Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
“Fövqəladə hallar orqanları əməkdaşlarının
sosial və maddi təminatı
haqqında” 2011-ci il 4 may
tarixli 67 nömrəli, “Ali
təhsil müəssisələrinin bakalavriat
və magistratura səviyyələrində,
əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2013-cü il 24 dekabr
tarixli 348 nömrəli və “Orta ixtisas təhsili müəssisələrində
kredit sistemi ilə tədrisin
təşkili Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2013-cü il 26 dekabr
tarixli 354 nömrəli qərarlarında
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
№ 167
Bakı şəhəri,
12 aprel 2019-cu il
“Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 960 nömrəli Sərəncamının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011,
№ 5, maddə 441; 2014, № 2, maddə 213; 2017, № 4, maddə 620; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2019-cu il 7 mart tarixli
80 nömrəli Qərarı)
ilə təsdiq edilmiş
1 nömrəli əlavə
- “Fövqəladə hallar
orqanları əməkdaşları
üçün qanunvericiliklə
müəyyən edilmiş
bəzi ödənişlərin
hesablanması və ödənilməsi Qaydası”nın
1.2-ci bəndində “dövlət
büdcəsinin vəsaiti
hesabına təhsil alan tələbələr
üçün” sözləri
“tələbələr üçün
dövlət büdcəsinin
vəsaiti hesabına”
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, № 12, maddə
1638; 2016, № 6, maddə 1202; 2017, № 6, maddə 1232; 2018, № 3, maddə
589) ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat
və magistratura səviyyələrində, əsas
(baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit
sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.24-cü yarımbəndinin
ikinci cümləsinə
“qazanarsa” sözündən
sonra “(ümumi orta müvəffəqiyyət
göstəricisi nəzərə
alınmaqla, fənlər
üzrə akademik nailiyyətlərinə görə)”
sözləri əlavə
edilsin.
3. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, № 12, maddə
1644; 2018, № 1, maddə 126) ilə
təsdiq edilmiş “Orta ixtisas təhsili
müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın
3.2.25-ci yarımbəndinin ikinci
cümləsinə “qazanarsa”
sözündən sonra
“(ümumi orta müvəffəqiyyət göstəricisi
nəzərə alınmaqla,
fənlər üzrə
akademik nailiyyətlərinə
görə)” sözləri
əlavə edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.- 17 aprel.- S.7.