Tovuz şəhərinin 2036-cı ilə
qədərki dövrdə inkişafına dair
“Tovuz şəhərinin Baş
planı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 142
Bakı şəhəri,
2 aprel 2019-cu il
“Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının
4.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
təklifini nəzərə alaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Tovuz
şəhərinin 2036-cı ilə qədərki dövrdə
inkişafına dair “Tovuz şəhərinin Baş planı”
təsdiq edilsin (əlavə olunur).
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.- 4 aprel.- S.6.