“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 18
oktyabr tarixli 1638 nömrəli Fərmanının
icrası ilə əlaqədar Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 23
Bakı şəhəri,
23 yanvar 2018-ci il
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanının 4.3-cü bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasında
avtomobil yollarının
təsnifat göstəriciləri”nin
və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası
və qeydiyyata alınması Qaydaları”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 7, maddə 582; 2007, ¹ 11, maddə 1177; 2008, ¹ 2, maddə
132; 2009, ¹ 8, maddə 677; 2012, ¹ 11, maddə 1197; 2014, ¹ 5, maddə
549, ¹ 10, maddə 1293; 2015, ¹ 2, maddə 214; 2016, ¹ 6, maddə
1214) 1-ci hissəsinin ikinci
abzasında “Azəravtoyol”
Açıq Səhmdar
Cəmiyyətinin” sözləri
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 12, maddə
1227; 2013, ¹ 6, maddə 740; 2016, ¹ 6, maddə 1215) ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini,
vasitə və qurğularını mühafizə
Qaydaları”nın 5.6-cı, 5.7-ci bəndlərində və
5.8-ci bənddə hər
iki halda ismin müvafiq hallarında “Azəravtoyol”
Açıq Səhmdar
Cəmiyyəti” sözləri
ismin müvafiq hallarında “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2006-cı il 6 yanvar tarixli 3 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 1, maddə
36, ¹ 5, maddə 472; 2014, ¹ 6, maddə 747; 2016, ¹ 9, maddə
1585, ¹ 11, maddə 1929; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 6 dekabr tarixli 535 nömrəli qərarı)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının sərhədyanı
ərazilərində, o cümlədən
sərhəd çaylarında,
Xəzər dənizinin
(gölünün) Azərbaycan
hissəsində telekommunikasiya
vasitələrinin və
qurğularının tikintisi,
istismarı və qəza-bərpa işlərinin
aparılması Qaydaları”nın
1.23-cü bəndində “Azəravtoyol”
Açıq Səhmdar
Cəmiyyəti” sözləri
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 1, maddə
57; 2008, ¹ 2, maddə 125; 2013, ¹ 8, maddə 1024; 2016, ¹ 10, maddə
1724, ¹ 11, maddə 1972; 2017, ¹ 6, maddə 1238; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 noyabr tarixli 475 nömrəli qərarı)
ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün
xərclənməsi Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
4.1. 3.2-ci
və 4.1-ci bəndlərdə
“Azəravtoyol” Açıq
Səhmdar Cəmiyyəti”
sözləri “Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
4.2.
3.3-cü bənddə “Azəravtoyol”
Açıq Səhmdar
Cəmiyyətidir” sözləri
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2009, ¹ 7, maddə
601; 2014, ¹ 4, maddə 454; 2016, ¹ 3, maddə 591; 2017, ¹ 1, maddə
129) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili
nəqliyyat vasitələrinin
hərəkət etməsi
və onların hərəkətinə xüsusi
icazənin verilməsi
Qaydası”nın 4.2-ci bəndində
hər üç halda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin” sözləri
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.
6. “Torpaqların alınmasını
zəruri edən dövlət ehtiyacının
və həmin torpaqları alan orqanın müəyyən
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2013-cü il 24 may tarixli
83 nömrəli qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 5, maddə 569; 2017, ¹ 7, maddə 1487) 1-ci hissəsində
“Azəravtoyol” Açıq
Səhmdar Cəmiyyəti”
sözləri “Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə və 2-ci hissəsində
“Azəravtoyol” Açıq
Səhmdar Cəmiyyətinə”
sözləri “Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə”
sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 30 dekabr tarixli 408 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 12, maddə
1682; 2015, ¹ 11, maddə 1416; 2016, ¹ 6, maddə 1217; 2017, ¹ 10, maddə
1927) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı”
informasiya sistemindən
istifadə Qaydaları”nın
4.3.3-cü yarımbəndində “Azəravtoyol” Açıq
Səhmdar Cəmiyyəti”
sözləri “Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 1, maddə
57, ¹ 11, maddə 1417; 2016, ¹ 6, maddə 1193, ¹ 10, maddələr
1725, 1743; 2017, ¹ 4, maddə 636, ¹ 6, maddə 1219, ¹ 10, maddə
1882) ilə təsdiq edilmiş “Müfəssəl
planların hazırlanması,
razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı
orqanların siyahısı”nın
6.10-1-ci bəndində “Azəravtoyol”
Açıq Səhmdar
Cəmiyyəti” sözləri
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 25
yanvar.- S.5.