Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli qərarı
ilə təsdiq edilmiş
“Çağırışçıların və hərbi
vəzifəlilərin hərbi qeydiyyatının
aparılması Qaydası”nda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 22
Bakı şəhəri,
23 yanvar 2018-ci il
“Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2017-ci il 2
oktyabr tarixli 785-VQD nömrəli Qanununun tətbiqi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 oktyabr tarixli
1643 nömrəli Fərmanının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 939; 2015, ¹ 5, maddə 655;
2016, ¹ 9, maddə 1585; 2017, ¹ 4, maddə 620) ilə təsdiq
edilmiş “Çağırışçıların və
hərbi vəzifəlilərin hərbi qeydiyyatının
aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
1.
1.4-cü bəndə “hərbi vəzifəlilər” sözlərindən
sonra “(bu Qaydanın 1.7-ci bəndində nəzərdə
tutulmuş hərbi vəzifəlilər istisna olmaqla)” sözləri
əlavə edilsin.
2.
Aşağıdakı məzmunda 1.7-ci bənd əlavə
edilsin:
“1.7. Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən
və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin
hərbi qeydiyyatı həmin orqanlar tərəfindən
aparılır.”.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 24 yanvar.- S.3.