“Yaşıllıqların müfəssəl
siyahısının tərtib edilməsi qaydası, təyinatı
və onlardan istifadə Qaydası (rejimi)”nın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 21
Bakı şəhəri,
23 yanvar 2018-ci il
“Yaşıllıqların
mühafizəsi haqqında” Azərbaycan Respublikasının
2014-cü il
2 may
tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il
27 iyun tarixli 190 nömrəli Fərmanının 1.1.5-ci
yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə və “Yaşıllıqların mühafizəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2017-ci il 31 oktyabr tarixli 840-VQD nömrəli Qanununun tətbiqi
və “Yaşıllıqların mühafizəsi haqqında”
Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ
nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 8 dekabr tarixli
1718 nömrəli Fərmanına əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Yaşıllıqların
müfəssəl siyahısının tərtib edilməsi
qaydası, təyinatı və onlardan istifadə Qaydası
(rejimi)” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 24 yanvar.- S.3.