Görkəmli
şəxsiyyətlərin, xalq, vətən,
dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin
xatirəsinin əbədiləşdirilməsi üzrə
Komissiyanın yaradılması haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
№ 137
Bakı şəhəri, 1 aprel
2019-cu il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət
qarşısında xidmətləri olan
şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi
üzrə aşağıdakı tərkibdə Komissiya yaradılsın:
Komissiyanın sədri
Azərbaycan Respublikası Baş
nazirinin müavini
Komissiyanın katibi
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının humanitar
və sosial məsələlər
şöbəsinin müdiri
Komissiyanın
üzvləri:
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası daxili
işlər nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət
nazirinin müavini
Azərbaycan Respublikası gənclər
və idman nazirinin müavini
Azərbaycan Respublikası təhsil
nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə
nazirinin müavini
Azərbaycan Respublikası maliyyə
nazirinin müavini
Azərbaycan Respublikası əmək
və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət
Komitəsi sədrinin
müavini
Azərbaycan Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin rəisinin
müavini
Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
rəisinin müavini
Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyinin sədrinin müavini
Azərbaycan Respublikası Milli
Arxiv İdarəsinin rəisinin müavini
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Bakı
Şəhər İcra
Hakimiyyətinin başçısı
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
İdarə Heyətinin
sədri.
2. Dövlət müəssisələrinin,
təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi,
onlara görkəmli şəxsiyyətlərin, xalq,
vətən, dövlət
qarşısında xidmətləri
olan şəxslərin
və şəhidlərin
adlarının verilməsi
ilə əlaqədar
daxil olmuş təkliflər və Azərbaycan Respublikasının
Nazirlər Kabineti qarşısında qaldırılmış
vəsatətlər Azərbaycan
Respublikası Nazirlər
Kabineti Aparatının
aidiyyəti şöbələri
tərəfindən araşdırılır
və nəticəsi barədə arayışla
birlikdə baxılması
üçün bu Qərarın 1-ci hissəsi
ilə yaradılan Komissiyaya təqdim edilir.
3. Bu Qərardan irəli gələn digər məsələlər “Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanına əsasən
həll edilir.
4. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin “Şəhidlərin adının
əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması
haqqında” 1995-ci il
10 yanvar tarixli 5 nömrəli və “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin “Şəhidlərin adının
əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması
haqqında” 1995-ci il
10 yanvar tarixli 5 nömrəli qərarında
dəyişikliklər edilməsi
haqqında” 1995-ci il
10 avqust tarixli 181 nömrəli qərarları
ləğv edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.-
4 aprel.- S.6.