“Dövlət
ümumi təhsil müəssisələrində
çalışan bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan müəllimlərin, həmin
müəssisələrin direktor və direktor müavinlərinin
vəzifə maaşları sxeminin və məbləğlərinin,
vəzifə maaşlarına əlavələrin məbləğlərinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli
Qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 153
Bakı şəhəri,
10 aprel 2019-cu il
“Minimum
aylıq əməkhaqqının artırılması və
“Minimum aylıq əməkhaqqının artırılması
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25
dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının
2.1-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 7, maddə 1349; 2018, ¹ 3, maddə 612, ¹ 11, maddə 2432) 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“4. Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarına
1 nömrəli əlavə - “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin 18-ci dərəcəsinə uyğun olaraq, direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilsin.”.
2. Bu Qərar
2019-cu il martın 1-dən tətbiq edilir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2019.- 11 aprel.- S.8.