İlham Əliyev müasir
inkişaf modelinin müəllifidir
Fransanın “Opinion Way” şirkətinin
bu ilin martında
Azərbaycanda keçirdiyi
rəy sorğusu Prezident İlham Əliyevin yenə də öz seçicilərinin yüksək
etimadını qazandığını
təsdiq etdi. Sorğunun nəticələrinə
görə, respondentlərin
80,1 faizi ölkədəki mövcud
ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını
Prezidentin fəaliyyətinin
ən uğurlu nəticəsi kimi dəyərləndirib.
Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə,
İlham Əliyev ölkə seçicilərinin mütləq
çoxluğunun səsini
qazana bilər.
Dövlət başçısı İlham
Əliyevin prezident seçkilərindən sonra
imzaladığı ilk fərman
Vətən uğrunda
həlak olmuş şəhidlərimizin ailələrinə,
onların vərəsələrinə
11 min manat həcmində
yardım göstərilməsi
barədə olub. Bu sahədə
böyük işlər
görülmüş və
təkcə keçən
il şəhid ailələrinə və
onların vərəsələrinə
34,1 milyon manat vəsait ödənilib.
Prezident
İlham Əliyevin seçkiqabağı vədlərinin
yerinə yetirilməsinin
qiymətləndirilməsinə dair “Opinion Way”in sualına respondentlərin
bütövlükdə 75,6
faizi müsbət cavab verməsi hazırkı ictimai-siyasi mənzərəni tam göstərməyə
əsas verir.
Prezidentin son bir ildə həyata
keçirdiyi struktur və kadr islahatları
dövlət idarəetməsinin
səmərəliliyinin artırılması,
şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar
kadr bazasının formalaşdırılması və
layiqli namizədlərin
mühüm vəzifələrə
irəli çəkilməsi
kimi məsələlərin
həlli istiqamətində
ciddi addım olub. Bu, son bir ilin ən ciddi
uğurlarından biridir.
Son zamanlar keçirilən
bütün sorğularda
Azərbaycanda dövlət
idarəçiliyinin təkmilləşdirilməsi
sahəsində görülən
tədbirlər yüksək
qiymətləndirilib.
Əməkhaqlarının, təqaüdlərin artırılması,
problemli kreditlərin həlli, şəhid ailələrinə verilən
kompensasiyalar, qaçqınların
mənzillə təmin
olunması ilə bağlı görülən
işlər Prezidentin
xalqımızla birlikdə
olduğunu bir daha sübut edir. Regionlara səfəri zamanı
Prezident insanlarla birbaşa ünsiyyətə
girərək onları
maraqlandıran, narahat
edən məsələləri
müzakirə edir və onlardan təkliflər qəbul edir. Bu, idarəçilikdə
Prezidentimizin yeni və mühüm addımıdır. Biz onu birmənalı müdafiə edirik.
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan
iqtisadi, sosial və digər sahələrdə böyük
inkişaf mərhələləri
keçib, insanların
həyat şəraiti
yüksəlib və ölkəmizin beynəlxalq
aləmdə mövqeləri
daha da möhkəmlənib. Bu reallıqlar İlham Əliyevin siyasi reytinqini dünya miqyasında yüksək səviyyəyə qaldırıb.
Müasir inkişafın Azərbaycan
modeli ilə bu gün bütün
dünya maraqlanır. Bu modelin müəllifi dövlətimizin başçısı
İlham Əliyevdir.
Fikrimcə, bu modelin ən mühüm tərkib hissəsi milli-mənəvi dirçəlişimizdir,
o cümlədən milli
tariximizin saxtalaşdırmalar
və təhriflərdən
təmizlənməsidir. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun fəaliyyəti
də ölkə rəhbərinin daim diqqət mərkəzindədir.
Prezidentin təşəbbüsü, çağırışları və tapşırıqları
əsasında son 15 ildə
Tarix İnstitutunda
500-ə yaxın tədqiqat
əsəri işıq
üzü görüb.
Prezident tarixçilərin arxasında
durmasaydı, biz bu tədqiqatları apara bilməzdik. Prezidentimizə minnətdarıq.
Prezident
İlham Əliyevin sərəncamı ilə
2012-ci ildə Qarabağın,
Naxçıvanın və
İrəvan xanlığının
tarixinə dair silsilə əsərlərə
görə Tarix İnstitutunun 13 əməkdaşına
Azərbaycan Respublikasının
Dövlət mükafatı,
mənə isə həm də 2019-cu ildə 1-ci dərəcəli
“Əmək” ordeni verilib.
Son bir ilin uğurları növbəti
illər üçün
böyük stimuldur. Ötən
il ölkəmizdə
“Azərbaycan Xalq Cümhuriyyəti ili”, bu il isə
“Nəsimi ili” elan edilib. Bu
kimi önəmli addımlar xalqımızın
zəngin tariximizə,
ədəbiyyatımıza, mədəniyyətimizə, milli-mənəvi
dəyərlərimizə sahibliyinin
təsdiqidir. Prezident
İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında
“Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında” sərəncamlarına
uyğun olaraq, Tarix İnstitutu Bakıda, bölgələrimizdə
və xarici ölkələrdə beynəlxalq
və respublika səviyyəli elmi konfranslar təşkil edib.
Dövlətimizin əsas məqsədi işğal olunmuş torpaqları düşmənlərdən
təmizləmək və
ölkəmizin ərazi
bütövlüyünü bərpa etməkdir. Biz tarixçilər inanırıq
ki, xalqımız nəinki Qarabağdakı
yurd yerlərinə, həmçinin gələcəkdə
İrəvan, Zəngəzur
və Göyçə
ellərinə də qayıdacaq. İlham
Əliyevin ətrafında
sıx birləşməklə
biz bu qələbələrə
hökmən nail olacağıq.
Prezident İlham
Əliyev böyük dövlətlərə
və güc mərkəzlərinə
nisbətən kiçik dövlətə
rəhbərlik etsə də, qlobal miqyasda böyük
dövlət xadimidir. Fikrimcə o, bu mürəkkəb qloballaşan dünyanın ən ağır
problemlərini həll etməyə qadir olan dövlət xadimidir.
O, doğma torpağını,
xalqını müasir dünyanın zirvəsində
olan dövlətlər, xalqlar
sırasına qovuşdurmaq uğrunda mübarizə aparır. Bu mübarizədə uğurlarımız
artdıqca dövlətə və onun
başçısına qarşı geniş
miqyasda əngəllər törətmək
meyilləri də baş qaldırır. Biz tarixçilər bundan
əvvəl olduğu kimi,
bundan sonra da həmişə Prezidentimizin
yanında olacağıq. Mən bir tarixçi və Milli Məclisin
deputatı kimi xalq
içərisində Prezidentə olan böyük sevginin də
şahidiyəm. Xalq onu
idarə edən müdrik dövlət
başçılarını heç zaman unutmur. Bu gün də xalqın içərisində bir zamanlar
başçılıq etdiyi böyük Səfəvi imperiyasını başdan-başa dolaşan,
xalqının ehtiyaclarını öyrənən və ailələrlə
görüşən “şah oğlu Şah Abbas”la bağlı deyimlər,
rəvayətlər sevilə-sevilə danışılmaqdadır.
Qürur hissi
keçirirəm ki, Prezident
ölkəmizin işıqlı gələcəyi naminə ən
cəsarətli addımlarını atanda
xalq “O, Heydərin oğludur,
ancaq Heydərin oğlu
belə addımlar ata bilər”, – deyə
ürəkdolusu sevinclərini biruzə verir.
Xalq içərisində Prezidentimizlə
bağlı bu cür
deyimlər gəzib-dolaşmaqdadır. Ali
Baş Komandan bir sərkərdə kimi daim əsgərlərinin yanındadır. Ordusunu gücləndirmək
qayğısına qalır. Əsgərlərlə bir süfrədə yemək yeyir.
Mən bir tarixçi
olaraq onun simasında bir zamanlar ölkəmizi öz əsgərləri ilə birləşərək,
əsgər həyatı keçirərək bütün
işğalçılardan təmizləyən qüdrətli
Nadir şahı görürəm. Arzu edirəm ki, ölkə
başçımız prezidentliyi
dövründə müzəffər ordumuzun
başında bütün
torpaqlarımızı işğalçılardan təmizləsin
və Azərbaycan tarixinə xilaskar Prezident kimi daxil olsun. Mən buna inanıram.
Yaqub MAHMUDOV,
AMEA Tarix İnstitutunun direktoru,
Milli Məclisin deputatı, akademik
Xalq qəzeti.- 2019.- 13
aprel.- S.6.