Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və strukturunun təsdiq
edilməsi haqqında” 2010-cu il 15 fevral tarixli 36 nömrəli,
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin
və strukturunun təsdiq edilməsi
haqqında” 2010-cu il 23 dekabr
tarixli 240 nömrəli, “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və strukturunun təsdiq
edilməsi barədə” 2014-cü il 24 yanvar tarixli 18 nömrəli,
“Hərbi Ovçuluq İttifaqı” Məhdud
Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2014-cü il 13 fevral tarixli 44 nömrəli,
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və strukturunun təsdiq
edilməsi barədə” 2014-cü il 25 iyun tarixli 201 nömrəli,
“Milli Nüvə Tədqiqatları Mərkəzi”
Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2014-cü il 3 dekabr tarixli 382 nömrəli,
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və strukturunun təsdiq
edilməsi barədə” 2015-ci il 14 may tarixli 190 nömrəli,
“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində
“Şahdağ Turizm Mərkəzi”
Qapalı Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və Strukturunun təsdiq
edilməsi barədə” 2015-ci il 18 dekabr tarixli 391 nömrəli,
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və strukturunun təsdiq
edilməsi barədə” 2016-cı il 11 may tarixli 187 nömrəli,
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və strukturunun təsdiq
edilməsi barədə” 2016-cı il 4 oktyabr tarixli 375 nömrəli
qərarlarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 162
Bakı şəhəri,
11 aprel 2019-cu il
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1295-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 744 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010,
¹ 2, maddə 156; 2013, ¹ 6, maddə 766; 2014, ¹ 5, maddə 575; 2016,
¹ 3, maddə 580, ¹ 4, maddə 792; 2017, ¹ 8, maddə 1613) ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 5.5-2-ci bənd əlavə edilsin:
“5.5-2. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 12, maddə 1121; 2012,
¹ 9, maddə 918; 2014, ¹ 6, maddə 747, ¹ 9, maddə 1125; 2016, ¹ 3, maddə 581; 2017, ¹ 10, maddə 1882; 2018, ¹ 3, maddə 591) ilə təsdiq edilmiş “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 5.5-2-ci bənd əlavə edilsin:
“5.5-2. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli Qərarı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 1, maddə 67, ¹ 10, maddə 1321; 2016, ¹ 3, maddə 584, ¹ 5, maddə 957, ¹ 8, maddə 1428,
¹ 11, maddə 1978; 2018, ¹ 7 (II kitab), maddə 1620; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 fevral tarixli 48 nömrəli Qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 8.5-2-ci bənd əlavə edilsin:
“8.5-2. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014,
¹ 2, maddə 199; 2016, ¹ 3, maddə 582; 2017, ¹ 9, maddə 1757) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”nin 5.5-1-ci bəndində “, İdarə Heyətinin sədri və ya üzvləri” sözləri “sədri və ya üzvləri, Cəmiyyətin direktoru,” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 25 iyun tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 6, maddə 754; 2016, ¹ 3, maddə 583; 2017, ¹ 12 (II kitab), maddə 2511) ilə təsdiq edilmiş “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 8.5-2-ci bənd əlavə edilsin:
“8.5-2. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 dekabr tarixli 382 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 12, maddə 1660; 2016, ¹ 3, maddə 585) ilə təsdiq edilmiş “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 8.5-2-ci bənd əlavə edilsin:
“8.5-2. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 5, maddə 671; 2016, ¹ 2 (II kitab), maddə 391, ¹ 3, maddə 586; 2017, ¹ 10, maddə 1875; 2018, ¹ 6, maddə 1347, ¹ 7 (II kitab), maddə 1658) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 8.7-ci bənd əlavə edilsin:
“8.7. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 dekabr tarixli 391 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1588; 2017,
¹ 9, maddə 1760, ¹ 10, maddə 1932) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 8.6-1-ci bənd əlavə edilsin:
“8.6-1. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli 187 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016,
¹ 5, maddə 947) ilə təsdiq edilmiş “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 9.5-1-ci bənd əlavə edilsin:
“9.5-1. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı Müşahidə Şurasına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, Müşahidə Şurasının qərarı əsasında həyata keçirilə bilər.”.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 oktyabr tarixli 375 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 10, maddə 1694) ilə təsdiq edilmiş “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 9.5-1-ci bənd əlavə edilsin:
“9.5-1. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı Müşahidə Şurasına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, Müşahidə Şurasının qərarı əsasında həyata keçirilə bilər.”.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 17 aprel.- S.7.