“Bakı Dövlət
Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
ą 172
Bakı şəhəri,
16 aprel 2019-cu il
“Publik
hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının
2.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1.
“Bakı Dövlət Universitetinin Nizamnaməsi” təsdiq
edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət
Universitetinin “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirləri
görməsini təmin etsin.
3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il
16 aprel
tarixli 172 nömrəli Qərarı
ilə
təsdiq edilmişdir.
Bakı Dövlət Universitetinin
NİZAMNAMƏSİ
1.
Ümumi müddəalar
1.1.
Universitet “Bakı Dövlət Universitetinin və Azərbaycan
Dövlət İqtisad Universitetinin yenidən təşkili
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21
iyun tarixli 3020 nömrəli Sərəncamına əsasən,
Bakı Dövlət Universitetinin Azərbaycan Respublikası Təhsil
Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik
olan Bakı Dövlət Universitetinə çevrilmə yolu
ilə yenidən təşkili nəticəsində
yaradılmışdır və onun hüquqi varisidir.
1.2.
Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə
məşğul olub, “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr
üzrə ali təhsil, habelə orta
ixtisas və əlavə təhsil proqramlarını həyata
keçirən, “Elm haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji,
pedaqoji-metodiki və tətbiqi elmi-tədqiqatlar aparan publik
hüquqi şəxsdir.
1.3.
Universitet öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının Mülki Məcəlləsini, Azərbaycan
Respublikasının “Publik hüquqi şəxslər
haqqında”, “Təhsil haqqında”, “Elm haqqında”
qanunlarını və digər normativ hüquqi
aktlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin
əmr və sərəncamlarını və öz Nizamnaməsini
rəhbər tutur.
1.4.
Universitetin müstəqil balansı, istifadəsində olan
dövlət əmlakı, bank hesabı, üzərində Azərbaycan
Respublikası Təhsil Nazirliyinin və öz adı həkk
olunmuş möhürü, müvafiq ştampları və
blankları vardır.
1.5.
Universitet “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən
dövlət qeydiyyatına alındıqdan sonra hüquqi
şəxs statusu əldə edir. Universitetin hüquq qabiliyyətinə
onun ləğvinin başa çatdığı an xitam verilir.
1.6. Universitet
öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən, dövlət
və yerli özünüidarəetmə orqanları ilə,
beynəlxalq və qeyri-hökumət təşkilatları ilə,
digər hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.7. Qanuna
uyğun olaraq, Universitetin əqdlər bağlamaq, öz
adından əmlak və qeyri-əmlak hüquqları əldə
etmək və həyata keçirmək hüququ, həmçinin
vəzifələri vardır. Universitet məhkəmədə
iddiaçı və ya cavabdeh qismində
çıxış edə bilər.
1.8.
Universitetin fəaliyyətinə lisenziya Azərbaycan
Respub-likasının “Lisenziyalar və icazələr
haqqında” və “Təhsil haqqında” qanunlarına uyğun
olaraq verilir.
1.9.
Universitet “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa, Universitetin elmi qurumları isə
“Elm haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq akkreditasiya edilir.
1.10.
Universitetdə siyasi partiyaların və dini qurumların
strukturlarının yaradılmasına və fəaliyyətinə
yol verilmir.
1.11.
Universitet öz fəaliyyəti barədə ictimaiyyəti
“İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada məlumatlandırır.
1.12. Universitetin ali təhsil sahəsində beynəlxalq əlaqələri
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq həyata keçirilir.
1.13. Universitet Bakı şəhəri, Zahid Xəlilov
küçəsi, 23 ünva-nında yerləşir.
2.
Universitetin fəaliyyətinin məqsədi və istiqamətləri
2.1.
Universitetin fəaliyyətinin məqsədi cəmiyyətin və
əmək bazarının tələbatı nəzərə
alınmaqla, yüksəkixtisaslı mütəxəssislərin,
elmi və elmi-pedaqoji kadrların hazırlanmasını təmin
etməkdir.
2.2.
Universitetin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.2.1. bakalavriat təhsil səviyyəsində tam orta
təhsil və orta ixtisas təhsili bazasında
ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə
genişprofilli ali təhsilli mütəxəssislərin
hazırlanması;
2.2.2. magistratura təhsil səviyyəsində
ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin
elmi-tədqiqat və ya peşəkar məqsədlər
üçün daha dərindən öyrənilməsi;
2.2.3. doktorantura təhsil səviyyəsində
yüksəkixtisaslı elmi və elmi-pedaqîji kadrların hazırlanması, iőtisas və elmi dərəcələrin
yüksəldilməsi;
2.2.4. orta ixtisas və əlavə təhsil
proqramlarının həyata keçirilməsi;
2.2.5. elmin müxtəlif sahələri və istiqamətləri
üzrə tədqiqatlar aparılması.
3. Universitetin
vəzifələri və hüquqları
3.1. Bu
Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq, Universitetin vəzifələri
aşağıdakılardır:
3.1.1. ali təhsil sahəsində dövlət siyasətinin
həyata keçirilməsində iştirak etmək;
3.1.2. dövlət təhsil standartlarına uyğun
olaraq, təhsilalanların zəruri biliyə və həyati
bacarıqlara yiyələnməsini təmin etmək;
3.1.3. hər bir təhsilalanın intellektual, mədəni
və mənəvi inkişafı, təhsilalma tələblərini
ödəmək;
3.1.4. təlim-tərbiyə
prosesini yüksək səviyyədə təşkil etmək
və onun monitorinqini həyata keçirmək;
3.1.5. təlim-tərbiyə
prosesində innovativ texnologiyalardan və yeni təlim
üsullarından istifadə etmək;
3.1.6. ali təhsilin müvafiq səviyyələri
üzrə yüksəkixtisaslı mütəxəssislər,
elmi və elmi-pedaqoji kadrlar hazırlanmasını həyata
keçirmək;
3.1.7. profilinə uyğun olaraq, elmin müxtəlif
sahələri və istiqamətləri üzrə fundamental,
nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi-tədqiqatlar
aparmaq və elmi-metodiki sənədlər hazırlamaq;
3.1.8. dövlət təhsil standartlarına və
ayrı-ayrı pillələr və ixtisaslar
(ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun
tədris sənədlərini və tədris prosesinin təşkilinə
aid digər sənədləri səlahiyyətləri çərçivəsində
hazırlamaq;
3.1.9. elmi, ixtisaslaşdırılmış və
dissertasiya şuralarının işini təşkil etmək
və həyata keçirmək;
3.1.10.
Universitetin müvafiq sahədə beynəlxalq fəaliyyətini
və xarici əlaqələrini təmin etmək;
3.1.11. qabaqcıl beynəlxalq təcrübəni nəzərə
almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini
təmin etmək;
3.1.12. “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil
etmək;
3.1.13. hər bir təhsilalanın, valideynin və ya
digər qanuni nümayəndənin Universitetin nizamnaməsi,
lisenziyası və dövlət akkreditasiyası haqqında sənədlə
tanış olmasına şərait yaratmaq;
3.1.14.
Universitetin əməkdaşlarının əlavə təhsili
və peşəkarlığının yüksəldilməsi
üçün tədbirlər görmək;
3.1.15. müvafiq sahədə inzibati xəta və
cinayət əlamətləri aşkar etdikdə, aidiyyəti
üzrə məlumat vermək;
3.1.16.
Universitetin fəaliyyəti ilə bağlı daxil olan
müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların
müraciətləri haqqında”, “İnzibati icraat
haqqında” və “İnformasiya əldə etmək
haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla
müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.17.
öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
rəsmi internet saytının yaradılmasını, malik
olduğu və siyahısı “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş açıqlanmalı olan ictimai
informasiyanın həmin saytda yerləşdirilməsini və
bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.18.
Universitetə ayrılan büdcə vəsaitindən, kredit,
qrant və digər maliyyə vəsaitindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
etmək;
3.1.19. dövlət və kommersiya sirrinin, habelə məxfilik
rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.20.
Universitetin informasiya təminatını təşkil etmək
və onun təhlükəsizliyini təmin etmək;
3.1.21. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
üçün tədbirlər görmək;
3.1.22.
maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi
və genişləndirilməsi istiqamətində işlər
görmək;
3.1.23. kargüzarlığı və vətəndaşların
qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə
uyğun təşkil etmək;
3.1.24. qanunvericilikdə nəzərdə tutulan
hallarda və qaydada hüquqmüəyyənedici sənədlər
vermək, müvafiq məsələlərə münasibət
bildirmək;
3.1.25. Azərbaycan
Respublikasının “Təhsil haqqında” və “Elm
haqqında” qanunlarından irəli gələn digər vəzifələri
yerinə yetirmək.
3.2.
Öz vəzifələrini yerinə yetirmək
üçün Universitetin aşağıdakı
hüquqları vardır:
3.2.1. müvafiq struktur bölmələrində Azərbaycan
Respublikası Təhsil Nazirliyinin razılığı ilə
orta ixtisas təhsili həyata keçirmək;
3.2.2. öz imkanları daxilində, bu Nizamnaməyə
uyğun olaraq ali təhsilin müvafiq səviyyəsini bitirmək
haqqında dövlət sənədi olan vətəndaşların
əlavə təhsil almasını təşkil etmək;
3.2.3. xarici dövlətlərin ali təhsil müəssisələri
ilə bağlanılmış ikitərəfli və
çoxtərəfli müqavilələrə uyğun olaraq,
beynəlxalq təhsil proqramları həyata keçirmək;
3.2.4. “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa və bu
Nizamnaməyə uyğun olaraq, ölkənin və xarici
dövlətlərin ərazisində filiallar (Azərbaycan
Respublikasının Nazirlər Kabineti ilə
razılaşdırmaqla), idarə və nümayəndəliklər
açmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və
ya onlarda iştirak etmək, habelə təhsilin
inkişafı və təkmilləşdirilməsi məqsədi
ilə ictimai təşkilatlarla təhsil birlikləri,
assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də
bu kimi təşkilatlara üzv olmaq;
3.2.5. “Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması, icrası və ləğv edilməsi qaydaları
haqqında” Azərbaycan Respublikasının Qanununa və
özünün fəaliyyət xüsusiyyətlərinə
uyğun olaraq, xarici ölkələrin ali
təhsil müəssisələri, təşkilatları ilə,
beynəlxalq qurumlarla və fondlarla əlaqələr yaratmaq, əməkdaşlıq
haqqında müqavilələr bağlamaq və
qarşılıqlı əməkdaşlığın digər
formalarını həyata keçirmək;
3.2.6. elmi əsərlər, dərslik, dərs vəsaiti,
tədris və tədris-metodik ədəbiyyat hazırlamaq və
nəşr etmək;
3.2.7. Azərbaycan
Respublikasının “Təhsil haqqında” və “Publik
hüquqi şəxslər haqqında” qanunları ilə
müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaq;
3.2.8. təhsilalanlar və əməkdaşlar
üçün idman, sağlamlıq, iaşə və məişət
xidmətləri təşkil etmək və göstərmək;
3.2.9. fəxri professor (doktor) adı vermək;
3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı araşdırmalar aparmaq, işçi qrupları
və komissiyalar yaratmaq;
3.2.11. dövlət orqanlarına və qurumlarına,
yerli özünüidarəetmə orqanlarına, hüquqi və
fiziki şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu vermək və onlardan belə məlumatları
(sənədləri) almaq;
3.2.12. fəaliyyət istiqamətləri üzrə rəy
və təkliflər vermək, təhlillər və
ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq;
3.2.13. müstəqil ekspertləri və mütəxəssisləri
qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə
cəlb etmək;
3.2.14. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı konfranslar, müşavirələr, seminarlar
keçirmək və digər tədbirlər təşkil
etmək;
3.2.15. əməkdaşlarını dövlət təltiflərinə
və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi
üçün tədbirlər görmək;
3.2.16. Azərbaycan
Respublikasının “Təhsil haqqında” və “Elm
haqqında” qanunlarından irəli gələn digər
hüquqları həyata keçirmək.
3.3.
Universitetdə təhsil dövlət sifarişi, dövlət
hesabına və (və ya) ödənişli əsaslarla həyata
keçirilir. Qanunvericiliklə müəyyən
edilmiş şəxslərin Universitetdə təhsil xərcləri
müvafiq qaydada dövlət büdcəsinin vəsaiti
hesabına ödənilir.
3.4. Ali təhsil
proqramlarına və onların həyata keçirilməsinə
qoyulan ümumi tələbləri Azərbaycan
Respublikasının Nazirlər Kabineti ali təhsil
pilləsi üzrə təsdiq edilən dövlət təhsil
standartı ilə müəyyənləşdirir.
3.5.
Universitetdə tədris ali təhsil pilləsi
üzrə təhsilin məzmununu və mənimsənilməsi
qaydalarını müəyyən edən və Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil
proqramları ilə həyata keçirilir.
3.6.
Universitetdə təlim-tərbiyə prosesinin təşkili ilə
bağlı digər məsələlər Azərbaycan
Respublikasının “Təhsil haqqında” və “Elm
haqqında” qanunlarına, həmçinin həmin qanunlardan irəli
gələrək Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin
müəyyən etdiyi qaydalara uyğun olaraq həyata
keçirilir.
4.
Universitetin idarə olunması
4.1.
Universitet aşkarlıq, şəffaflıq və demokratiklik
prinsipləri əsas tutulmaqla, Azərbaycan
Respublikasının “Təhsil haqqında”, “Elm haqqında”,
“Publik hüquqi şəxslər haqqında” qanunlarına və
bu Nzamnaməyə uyğun olaraq idarə edilir.
4.2.
Universitetin təsisçisinin səlahiyyətləri
aşağıdakılardır:
4.2.1.
Universitetin Nizamnaməsinin və strukturunun təsdiqi;
4.2.2.
Universitetin Nizamnamə fondunun miqdarının müəyyən
edilməsi;
4.2.3. inkişaf istiqamətlərinin müəyyən
edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;
4.2.4. icra orqanlarının yaradılması,
onların səlahiyyətlərinin müəyyənləşdirilməsi
və səlahiyyətlərinə vaxtından əvvəl
xitam verilməsi;
4.2.5. təsərrüfat cəmiyyətlərinin
yaradılmasına və ya onlarda iştirak etməyə, idarə,
filial və nümayəndəliklərin yaradılmasına
razılıq verilməsi;
4.2.6. xalis aktivlərinin dəyərinin 25 faizindən
artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli
əqdin), habelə Universitetə aidiyyəti olan şəxslərlə
əqdin (əqdin dəyəri aktivlərin 5 (beş) faiz və
daha çox hissəsini təşkil etdikdə)
bağlanılmasına razılıq verilməsi;
4.2.7.
Universitetin yenidən təşkili və ləğv edilməsi.
4.3. Universitetin Nizamnaməsini Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla,
Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq
edir.
4.4. Bu Nizamnamədə dəyişikliklər Universitetin
Elmi Şurasında müzakirə olunur və bu Nizamnamənin
4.3-cü bəndi ilə müəyyən edilmiş qaydada təsdiq
olunması üçün aidiyyəti üzrə təqdim
edilir.
4.5.
Universitetə münasibətdə təsisçinin səlahiyyətlərini
(Nizamnamənin təsdiqi, həmçinin bu Nizamnamənin
4.2.2-ci, 4.2.4-cü və 4.2.7-ci yarımbəndlərində nəzərdə
tutulmuş səlahiyyətlər istisna olmaqla) Azərbaycan
Respublikasının Təhsil Nazirliyi həyata keçirir.
4.6. Universitetin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri
və fəaliyyətinin təşkili qaydası Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə
və bu Nizamnamə ilə müəyyən olunur.
4.7.
Universitetin strateji inkişaf məsələləri üzrə
idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət
göstərən Himayəçilər Şurasıdır. Himayəçilər Şurasının tərkibini
azı 3 nəfər olmaqla, Azərbaycan Respublikasının Təhsil
Nazirliyi təsdiq edir. Himayəçilər
Şurasının yaradılması, səlahiyyətləri və
fəaliyyətinin təşkili qaydası Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə
və bu Nizamnamə ilə müəyyən edilir.
4.8.
Universitetdə tədris-metodiki işlərin həyata
keçirilməsi üçün Himayəçilər
Şurası tərəfindən Elmi-metodiki Şura
yaradılır. Elmi-metodiki Şuranın
yaradılması qaydası və səlahiyyətləri Himayəçilər
Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən
olunur.
4.9.
Universitetin cari fəaliyyətinə rektor rəhbərlik edir.
4.10.
Universitetin rektorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə
təyin və vəzifədən azad edir. Rektor Universitetin mənafeləri
üçün vəzifələrini yerinə yetirərkən,
vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət
etməyə, Universitetin maraqlarına sadiq olmağa, onun
maraqlarını öz maraqlarından üstün tutmağa,
ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli
və qərəzsiz olmağa, habelə adına
xələl gətirə biləcək hərəkətlərə
və çıxışlara yol verməməyə borcludur.
Rektor bu vəzifələrin Universitetin
maraqlarına uyğun olaraq yerinə yetirilməsi
üçün məsuliyyət daşıyır. O,
öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində
Universitetə dəymiş zərərin əvəzini ödəməlidir.
4.11.
Rektorun fəaliyyətinin təşkili qaydası Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə
və bu Nizamnamə ilə müəyyən edilir.
4.12.
Rektor:
4.12.1.
Universitetin cari fəaliyyətinə rəhbərlik edir və
bu fəaliyyət üçün şəxsən məsuliyyət
daşıyır;
4.12.2.
Universiteti dövlət orqanları və təşkilatları
ilə, digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə
təmsil edir;
4.12.3.
Universitetin fəaliyyətinin təşkili ilə əlaqədar
icrası məcburi olan daxili sərəncam və əmrlər
verir;
4.12.4. Universitetin səlahiyyətlərinin
həyata keçirilməsi üçün Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə təkliflər
verir və sənədlər (o cümlədən, Universitetin
maliyyə hesabatını və fəaliyyətinə dair
illik hesabatı) təqdim edir;
4.12.5. müəyyən edilmiş struktur, əməkhaqqı
fondu və işçilərin say həddi daxilində
ştat cədvəlini Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə razılaşdırmaqla, həmçinin daxili
intizam qaydalarını və işçilərin vəzifə
təlimatlarını təsdiq edir;
4.12.6.
Universitetin işçilərinin (prorektor istisna olmaqla), o
cümlədən Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə razılaşdırmaqla, onun idarə, filial,
nümayəndəlik və tabeliyindəki digər
qurumların rəhbərlərinin vəzifəyə təyin
və vəzifədən azad edilməsinə (bu Nizamnamənin
6.7-ci bəndi nəzərə alınmaqla), habelə
Universitetin işçiləri barəsində həvəsləndirmə
və intizam tənbehi tədbirləri görülməsinə
dair qərarlar qəbul edir;
4.12.7.
Universitetin fəaliyyət istiqamətlərinə dair qəbul
olunmuş aktların icrasını təşkil edir,
yoxlayır və buna nəzarəti həyata keçirir;
4.12.8.
Elmi Şuranın qərarlarını təsdiq edir, onun və
digər idarəetmə orqanlarının qərarlarını
həyata keçirir;
4.12.9.
Universitetin vəzifəli şəxslərinin qanunvericiliyə
zidd olan qərarlarını ləğv edir;
4.12.10.
Elmi Şura qarşısında elm və tədris məsələlərinə
dair, Himayəçilər Şurası qarşısında
Universitetin cari fəaliyyətinə dair hesabatlar verir;
4.12.11.
Universitetin işçilərinə vəzifə
maaşlarının, vəzifə maaşlarına əlavələrin,
mükafatların və digər ödənişlərin
verilməsini əməkhaqqı fondu çərçivəsində
təşkil edir;
4.12.12.
Universitetin əmlakından bu Nizamnamədə nəzərdə
tutulmuş məqsədlərə uyğun istifadə
olunmasına nəzarət edir, bu Nizamnamənin 3.1.18-ci
yarımbəndində nəzərdə tutulan vəsaitdən
təyinatı üzrə səmərəli istifadə
olunmasını təmin edir;
4.12.13. bu
Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər
çərçivəsində Universitetin adından əməliyyatlar
aparır, müqavilələr (o cümlədən, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin razılığı ilə
Universitetin xalis aktivlərinin dəyərinin 25 faizindən
artıq məbləğdə olan əqd (xüsusi əhəmiyyətli
əqd) və aidiyyəti şəxslə dəyəri
Universitetin aktivlərinin 5 (beş) faizini və daha çox, həmçinin
5 (beş) faizədək hissəsini təşkil edən əqd)
bağlayır və onların yerinə yetirilməsini təmin
edir;
4.12.14. fəaliyyət istiqamətləri ilə
bağlı komissiyalar və işçi qrupları
yaradır;
4.12.15. fəaliyyət istiqamətləri üzrə
dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla
qorunan digər məlumatların mühafizəsi
üçün zəruri tədbirlər görür;
4.12.16. kargüzarlıq və arxiv işinin
aparılmasını təmin edir;
4.12.17. müraciətlərə baxılmanı və
vətəndaşların qəbulunu təmin edir;
4.12.18. kənar auditorun yoxlamalarının, habelə
digər yoxlamaların nəticələrinə dair tədbirlər
görür;
4.12.19.
Universitetin cari fəaliyyəti ilə bağlı, habelə
digər idarəetmə orqanlarının səlahiyyətlərinə
aid edilməyən məsələləri həll edir.
4.13.
Prorektorları, Universitetin təqdimatı əsasında Azərbay-can
Respublikasının Təhsil Nazirliyi təyin edir. Rektor olmadıqda, Universitetin fəaliyyətinə rəhbərliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
müəyyən edilən prorektor həyata keçirir.
4.14.
Universitet təhsil kompleksi və kampus formasında da fəaliyyət
göstərə bilər. Universitetin strukturunda
onun profilinə uyğun istehsal, klinik, elmi-tədqiqat,
yaradıcılıq müəssisə və təşkilatları
yaradıla bilər.
4.15.
Universitetdə elmi-pedaqoji (professor-müəllim heyəti, elmi
işçilər), mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat,
tədris-köməkçi və digər heyətlər
üzrə vəzifələr nəzərdə tutulur. Professor-müəllim heyəti, dekan və kafedra
müdiri vəzifələrinin tutulması seçki, digərləri
isə təyinolunma yolu ilə həyata keçirilir və hər
bir halda Universitetin rektorunun (prorektor istisna olmaqla) əmri ilə
rəsmiləşdirilir.
4.16. Təhsilalanların,
təhsilverənlərin, Universitetin inzibati, inzibati-idarəetmə,
inzibati-təsərrüfat və digər heyətinin hüquq
və vəzifələri Azərbaycan Respublikasının
Əmək Məcəlləsi, Azərbaycan
Respublikasının “Təhsil haqqında” və “Elm
haqqında” qanunları, bu Nizamnamə və Universitetin daxili
intizam qaydaları ilə, eləcə də Universitetlə əmək
münasibətləri olan şəxslərə münasibətdə
eyni zamanda əmək müqavilələri ilə tənzimlənir.
Universitetdə əmək müqavilələri
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
(xüsusilə həmin Məcəllənin 45-ci və 47-ci
maddələrinin) tələbləri nəzərə
alınmaqla bağlanılır.
5.
Universitetin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin
əsasları
5.1. Universitetin nizamnamə fondu
50.000.000 (əlli milyon) manatdır.
5.2. Universitetin əmlakı nizamnamə
fondundan, ona təsisçinin verdiyi digər əmlakdan,
dövlət büdcəsindən ayrılan vəsaitdən,
habelə ödənişli təhsildən əldə olunan vəsaitdən,
fəaliyyət istiqamətlərinə uyğun olaraq
görülən işlərdən, göstərilən xidmətlərdən
əldə edilən digər daxilolmalardan, ianələrdən,
qrantlardan daxil olan vəsaitdən formalaşdırılır.
5.3. Universitetin balansında olan
dövlət əmlakına münasibətdə səlahiyyətləri
“Dövlət əmlakının qorunub saxlanılması və
səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.
5.4. Universitet ona verilmiş əmlakdan
yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə
uyğun istifadə edir. Universitetin əmlakından
təhsildənkənar məqsədlər üçün
istifadə edilməsi qadağandır.
5.5. Bu Nizamnamənin
5.3-cü bəndi nəzərə alınmaqla, Universitet əmlakı
üzərində sahiblik və istifadə
hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst,
sərəncam vermək hüququnu isə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırmaqla həyata keçirir.
5.6. Universitet mülkiyyətində və
istifadəsində olan əmlakın saxlanılması,
qorunması və ondan səmərəli istifadə edilməsi
üçün məsuliyyət daşıyır. Universitetin əmlakının idarə olunması ilə
bağlı fəaliyyətinə nəzarəti Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, yaxud onun səlahiyyət
verdiyi şəxs həyata keçirir.
5.7. Universitetin maddi-texniki bazası və
təhsil infrastrukturu Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə
uyğun olmalıdır.
5.8. Universitet Azərbaycan
Respublikasının “Təhsil haqqında” və “Elm
haqqında” qanunlarında nəzərdə tutulmuş mənbələrdən
maliyyələşdirilir. Bu mənbələrdən,
həmçinin sahibkarlıq fəaliyyətindən əldə
olunan vəsait və digər əmlak Universitetə büdcədən
ayrılan vəsaitin məbləğinə təsir göstərmir.
5.9. Universitet Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
müvafiq normativlərə uyğun maliyyələşdirilir.
5.10.
Universitet bilavasitə mənfəət əldə etmək məqsədi
güdmür.
5.11.
Universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən
etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə
məşğul ola bilər. Bunun üçün Universitet Azərbaycan
Respublikası Təhsil Nazirliyinin razılığı ilə
təsərrüfat cəmiyyətləri yarada və ya onlarda
iştirak edə bilər.
5.12.
Universitetin büdcədənkənar mənbələrdən
daxil olan vəsait hesabına əldə etdiyi əmlak
qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil
edilir.
5.13.
Universitetin büdcədənkənar mənbələrdən
əldə etdiyi vəsait yalnız təhsilin
inkişafına, müəssisənin maddi-texniki
bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin
sosial müdafiəsinə yönəldilir. Universitetin
büdcədənkənar mənbələrdən əldə
etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin
sosial müdafiəsinə (əməkhaqqına əlavələrə
və digər stimullaşdırıcı ödənişlərə)
yönəldilir.
5.14.
Universitet büdcədənkənar mənbələrdən əldə
etdiyi vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi dövlət orqanlarının
strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən
işlər görülməsindən və xidmətlər
göstərilməsindən əldə edilən vəsaitdən
istifadə qaydasına uyğun olaraq xərcləyir.
5.15.
Universitetdə dövlət hesabına göstərilən
xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən
edilir. Universitetin ödənişli təhsil
xidmətlərinin və bu Nizamnamənin 5.11-ci bəndində
nəzərdə tutulmuş fəaliyyətlə bağlı
müvafiq məhsulların (malların, işlərin, xidmətlərin)
qiymətləri dövlət tərəfindən tənzimlənməyən
qiymətlərə aiddir.
6.
Universitetin fəaliyyətinə nəzarətin forması və
əhatə dairəsi
6.1.
Universitetin fəaliyyətinə nəzarəti Azərbaycan
Respub-likasının Təhsil Nazirliyi, həmçinin bu
Nizamnamə ilə müəyyən edilmiş qaydada
Universitetin idarəetmə orqanları həyata keçirirlər.
6.2. Azərbaycan Respublikasının Təhsil
Nazirliyi Univer-sitetdə plan üzrə və ya plandankənar
yoxlamalar həyata keçirə bilər.
6.3. Universitetin fəaliyyətinə
dair illik hesabat Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə təqdim edilir.
6.4. Universitetin fəaliyyətinə nəzarətin
digər formaları Azərbaycan Respublikasının “Təhsil
haqqında”, “Publik hüquqi şəxslər haqqında” və
“Lisenziyalar və icazələr haqqında” qanunları ilə
müəyyən edilir.
6.5. Universitet idarə, filial, nümayəndəlik
və təsərrüfat cəmiyyətlərinin, habelə
tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat
fəaliyyətinin yoxlanılmasını təmin edir.
6.6. Universitetin fəaliyyətinin
müstəqil surətdə yoxlanılması
üçün Himayəçilər Şurası kənar
auditor təyin edir və onun audit hesabatını qəbul
edir.
6.7. Universitetdə daxili audit bölməsi
yaradıldığı halda, Himayəçilər
Şurası həmin bölmənin fəaliyyətinə nəzarət
edir və fəaliyyətinə dair hesabatlar alır, habelə
onun üzvlərinin vəzifəyə təyin və vəzifədən
azad edilməsi barədə qərar qəbul edir.
7.
Universitetdə uçot və hesabat
7.1. Universitet “Mühasibat uçotu
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik
hüquqi şəxslər üçün müəyyən
edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə
hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Universitet “Rəsmi statistika
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq statistik hesabatları tərtib və təqdim edir.
8.
Universitetin yenidən təşkili və ləğv edilməsi
8.1.
Universitetin yenidən təşkilini və ləğv edilməsini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-
2019.- 19 aprel.- S.9.