“Dövlət
büdcəsindən maliyyələşdirilən sahələrdə
çalışan işçilərin Vahid
Tarif Cədvəli ilə müəyyən
edilmiş aylıq tarif
(vəzifə) maaşlarının tənzimlənməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli
qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 14
Bakı şəhəri, 16 yanvar
2018-ci il
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 618; 2017, № 4, maddə 673) 1 nömrəli əlavə - “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin “Aylıq tarif (vəzifə) maaşı (manatla)” sütununda “116”, “121”, “126” və “132” rəqəmləri müvafiq olaraq “130”, “132”, “134” və “136” rəqəmləri ilə əvəz edilsin.
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 18
yanvar.- S.4.