Qulamrza Səbri Təbrizi: 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ilielan edilməsi diasporumuzun ideyaca daha da mətinləşməsinə təsir edəcək

 

Bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ilielan etməsi təkcə ölkəmizin geniş ictimaiyyəti arasında deyil, Azərbaycan və türk diaspor təşkilatlarının çoxsaylı nümayəndələri arasında da dərin razılıq hissi ilə qarşılanıb. Bu günlərdə əlamətdar hadisə ilə bağlı redaksiyamıza tez-tez telefon zəngləri daxil olur. Dünən Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi  zəng edərək bunları dedi:

– Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyevin  2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ilielan etməsindən dünyalar qədər sevindim. Hesab edirəm ki, bu hadisə diasporumuzun ideyaca daha da mətinləşməsinə müsbət təsir edəcək. Milli dövlətçilik tariximizdə siyasi varislik ənənələrinə və prinsiplərinə əməl olunması çox təqdirəlayiq haldır.

Qy sivil dünya görsün ki, bizim zəngin və şərəfli tariximiz var. Bəli, müstəqil Azərbaycan dövləti olduqca möhkəm bünövrə üzərində bərqərar olub. Tarixinə, keçmişinə sahib çıxan xalq güclü xalqdır. Azərbaycan xalqı da belə güclü xalqlardan biridir. Mən möhtərəm Prezidentimiz İlham Əliyevin bu qərarını ürəkdən alqışlayıram. Dövlət başçımız cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə xidmət edən müdrik siyasətini uğurla davam etdirməsindən bu gün hər birimiz çox məmnunuq.

 

Söhbəti qələmə aldı:

Məsaim HACIXANLI

 

Xalq qəzeti.- 2018.- 17 yanvar.- S.3