“Peşə təhsili
pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə
keçid Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 173
Bakı
şəhəri, 16 aprel 2019-cu il
“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 16 aprel
tarixli 173 nömrəli Qərarı
ilə
təsdiq edilmişdir.
Peşə təhsili pilləsinin bir
səviyyəsindən növbəti səviyyəsinə
keçid
QAYDASI
1.
Ümumi müddəalar
1.1. Bu
Qayda “Peşə təhsili haqqında” Azərbaycan
Respublikası Qanununun 9.11-ci maddəsinə əsasən
hazırlanmışdır və peşə təhsili pilləsinin
bir səviyyəsindən növbəti səviyyəsinə
keçid qaydasını müəyyən edir.
1.2. Bu
Qayda tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq, bütün peşə təhsili
müəssisələrinə şamil edilir.
2. Peşə
təhsilinin növbəti səviyyəsinə keçidin şamil
edildiyi hallar
2.1.
Peşə təhsili pilləsinin bir səviyyəsindən
növbəti səviyyəsinə keçid peşə təhsili
pilləsinin bir səviyyəsində təhsili bitirməklə
növbəti səviyyəsinə keçid deməkdir (bundan
sonra – peşə təhsili pilləsində keçid).
2.2.
Peşə təhsili pilləsində keçid bir peşə
təhsili müəssisəsi daxilində və ya tələbələrin
bir peşə təhsili müəssisəsindən digər
peşə təhsili müəssisəsinə keçməsi
vasitəsilə həyata keçirilir.
2.3.
Peşə təhsili səviyyələri üzrə
keçid tələbələrin qəbul olunduqları təhsil
bazasına (ümumi orta və ya tam orta təhsil bazası)
müvafiq olaraq aparılır.
2.4.
Peşə təhsili pilləsində keçid dedikdə,
aşağıdakı hallar nəzərdə tutulur:
2.4.1.
ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk
peşə təhsili almış məzunların texniki
peşə təhsili səviyyəsində və ya yüksək
texniki peşə təhsili səviyyəsində ikinci tədris
ilindən etibarən təhsilinin davam etdirilməsi;
2.4.2. tam
orta təhsil bazasından qəbul olunmuş və ilk peşə
təhsili almış məzunların texniki peşə təhsili
səviyyəsində və ya yüksək texniki peşə
təhsili səviyyəsində birinci tədris ilinin ikinci
yarımilindən etibarən təhsilinin davam etdirilməsi;
2.4.3.
ümumi orta təhsil bazasından qəbul olunmuş və
texniki peşə təhsili almış məzunların
yüksək texniki peşə təhsili səviyyəsində
üçüncü tədris ilindən etibarən təhsilinin
davam etdirilməsi;
2.4.4.
ümumi orta təhsil bazasından qəbul olunmuş və
texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil
almış məzunlar yüksək texniki peşə təhsili
səviyyəsində dördüncü tədris ilindən etibarən
təhsilinin davam etdirilməsi;
2.4.5. tam
orta təhsil bazasından qəbul olunmuş və texniki
peşə təhsili almış məzunların yüksək
texniki peşə təhsili səviyyəsində ikinci tədris
ilində təhsilinin davam etdirilməsi.
2.5.
Peşə təhsili pilləsində keçid peşə təhsili
üzrə ixtisasların peşə istiqamətlərinin
uyğunluğu təmin edildikdə mümkündür.
2.6.
Peşə təhsili müəssisələrinin məzunları
peşə təhsilini başa vurduğu ildən etibarən 2
(iki) il müddətində peşə təhsili pilləsində
keçid edə bilərlər.
2.7.
Peşə təhsili müəssisələrinin məzunlarının
peşə təhsili pilləsində keçidi yalnız
peşə təhsili müəssisəsində vakant (boş)
yerlər olduqda mümkündür.
3. Peşə
təhsili pilləsində keçid üçün
müraciət
və ixtisas seçimi
3.1.
Peşə təhsili müəssisələrinin məzunları
peşə təhsili pilləsində keçid
üçün Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Milli Təhsil Məlumat Bazasının Elektron sənəd
qəbulu sistemində (bundan sonra – elektron sistem) “Elektron ərizə”ni
dolduraraq təsdiq etməlidirlər.
3.2.
Peşə təhsili pilləsində keçid
üçün ixtisas seçimi elektron ərizə doldurulan
zaman həyata keçirilir.
3.3.
Ərizəçilər sərbəst seçim əsasında
müvafiq peşə təhsili səviyyəsini, peşə
təhsili müəssisələrini və ixtisaslar üzrə
vakant yerləri müəyyənləşdirir və istədikləri
ardıcıllıqla ixtisas seçimini edirlər.
3.4.
Peşə təhsili pilləsində
keçidüçün müraciət etmiş şəxslər
maksimum 5 (beş) ixtisas seçmək hüququna malikdirlər.
4. Sənədlərin
baxılması və müsabiqənin keçirilməsi
4.1.
Elektron ərizə qəbulu prosesi yekunlaşdıqdan sonra ərizəçilərin
elektron sistem tərəfindən ixtisas seçimlərinin
düzgün olub-olmadığı müəyyən edilir.
4.2.
İmtina üçün əsas olmadıqda, məzunun
peşə təhsilinin növbəti səviyyəsinə qəbul
edilməsinə dair qərar qəbul edilir.
4.3.
Keçid üçün ərizələrin sayı vakant
yerlərin sayından çox olduqda, müraciət edənlər
arasında müsabiqə seçimi aparılır. Müsabiqə
seçimində aşağıdakı göstəricilərdən
4.3.1.
ixtisas fənləri və istehsalat təlimi dərsləri
üzrə yazılmış yekun qiymətlərin ədədi
ortası;
4.3.2.
ixtisas üzrə iş stajı;
4.3.3.
işəgötürənlər tərəfindən göndəriş.
4.4.
Peşə təhsilinin növbəti səviyyəsinə
keçidlə bağlı məlumat ərizəçinin
elektron şəxsi kabinetində yerləşdirilir, eləcə
dəərizəsində göstərdiyi elektron poçt
ünvanına və ya əlaqə telefonuna bu barədə
mesaj göndərilir, əvvəltəhsil aldığı
peşə təhsili müəssisəsinə isə şəxsi
işin müvafiq peşə təhsili müəssisəsinə
göndərilməsi ilə bağlı müraciət olunur.
4.5.
Peşə təhsilinin növbəti səviyyəsinə
keçmiş şəxsə onun müraciəti əsasında
məzun olduğu peşə təhsili müəssisəsi tərəfindən
3 (üç) iş günü müddətində akademik
arayış (akademik transkript) verilir.
4.6.
Peşə təhsilinin növbəti səviyyəsinə qəbul
edilmiş şəxs 10 (on) iş günü müddətində
qəbul olunduğu peşə təhsili müəssisəsinə
aşağıdakı sənədləri şəxsən təqdim
edir:
4.6.1.
peşə təhsili haqqında dövlət sənədinin əsli;
4.6.2.
akademik arayış (akademik transkript);
4.6.3.
şəxsiyyət vəsiqəsinin surəti;
4.6.4.
sağlamlıq və fiziki inkişafı özündə əks
etdirən müvafiq formalı tibbi arayış;
4.6.5. hərbi
bilet və ya çağırışçı şəhadətnaməsi.
4.7. Bu Qaydanın
4.6-cı bəndində göstərilən müddətdə
sənədlərin peşə təhsili müəssisəsinə
təqdim edilməməsi onun həmin ixtisas üzrə təhsil
almaqdan imtina etməsi kimi qiymətləndirilir.
4.8. Tələbənin
şəxsi işi alındıqdan sonra onun keçdiyi
peşə təhsili müəssisəsində tələbələr
sırasına daxil olması barədə müvafiq tədbirlər
həyata keçirilir.
4.9.
Müsabiqənin nəticələri ilə bağlı ərizəçilər
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə şəxsiyyəti
təsdiq edən sənədin əslini təqdim etməklə,
şəxsən müraciət edə bilərlər və ya
bununla bağlı inzibati qaydada və ya məhkəməyə
şikayət verə bilərlər.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2019.- 19 aprel.- S.9.