiymətlərinin
yuxarı həddidir.
2.1.5.
“Cari təmir xərcləri” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə əmlakın
cari təmiri, habelə cari təmirlə bağlı
mal-materialların alınması üzrə xərclər
daxildir.
Normativin
hesablanması:
Nct. = Dəf. * Kamort.
Burada, Nct. - illik cari təmir norması (manatla), Dəf. -
əsas fondların dəyəri, Kamort. - əsas
fondların cari il ərzində aşınmasını faizlə
ifadə edən amortizasiya əmsalıdır.
2.1.6.
“Ölkədaxili ezamiyyələr” xərc normativinin
hesab-lanması
Bu istiqamət üzrə xərc normativinə ölkə
daxilindəki ezamiyyələr və xidməti səfərlər
zamanı gediş-gəliş, gündəlik və mehmanxana xərcləri,
kompensasiya ödənişləri, xidməti səfərlərə,
kurslara və təhsil müəssisələrinə,
sessiyalara, müşavirə və konfranslara göndərilməsi
ilə bağlı xərclər daxildir.
Normativin
hesablanması:
Nezam.= Sezam. * Sgün * N1 gün
Burada,
Nezam. - illik ölkədaxili ezamiyyələr
və xidməti səfərlərin norması (manatla), Sezam. -
ezamiyyələrin sayı, Sgün – bir ölkədaxili ezamiyyətdə
və xidməti səfərdə olma günlərinin orta
sayı, N1 gün - ölkədaxili ezamiyyələrin və
xidməti səfərlərin bir günlük
normasıdır.
2.1.7.
“Elektrik enerjisi haqqının ödənilməsi” xərc
norma-tivinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə
sayğacın göstərişinə əsasən istifadə
olunan elektrik enerjisinin dəyərinin ödənilməsi ilə
bağlı xərclər daxildir.
Vəsaitin proqnozlaşdırılması sayğac
göstəricilərinə uyğun istifadə olunmuş
elektrik enerjisi üzrə ortaillik sərfiyyatla bağlı təqdim
edilmiş sifariş əsasında həyata keçirilir.
2.1.8. “Qaz
haqqının ödənilməsi” xərc normativinin
hesablanması
Bu istiqamət üzrə xərc normativinə istifadə
olunan qazın dəyərinin ödənilməsi ilə
bağlı xərclər daxildir.
İstilik sistemi quraşdırılmış qaz
cihazlarının texniki göstəricilərinə uyğun təqdim
edilmiş sifariş əsasında, sayğac göstəricilərinə
uyğun illik qaz sərfiyyatı əsasında vəsaitin
proqnozlaşdırılması həyata keçirilir.
2.1.9. “Su
və kanalizasiya xidmətləri haqqının ödənilməsi”
xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
məktəbəqədər təhsil müəssisələrində
istifadə olunan suyun və kanalizasiya xidmətlərinin dəyərinin
ödənilməsi ilə bağlı xərclər daxildir.
Sayğac göstəricilərinə əsasən istifadə
olunmuş su üzrə ortaillik sərfiyyata uyğun və həmin
sərfiyyata görə kanalizasiya xidmətləri üzrə
təqdim edilmiş sifariş əsasında vəsaitin
proqnozlaşdırılması həyata keçirilir.
2.1.10.
“İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi”
xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
istilik sisteminin normal fəaliyyəti üçün sərf
olunan yanacağın (odun, kömür və s.) dəyərinin
ödənilməsi ilə bağlı xərclər daxildir.
2.1.11.
“Digər kommunal xidmətləri haqqının ödənilməsi”
xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə digər
növ kommunal xidmətlərin dəyərinin ödənilməsi,
o cümlədən tullantıların ləğvi və
daşınması, camaşırların yuyulması və bu
növ digər xərclər daxildir. Bu xərclər
üzrə vəsaitin proqnozlaşdırılması məktəbəqədər
təhsil müəssisəsinin sifarişi və müvafiq
hesablamalar əsasında aparılır.
2.1.12.
“Kommunal və kommunikasiya xidmətləri ilə bağlı
digər xərclər” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə digər
kommunal və kommunikasiya xidmətləri ilə bağlı xərclər,
sayğacların quraşdırılması, elektrik, rabitə,
qaz, su və digər xətlərin çəkilişi,
onların cari təmiri və bu işlərlə bağlı
digər xərclər daxildir. Bu xərclər
üzrə tələbat tərtib olunmuş qüsur
aktları əsasında və təqdim edilmiş sifarişə
uyğun həyata keçirilir.
Qeyd. Kommunal və kommunikasiya xidmətlərindən
istifadə müəyyən edilmiş limitlər həddində
həyata keçirilir.
Dövlət məktəbəqədər təhsil
müəssisələrində məskunlaş-mış məcburi
köçkünlər tərəfindən istehlak olunan
kommunal xidmətlərin haqları müəyyən edilmiş
qaydada ödənilir (məcburi köçkünlərin
öz vəsaitləri hesabına və ya Azərbaycan
Respublikasının Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi üçün bu məqsədlə
dövlət büdcəsindən ayrılmış vəsait
hesabına).
2.1.13. “Ölkədaxili telefon
danışıq haqlarının ödənil-məsi” xərc
normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə ölkə
daxilindəki telefon danışıqları, faks xidməti,
telefon-teleqraf rabitə kanallarının icarəsi və sair
xidmətlərlə bağlı xərclər, abunə
haqlarının ödənilməsi xərcləri və bu
növ digər xərclər daxildir.
Normativin
hesablanması:
Ntel. =
Stel.* Htel.
Burada,
Ntel. - illik ölkədaxili telefon
danışıq haqlarının ödənilməsi normativi
(manatla), Stel. -təşkilatda mövcud olan
telefon nömrələrinin sayı (telefon nömrələrinin
sayının 3-dən artıq olmaması şərtilə),
Htel. - bir nömrənin illik abunə
haqqıdır.
2.1.14.
“Beynəlxalq telefon danışıqları haqlarının
ödənil-məsi” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə xarici
ölkələrlə bağlı telefon
danışıqları və faks xidməti ilə
bağlı xərclər daxildir.
Normativin
hesablanması:
Nbey.tel. =
Sbey.tel.* Hbey.tel.
Burada,
Nbey.tel. - illik beynəlxalq telefon
danışıq haqlarının ödənilməsi
norması (manatla), Sbey.tel. - beynəlxalq
telefon danışıqlarının sayı (telefon nömrələrindən
yalnız birinin beynəlxalq çıxışı
olması şərtilə), Hbey.tel. - beynəlxalq
istiqamət-lər üzrə telefon
danışıqlarının haqqıdır.
2.1.15.
“Poçt xidmətlərinin ödənilməsi” xərc
normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
məktəbəqədər təhsil müəssisələri
tərəfindən məktub və bütün növ
poçt və teleqramların göndərilməsi, çap materiallarının
çatdırılması ilə bağlı xərclər
daxildir.
Dövlət məktəbəqədər təhsil
müəssisəsinin faktiki tələbatına uyğun təqdim
etdiyi sifariş əsasında vəsaitin
proqnozlaşdırılması həyata keçirilir.
2.1.16.
“İnternet xidməti haqqının ödənilməsi” xərc
normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
məktəbəqədər təhsil müəssisələri
tərəfindən internet xidmətindən istifadəyə
görə ödənişlər daxildir.
Normativin
hesablanması:
Nint. =
Sint.* Hint.
Burada,
Nint. - illik internet xidməti
haqlarının ödənilməsi norması (manatla), Sint. -təşkilatda internet şəbəkəsinə
çıxışı olan telefon nömrələrinin
sayı, Hint. - internet xidmətləri
haqqıdır.
2.1.17.
“Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin
alınması” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə paltar və
geyimlərin alınması, həmçinin
ayaqqabıların, yataq ləvazimatlarının və dəyişəyin
alınması, təmiri və tikilməsi ilə bağlı
xərclər daxildir.
Normativin
hesablanması:
Nyum. =
Suşaq.* Qyum. - Dmöv.yum.
Burada,
Nyum.- yumşaq inventar, yataq ləvazimatları
və uniformaların illik alış norması (manatla), Suşaq. - dövlət
məktəbəqədər təhsil müəssisəsində
təlim-tərbiyə alan uşaqların sayı, Q - yataq dəstinin
(balışın, ağların, yorğanın və
döşəyin) və uniformanın qiyməti, Dmöv.yum.
- cari ildə
mövcud istifadə olunan yumşaq inventarın dəyəridir.
İstifadə olunan yumşaq inventar, yataq ləvazimatları
və xüsusi geyimlərin amortizasiya müddəti
Metodikanın “2. Qeyri-ərzaq malları” bölməsində
orta hesabla adambaşına düşən istehlak həcminə,
satınalma qiymətlərinin yuxarı həddi isə Azərbaycan
Respublikası Statistika Komitəsinin “Qiymətlər və qiymət
indeksləri bülleteni”ndə göstərilən qiymətlərə
uyğun olaraq həyata keçirilir.
2.1.18.
“Ərzaq məhsullarının alınması” xərc
normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
məktəbəqədər təhsil müəssisələrinin
tipindən, yaş qrupundan, uşaqların qalma müddətindən
(saatla) asılı olaraq, uşaqlar üçün ərzaq
məhsullarının alınmasına sərf edilən xərclər
daxildir.
Normativin
hesablanması:
Nərz.
= Nərz.1 * Qəm. * Sgün.
Burada, Nərz.-
dövlət məktəbəqədər təhsil müəssisələrin-də
uşaqların illik ərzaq norması (manatla), Nərz.1 -
dövlət məktəbəqədər təhsil müəssisəsi
üçün “Təhsil müəssisələrində, xəstəxanalarda
və sosial sahənin digər ictimai müəssisələrində
vətəndaşların qida normalarının tətbiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1994-cü il 9 mart tarixli 103 nömrəli qərarı ilə
müəyyən edilmiş ərzaq norması, Qəm. - cari il üçün müəyyənləşdirilən
ərzaq məhsullarının satın-alma qiymətlərinin
yuxarı həddi, Sgün. – uşaq
günlərinin sayıdır (mövcud qanunvericilikdə nəzərdə
tutulmuş hallar istisna olmaqla, ildə 210 gündən artıq
olmamaq şərtilə).
Dövlət məktəbəqədər təhsil
müəssisələrində uşaqlar üçün ərzaq
məhsullarının orta hesabla adambaşına düşən
istehlak həcmi Metodikanın “1. Ərzaq məhsulları”
bölməsinə, satınalma qiymətləri isə Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin “Qiymətlər
və qiymət indeksləri bülleteni”ndə göstərilən
qiymətlərə uyğun hesablanır.
2.1.19.
“İnventarın alınması” xərc normativinin
hesablan-ması
Bu istiqamət
üzrə xərc normativinə dövlət məktəbəqədər
təhsil müəssisələri tərəfindən təzə
və istifadə olunmuş bütün növ mebellərin, həmçinin
stol, stul, kitab rəflərinin, qrup mebellərinin
(partaların), yumşaq mebellərin, çarpayıların
alınması, quraşdırılması və təmiri ilə
bağlı xərclər və bu növ digər xərclər
daxildir.
Xərc
normativinin hesablanması dövlət məktəbəqədər
təhsil müəssisəsində təlim-tərbiyə alan uşaqların sayı əsasında
faktiki tələbata uyğun aparılır.
2.1.20.
“Avadanlığın alınması” xərc normativinin
hesab-lanması
Bu istiqamət
üzrə xərc normativinə avadanlığın və alətlərin
bütün növlərinin və ya istismar müddəti bir
ildən az olan avadanlıqların
alınması, quraşdırılması və təmiri xərcləri
daxildir.
Normativin
hesablanması:
Navad. =
{Savad.* Qavad.} – Dmöv.avad.
Burada,
Navad. - avadanlığın illik
alış norması (manatla), Savad. - dövlət
məktəbəqədər təhsil müəssisələri
üçün müəyyən edilmiş avadanlıqların
siyahısı, Qavad. – aidiyyəti
avadanlıqların satınalma qiymətlərinin yuxarı həddi
(Azərbaycan Respublikası Statistika Komitəsinin “Qiymətlər
və qiymət indeksləri bülleteni”ndə göstərilən
qiymətlərə uyğun həyata keçirilir),
Dmöv.avad. - cari ildə istifadə olunan
avadanlığın dəyəridir.
2.1.21.
“Digər alışlar və xidmətlər” xərc
normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə məktəb
və rəsm ləvazimatlarının, materiallarının, təlim-tərbiyə
məşğələləri üçün
inventarların, məktəbəqədər təhsil
proqramlarının və digər sənədlərin
alınması ilə bağlı xərclər daxildir.
Xərc
normativinin hesablanması məktəbəqədər təhsil
müəssisəsində təlim-tərbiyə alan uşaqların sayı əsasında
aparılır.
Normativin
hesablanması:
Ndax.= Suşaq.* Sas. * Qaqyh. - Dma. + Hdx.
Burada,
Ndax.- digər alışlar və xidmətlər
üzrə illik norma (manatla), Suşaq. - əyani
vəsaitdən istifadə edən uşaqların sayı, Sas.
– alışların siyahı üzrə
sayı, Qaqyh. - cari il üçün
müəyyənləşdirilən aidiyyəti
alışların satınalma qiymətlərinin yuxarı həddi,
Dma. – cari ildə mövcud istifadə olunan
digər alışların dəyəri, Hdx. – cari ildə
müəyyənləşdirilən digər xidmətlərin
haqqının yuxarı həddidir.
2.1.22.
“Əmək qabiliyyətini müvəqqəti itirməyə
görə verilən müavinətlər və digər
müavinət, təqaüd və transfertlər” xərc
normativinin hesablanması
2.1.22.1.
“Əmək qabiliyyətini müvəqqəti itirməyə
görə verilən müavinətlər” xərc normativinə
qanunvericiliyə uyğun olaraq hesablanmış müvəqqəti
əmək qabiliyyətini itirməyə görə
işçilərə ilk 14 gün üçün işəgötürənin
vəsaiti hesabına ödənilən müavinətlər
üzrə xərclər daxildir. Bu zaman hesablama
əvvəlki ilin faktiki icra məbləği əsas
götürülməklə aparılır.
2.1.22.2.
“Digər müavinət və transfertlər” xərc normativinə
əmək vəzifələrini yerinə yetirərkən xəsarət
almış, peşə xəstəliyinə tutulmuş
işçilərə və yaxud bu səbəblərdən
həlak olmuş işçilərin ailələrinə dəymiş
zərərin ödənilməsi, işçinin vəfatı
ilə əlaqədar əmək müqaviləsinə xitam
verildikdə, vəfat edənin vərəsələrinə
ödənilən müavinət və bu qəbildən olan digər
xərclər daxildir.
2.1.23.
“Sair xərclər” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə cari məqsədlər
üçün nəzərdə tutulmuş malların
alınması və xidmətlərin göstərilməsi ilə
bağlı digər xərclər daxildir.
Bu xərc maddəsi üzrə maliyyələşdirilən
bir sıra tədbirlər (bayram tədbirlərinin
keçirilməsi, idman tədbirlərinin keçirilməsi,
müxtəlif növ əyani vəsaitlərin
alınması) sabit və daimi xarakter
daşımadığından faktiki sifariş əsasında,
lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin
xərc smetasının maliyyə ekspertizası aparılmaqla
həyata keçirilir.
2.1.24.
“Sosial-mədəni və məişət təyinatlı
obyektlərin əsaslı təmiri” xərc normativinin
hesablanması
Bu istiqamət üzrə xərc normativinə əsas vəsaitlərin
əsaslı təmiri ilə bağlı xərclər
daxildir. Həmin xərc normativi Azərbaycan Respublikasında
qüvvədə olan “Dövlət tikinti normativ sənədləri”
sisteminə uyğun müəyyən edilir.
2.1.25.
“Digər maşın və avadanlıqlar” xərc normativinin
hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
məktəbəqədər təhsil müəssisələri
tərəfindən digər maşın və qeyri-istehsal
avadanlıqlarının alınması ilə bağlı xərclər
daxildir.
Normativin
hesablanması:
Nmaş.avad.
= Smə. * Qmə. - Dmöv.maş.avad.
Burada,
Nmaş.avad. - digər maşın və
avadanlıqların illik alış norması (manatla), Smə
- Metodika ilə müəyyən edilmiş, il ərzində
orta hesabla adambaşına düşən məişət əşyalarının
sayı, Qmə - cari il üçün müəyyənləşdirilən
aidiyyəti maşın və avadanlıqların satınalma
qiymətlərinin yuxarı həddi, Dmöv.maş.avad. – cari ildə istifadə olunan maşın və
avadanlıqların dəyəridir.
2.1.26.
“Abadlaşdırma xidmətləri” xərc normativinin
hesablanması
Bu istiqamət üzrə xərc normativinə
abadlaşdırma xidmətlərinin göstərilməsi ilə
bağlı xərclər daxildir.
2.1.27.
Normativlərə daxil edilməyən, lakin ödənişi
zəruri hesab olunan xərclər (fəxri adlara görə təqaüdlər,
müvəqqəti iş qabiliyyətini itirməyə görə
işçilərə ödənilən müavinətlər,
işçinin vəfatı ilə əlaqədar əmək
müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə
ödənilən müavinət və bank xərcləri)
üzrə ödəmələr faktiki tələbata
uyğun olaraq, büdcə təşkilatlarının
sifarişləri əsasında həyata keçirilir.
Xalq qəzeti.- 2018.- 16 yanvar.- S.6.