“Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 avqust tarixli 330 nömrəli
qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 19
Bakı şəhəri, 19 yanvar 2018-ci il
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1680 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 avqust tarixli 330 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1618) adında və 1-ci hissəsində “Respublika” sözü “tabeliyində” sözü ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 23
yanvar.- S.3.