Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli
182 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların
siyahısı”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 20
Bakı şəhəri, 19 yanvar
2018-ci il
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1680 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1064; 2012, № 6, maddə 638, № 8, maddə 825; 2013, № 3, maddələr 332, 340, № 6, maddə 730, № 9, maddə 1136, № 10, maddə 1214; 2015, № 10, maddə 1214, №12, maddə 1563; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 617 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “I. Büdcədən maliyyələşən müəssisələr” bölməsinin “3. Tibbi mərkəzlər və birliklər” hissəsinin 3.6-cı bəndi ləğv edilsin.
2. “III. Publik hüquqi şəxslər” bölməsinə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
“2. Talassemiya Mərkəzi”.
Artur Rasi-zadə
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 23
yanvar.- S.3.