“Hərbi biletlərin formasının
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il
4 dekabr tarixli 375 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 11
Bakı şəhəri,
12 yanvar 2018-ci il
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2017-ci il
2 oktyabr tarixli 785-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 28
oktyabr tarixli 1643 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 4 dekabr tarixli 375 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, № 12, maddə 1574) ilə
təsdiq edilmiş 2 nömrəli əlavə
- “Ehtiyatda olan zabitin hərbi biletinin forması”nda aşağıdakı dəyişikliklər
edilsin:
1. “Ehtiyatda olan zabitin hərbi biletinin iç üzü”ndə:
1.1. “HƏRBİ
BİLET” hissəsində “AR SHXÇDX-nin __________________________idarəsi
(şöbə və
ya bölməsi)” sözləri “_______________________” sözləri ilə əvəz edilsin; (hərbi bileti verən orqanın adı)
1.2. 11-ci və
12-ci bəndlərdə “SHXÇDX-nin __________idarəsi (şöbə və ya bölməsi)” sözləri “__________________________” sözləri ilə əvəz edilsin; (hərbi bileti verən orqanın adı)
1.3. XI bölmə üzrə:
1.3.1. 2-ci
bənddə “SHXÇDX-nin
rayon və şəhər
idarələrinə (şöbə
və ya bölmələrinə)” sözləri
“hərbi bileti verən orqana” sözləri ilə əvəz edilsin;
1.3.2.
3-cü bənddən “yaşayış
və ya olduqları yer üzrə SHXÇDX-nin idarələrində (şöbə
və ya bölmələrində)” sözləri
çıxarılsın;
1.3.3. 7-ci
bənddə “yer üzrə SHXÇDX-nin
rayon və şəhər
idarə (şöbə
və ya bölmə) rəisinə”
sözləri “orqana” sözü ilə əvəz edilsin;
1.4. hərbi biletin
formasının sonuna
aşağıdakı məzmunda
“Qeyd” əlavə edilsin:
“Qeyd.
Ehtiyatda olan zabitin hərbi biletində “hərbi bileti verən
orqan” dedikdə, Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidmətindən ehtiyata
keçirilmiş zabitlərə münasibətdə Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidməti,
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən
ehtiyata keçirilmiş zabitlərə münasibətdə
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,
digər zabitlərə münasibətdə Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
yerli idarə, şöbə və bölmələri nəzərdə
tutulur.”.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 16
yanvar.- S.6.