“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər. edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 15

Bakı şəhəri, 16 yanvar 2018-ci il

 

Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin  2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 9, maddə 1138; 2014, ¹ 7, maddə 916, ¹ 8, maddə 1016, ¹ 10, maddə 1325; 2015, ¹ 3, maddə 335, ¹ 6, maddə 775; 2016, ¹ 2 (II kitab), maddə 393, ¹ 3, maddə 626, ¹ 11, maddə 1976; 2017, ¹ 4, maddə 645, ¹ 6, maddə 1234, ¹ 9, maddə 1733; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 491 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. qərara 5 nömrəli əlavə - “Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxeminin “Aylıq vəzifə maaşı (manatla)” sütununda  “135”, “120” və “116” rəqəmləri müvafiq olaraq “150”, “135” və “130” rəqəmləri ilə əvəz edilsin;

1.2. qərara 20 nömrəli əlavə - “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxeminin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “125” rəqəmi “130” rəqəmi ilə əvəz edilsin.

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2018.- 18 yanvar.- S.4.