“Narkotik vasitələrin və psixotrop
maddələrin tibbi məqsədlərlə
istifadə edilməsi qaydasının və şərtlərinin,
habelə narkomanlıq xəstəliyinə düçar
olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi
Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli
qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 18
Bakı şəhəri,
19 yanvar 2018-ci il
“Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1668 nömrəli Fərmanının
1.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 187; 2008, ¹ 2, maddələr 123, 130; 2015, ¹ 2, maddə 242; 2016, ¹ 3, maddələr 588, 601, 606, ¹ 10, maddə 1717) ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın “II. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” bölməsinə aşağıdakı məzmunda 1.4-1-ci bənd əlavə edilsin:
“1.4-1. Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulan barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər ixtisaslaşdırılmış tibb müəssisələrində stasionar müalicə olunurlar.”.
2. Bu qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
23 yanvar.- S.3.