“Azərbaycan
dilinin Orfoqrafiya Normaları”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 174
Bakı şəhəri,
16 aprel 2019-cu il
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 835 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 654; 2015, ¹ 6, maddə 775) 1-ci hissəsi ləğv edilsin.
3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezi-dentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il
16 aprel
tarixli 174 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan dilinin Orfoqrafiya
Normaları
1.
Azərbaycan mənşəli sözlərin
yazılışı
1.1. Azərbaycan
dilinin lüğət tərkibindəki Azərbaycan mənşəli
sözlər, əsasən, tələffüz edildiyi kimi
yazılır: addım, dəniz, gəlin, günəş,
qoşun, oğul, qaranquş və s.
1.2. Son səsi
[x], bəzən də [ğ] kimi tələffüz olunan Azərbaycan
mənşəli sözlər q hərfi ilə
yazılır: ayaq, barmaq, bulaq, dayanacaq, qatıq, qonaq, qorxaq və s. Bu
qəbildən olan sözlərə saitlə başlanan şəkilçi
qoşulduqda q~ğ əvəzlənməsi baş verir:
otağa, bulağın, qonağımız və s.
1.3. Son səsi
[xʹ] kimi tələffüz olunan çoxhecalı Azərbaycan
mənşəli sözlər k hərfi ilə yazılır: bilək,
birlik, külək, ürək, üzərlik, üzük və
s. Bu qəbildən olan sözlərə saitlə başlanan
şəkilçi qoşulduqda k~y əvəzlənməsi
baş verir: biləyi, birliyimiz, ürəyim, üzüyün və s.
Qeyd. Son səsi [k] kimi
tələffüz
olunan alınma sözlərə saitlə başlanan şəkilçi qoşulduqda
heç bir dəyişiklik baş vermir: əmlak – əmlaka, iştirak – iştirakımız,
şərik – şəriki və s.
1.4. Son səsi
[t], bəzən də [d] kimi tələffüz olunan
çoxhecalı Azərbaycan mənşəli sözlər d
hərfi ilə yazılır: bulud, palıd, söyüd və s.
1.5. Son səsi
[ç], bəzən də [c] kimi tələffüz olunan
sözlər c hərfi ilə yazılır: qılınc,
ülgüc, kərpic və s.
2. Alınma sözlərdə saitlərin
yazılışı
2.1. Tərkibində
o hərfi olan alınma sözlər [a] və ya [o] ilə tələffüz
edilməsindən asılı olmayaraq, o ilə
yazılır: avtomat, kollec, kollektiv, laborant, Moskva, motor, obyekt,
Odessa, poema, poeziya, problem, professor, solist, velosiped və s.
2.2.
İkinci hecasındakı saiti [i], bəzən də [ü]
kimi tələffüz olunan ərəb mənşəli
sözlər tarixi-ənənəvi prinsipə əsasən i
ilə yazılır: külli, müdir, müdrik, müflis, müxbir,
müxlis, münbit, münsif, mürid, mürşid, müsibət
və s.
Qeyd. Mühüm, müşkül və üfüq sözlərindəki
ikinci heca ü hərfi ilə yazılır.
2.3. Mənbə
dildə [u] saitli alınma sözlər ü hərfi ilə
yazılır: bülleten, büro, jüri, karbürator,
kompüter,
paraşüt, süjet, şlüz və s.
2.4. Mənbə
dildə a hərfi ilə bitən
alınma sözlər iki cür yazılır:
2.4..
aksiom, anket, aptek, atmosfer, diaqram, diaspor, fabrik, fonem, kaset,
kayut, konfet, kontor, qəzet, qrafem, qravür, leksem, lent,
maşın, perspektiv, planet, proqram, pyes, reklam, rezin, sistem,
sistern, sitat, teorem, vitrin və s. kimi sözlərin sonunda a hərfi
yazılmır;
Mənbə
dildə tərkibində qoşa b, p, n və m samitləri olan
aşağıdakı sözlərin sonunda a
ilə yanaşı, qoşa samitlərdən biri də
atılır: abreviatur, qrup, ton, diaqram, stenoqram və s.
2.4.2. botanika, doktrina, forma, kamera, qrammatika, norma,
poetika, poeziya, respublika, taktika və
s. kimi sözlərin sonunda a yazılır.
2.5. Mənbə
dildə birhecalı sözlər iki cür yazılır:
2.5.1. iki
saitlə yazılanlar: cisim, eyib, ətir, feil, fəsil, fikir,
heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, nəsil,
ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin və s.;
2.5.2. bir saitlə
yazılanlar: cəbr, əmr, həbs,
həsr, hökm, hüsn, hüzn, kəsr, qəbz, qəhr, qəsr,
nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm
və s.
3. Alınma sözlərdə samitlərin
yazılışı
3.1. Rus
dilində tərkibində ö hərfi olan alınma sözlərin
yazılışında aşağıdakı qaydalar əsas
götürülür:
3.1.1. ümumi isimlər s hərfi ilə
yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement,
sirk və s.;
Qeyd.
Metso, vitse morfemləri və blits, ratsiya və s. sözlər istisnadır.
3.1.2. xüsusi isimlərdə sözün əvvəlində
s (Setkin, Siolkovski və s.), sözün ortasında və
axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır.
3.2. Rus
dilində tərkibində ù hərfi olan alınma sözlərin
yazılışında aşağıdakı qaydalar əsas
götürülür:
3.2.1. sözün əvvəlində və sonunda
işlənən ù
hərfi əvəzinə ş yazılır: Şedrin,
Şerba, Şors, borş və s.;
3.2.2. ortasında ù hərfi olan sözlər qoşa ş ilə
yazılır: meşşan, Vereşşagin və s.
3.3. H
samiti ilə başlanan alınma sözlər h ilə
yazılır: Haaqa, Hamburq, harmoniya, Havana, Hegel, hektar, Heyne,
hidrogen, hippodrom, hospital, humanizm və s.
3.4.
Birinci və ikinci hecasındakı samiti həm [m], həm də
[n] kimi tələffüz olunan alınma sözlər n ilə
yazılır: anbar, günbəz, İstanbul, qənbər,
sünbül, şənbə, tənbəl, zanbaq, zənbil və
s.
3.5. -iy, -skiy ilə bitən xüsusi isimlərin
sonundakı y yazılmır: Qordlevski, Qorki, Mayakovski, Yaroslavski
və s.
3.6. Kimyəvi
element adları əslinə uyğun olaraq yazılır:
kalium, maqnezium, natrium və s.
3.7.
Əsli [c] samitli alınma sözlər c ilə də
yazılır: Cek London, cemper, Siciliya və s.
3.8.
Əsli [q] samitli alınma sözlər incə saitli hecalarda g
ilə yazılır: biologiya, dialektologiya, general, genezis,
geologiya, gigiyena, etimologiya, gitara və s.
3.9.
Əsli w samitli alınma sözlər v hərfi ilə
yazılır: veb-sayt, Vilyam, vörd və s.
3.10. Son səsi
[kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər
q hərfi ilə yazılır: filoloq, ittifaq, müstəntiq,
natiq, şəfəq, üfüq, vərəq və s. Bu qəbildən
olan sözlərin sonuna saitlə başlanan şəkilçi
qoşulduqda, yazıda heç bir dəyişiklik baş
vermir: filoloqa, şəfəqi, üfüqə və s.
4. Qoşasaitli və qoşasamitli
sözlərin yazılışı
4.1.
Kökündə eynicinsli qoşa və müxtəlifcinsli
sait işlənən alınma sözlər qoşa saitlə
yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə,
ideal, maaş, müalicə, okean, saat,
stadion, zəif və s.
4.2.
Hecalarından biri [p] samiti ilə bitən, sonrakı
hecasının ilk samiti [b] kimi tələffüz olunan sözlər
qoşa p ilə yazılır: guppultu, hoppanmaq,
şappıltı, tappıltı, toppuz və s.
4.3.
Hecalarından biri [k] samiti ilə bitən, sonrakı
hecasının ilk samiti [g] kimi tələffüz olunan
sözlər qoşa k ilə yazılır: mürəkkəb,
mütəkkə, səkkiz və s.
4.4. Hecalarından
biri [t] samiti ilə bitən, sonrakı hecasının ilk
samiti [d] kimi tələffüz olunan sözlər qoşa t ilə
yazılır: əlbəttə, hətta, Səttar və s.
4.5.
Hecalarından biri [kʹ] samiti ilə bitən, sonrakı
hecasının ilk samiti [q] kimi tələffüz olunan
sözlər qoşa q ilə yazılır: diqqət, doqquz, nəqqaş,
saqqal və s.
4.6. Mənbə
dildə tərkibində qq, ll, mm, pp, tt
samitləri olan Avropa mənşəli aşağıdakı
alınma sözlər bir samitlə yazılır:
aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s.
4.7. Təkhecalı
sözlərin sonunda qoşa samitin hər ikisi yazılır:
fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, zənn, zidd və
s.
Belə
sözlərə samitlə başlanan şəkilçi
artırıldıqda, qoşa samitlərdən biri
düşür: fənn – fənlər, haqq – haqsız, xətt
– xətdən, sirr – sirlər və s.
Qeyd.
Hiss və küll sözləri istisnadır. Hiss sözünə
yalnız -siz şəkilçisi artırıldıqda,
kökdəki s samitlərindən biri ixtisar olunur.
4.8. Mənbə
dildə qoşa samitlə bitən iki və ya
çoxhecalı sözlər bir samitlə yazılır:
hüsnxət, kilovat, mühüm, rəsmxət və s.
4.9.
Söz ortasında qoşa s samiti olan aşağıdakı
alınma sözlər bir s ilə yazılır: aksesuar, kaset,
masaj, pasaj, şose.
4.10.
Söz sonunda qoşa s samitli aşağıdakı alınma
sözlər bir s ilə yazılır: ekspres, konqres, kros,
bras, stres.
Qeyd.
Press (mətbuat) sözü istisnadır.
5. Şəkilçilərin
yazılışı
5.1. Tərkibində
a-, anti-, ba-, bi-, na-, pre- ön şəkilçiləri olan
sözlər bitişik yazılır: anormal, antivirus, baməzə,
bisavad, nalayiq, prepozisiya və s.
Qeyd.
Anti şəkilçisindən sonra xüsusi isim gəldikdə,
defis işarəsi qoyulur: Anti-Azərbaycan, Anti-Rusiya və s.
5.2.
Sözdüzəldici şəkilçilər
aşağıdakı üç qaydaya əsasən
yazılır:
5.2.1. ahəng qanununa tabe olmayan və bir cür
yazılan şəkilçilər:
-i şəkilçisi:
samitlə bitən sözlərdə -i; cənubi, daxili, elmi,
həyati, Naxçıvani, şimali, Şirvani, tarixi və
s; saitlə bitən sözlərdə isə şəkilçinin
əvvəlinə v samiti artırılır: ailəvi, dairəvi,
Gəncəvi, kütləvi və
s.;
-vari
şəkilçisi: buynuzvari, qalxanvari, üzükvari,
yüngülvari və
s.;
-keş
şəkilçisi: qayğıkeş, zəhmətkeş,
cəfakeş;
-daş
şəkilçisi: yoldaş, əməkdaş, yurddaş,
soydaş;
-stan şəkilçisi: samitlə bitən
sözlərdə şəkilçinin əvvəlinə ahəng
qanununa uyğun olaraq ı, i, u, ü saitlərindən biri
artırılır: Dağıstan, Türkmənistan, Monqolustan,
Türküstan; saitlə bitən sözlərdə isə
şəkilçi olduğu kimi qalır: Gürcüstan;
-gil şəkilçisi:
bacımgil, xalamgil, Əhmədgil və s.;
-zadə
şəkilçisi: xanzadə, bəyzadə, Axundzadə və
s.;
5.2.2. iki cür yazılan şəkilçilər:
kar
samitlə bitən sözlərdə: -qan, -kən; cingiltili
samitlə bitən sözlərdə -ğan, -gən şəkilçisi:
çalışqan, yapışqan, döyüşkən,
sürüşkən, deyingən
və s.;
-ağan, -əyən şəkilçisi:
qaçağan, güləyən, küsəyən və s.;
5.2.3. dörd cür yazılan şəkilçilər:
-kı, -ki, -ku, -kü şəkilçisi:
axşamkı, bildirki, səhərki,
gündüzkü və s.;
sifət
və isim düzəldən -ı, -i, -u, -ü şəkilçisi:
darçını, badımcanı, narıncı, çərkəzi,
armudu, gümüşü və s.;
saitlə
bitən sözlərdə bu şəkilçinin əvvəlinə
y samiti artırılır: bənövşəyi,
buğdayı, xurmayı, sürməyi və s.
5.3. Feil
köklərindən isim və sifət düzəldən
şəkilçilər:
5.3.1. kar samitlə bitən sözlərdə:
-qı, -ki, -qu, -kü şəkilçisi:
asqı, seçki, pusqu, sürtkü və s.;
-qın, -kin, -qun, -kün şəkilçisi:
satqın, bitkin, tutqun,
ötkün və s. ;
5.3.2. cingiltili samitlə bitən sözlərdə:
-ğı,
-gi, -ğu -gü şəkilçisi: çalğı,
vergi, vurğu, bölgü və s.;
-ğın, -gin, -ğun, -gün şəkilçisi:
qırğın, əzgin, yorğun, süzgün və s.
5.4. Rəqəmlə
yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri
əlavə edildikdə, şəkilçidən əvvəl
defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Rəqəmlərdən
sonra ahəng qanununa görə sıra sayının şəkilçisi
ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 2-ci, 3-cü,
6-cı, 10-cu.
5.5. Roma rəqəmlərindən
sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X
və s.
6. Mürəkkəb sözlərin
yazılışı
6.1.
Aşağıdakı hallarda sözlər bitişik
yazılır:
6.1.1. bir
vurğu ilə deyilən müxtəlifmənalı sözlər:
arabir, balacaboy, beşillik, beşmərtəbəli,
bugünkü, dilucu, əmioğlu, bacıoğlu,
xalaoğlu, gülərüz, günəbaxan, hərgecəki,
köhnəfikirli, qalxanabənzər, qanunvericilik,
qarasaçlı, qurultayqabağı, müxtəliftərəfli,
özbaşınalıq, soyuqqanlı, ucdantutma, ümumbəşəri,
yenifikirli və s.;
6.1.2. eyni feil kökünün təkrarı və
a, ə, ha bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb
isimlər: qaçaqaç, kəsəkəs, gəlhagəl,
tutatut, vurhavur və s.;
Qeyd. Sözün kökü kar samitlə bitdikdə, ahəng
qanununa görə a, ə, cingiltili samitlə bitdikdə isə
ha bitişdiricisi yazılır. Gethaget
sözü istisnadır.
6.1.3. eyni sözün təkrarı və ba, bə
bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb
zərflər: addımbaaddım, aybaay, günbəgün, ilbəil
və s.
6.2. Tərkibində
aero-, aqro-, audio-, avia-, avto-, ekzo-, endo-, elektro-, foto-, makro-,
mikro-, mini-, mono-, multi-, nano-, neo-, oksi-, oliqo-, paleo-, para-,
post-, proto-, psevdo-, psixo-, stereo-, super-, tele-, termo-, trans-, ultra-,
ümum- morfemləri olan mürəkkəb sözlər
bitişik yazılır: aeroklub, aqromüxtəliflik, audioəlaqə,
aviasalon, avtopark, endoplazma, mikrocərrahiyyə, elektromaqnit,
fotoçəkiliş, miniavtobus, monopredikativ, monokristal,
multimilyonçu, nanotexnologiya, nanohissəcik, neofaşizm,
neorealizm, oksitetrasiklin, oliqofreniya, paleoxəritə,
paramaqnetizm, postsovet, psixonevroloji, postmodernizm, prototürk,
stereotəsvir, superdövlət, supermarket, teletamaşa,
termoaçar, transmilli, ultrasəs, ümumbəşəri və
s.
Qeyd. Bu
morfemlərin bəziləri xüsusi isimlərə
qoşulduqda, defislə yazılır: trans-Asiya,
trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, paleo-Azərbaycan, proto-Azərbaycan,
ümum-Azərbaycan, ümum-Avropa və s.
6.3. Tərkibindəki
sözlərin səciyyəsindən asılı olaraq
aşağıdakı mürəkkəb sözlər defislə
yazılır:
6.3.1. qoşa sözlər: adda-budda,
aşıq-aşıq, az-maz, dedi-qodu, əzik-üzük, həlləm-qəlləm,
kağız-kuğuz, qara-qura, qonaq-qara, sür-sümük və
s.;
6.3.2. tərkibində
art-, eks-, əks-,
kontr-, qeyri-, ober-, veb-,
vitse- morfemləri olan mürəkkəb sözlər:
art-obyekt, eks-prezident, əks-səda, kontr-admiral, qeyri-adi,
qeyri-iradi, ober-leytenant, veb-dizayner, veb-səhifə, vitse-admiral;
6.3.3. izafət birləşmələri: həddi-büluğ,
külli-aləm, külli-ixtiyar, nöqteyi-nəzər, tərcümeyi-hal,
tərzi-hərəkət və s.;
6.3.4. mürəkkəb coğrafi sözlər: cənub-qərb,
şərq-qərb, şimal-şərq və s.;
6.3.5. tərkibində mənaca bir-birinə yaxın
və ya əks anlayışları bildirən sözlər:
ab-hava, adlı-sanlı, ağıllı-kamallı, az-çox, baş-ayaq, dərə-təpə,
dinməz-söyləməz, elə-belə, gec-tez,
iki-üç, naz-qəmzə, nəvə-nəticə, ölüm-itim, pis-yaxşı,
söz-söhbət, təhvil-təslim, ucsuz-bucaqsız və
s.;
6.3.6. ölçü vahidlərini bildirən isimlər:
kiloelektron-volt, kilovat-saat, qram-kalori və s.;
6.3.7. birinci tərəfi sifətin dərəcə əlaməti
kimi işlənən açıq və tünd sözlərinin,
eləcə də müəyyən məna çaları
bildirən ala sözünün iştirakı ilə yaranan
mürəkkəb sifətlər: açıq-sarı,
tünd-göy, ala-seyrək və
s.
Qeyd. Tərkibində
təhər morfemi olan sifətlər istisnadır: bu cür
sözlər bitişik yazılır: göytəhər,
sarıtəhər və s.
7. Köməkçi sözlərin
yazılışı
7.1.
İdi, imiş, ikən köməkçi sözləri adlardan
(isim, sifət, say, əvəzlik), saitlə bitən zərflərdən
və feillərdən sonra ayrı, samitlə bitən feillərdən
sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş
variantlarda bitişik yazılır: uşaq idi, uşaq ikən, uşaq imiş, gəlirkən,
gəlirmiş, gəlməli idi, gəlməli ikən, gecə
idi, gecə ikən, gəlməli imiş, gəlmiş imiş, gəlmişdi
və s.
Qeyd.
Saitlə bitən feillərdən sonra gələn bu köməkçi
sözlər ilk saiti buraxılaraq, y bitişdiricisinin əlavəsi
ilə bitişik də yazıla bilər: almalıydı, gəlməliymiş,
alaydı, alasıydı, gəlməliydi və s.
7.2.
Qoşmalar iki cür yazılır:
7.2.1. təkhecalı qoşmalar (-can, -cən, -dək,
-tək) aid olduqları sözə bitişik yazılır:
dağacan, evəcən, küçəyədək, quştək
və s.;
7.2.2. ikihecalı qoşmalar (ilə, kimi, qədər,
ötrü, təki, üçün) aid olduqları sözdən
ayrı yazılır: gəmi ilə, adam kimi, ondan
ötrü, sənin təki, şagird üçün və
s.
Qeyd. 1. İlə
qoşması samitlə bitən sözlərdə ahəng
qanununa uyğun olaraq -la, -lə şəklində bitişik
yazıla bilər: qatarla, qələmlə və s.
2. Etibarilə,
məqsədilə, münasibətilə, vasitəsilə
sözləri bitişik yazılır.
7.3. Mənşəcə
mürəkkəb olan bağlayıcılar bitişik
yazılır: çünki, habelə, halbuki, həmçinin,
hərçənd, hərgah, nəinki, yaxud, yainki və s.
7.4. Tərkibi
bağlayıcılar və bağlayıcı sözlər
ayrı yazılır: belə ki, buna görə, buna görə
də, bunun üçün, bununla da, daha da, guya ki, həm də,
odur ki, ona görə də, ona görə, onun
üçün də, tutaq ki, və ya, və yaxud, kim ki, o
zaman ki, onda ki və s.
7.5.
Ədatlar aid olduqları sözlərdən ayrı
yazılır: daha gözəl, dedim də, di get, ən
yaxşı, gör ha, lap pis, sən ki və s.
-mı, -mi, -mu, -mü; -sana, -sənə, -ca, -cə
ədatları aid olduqları sözlərə bitişik
yazılır: Qəşəngdirmi? Oxudumu?
A kos-kosa, gəlsənə, torbanı doldursana! Yaxşıca
dincəldim. İndicə gəlmişik və
s.
7.6. Eyni
nidanın təkrarından əmələ gələn nidalar
defislə yazılır: bəh-bəh, ha-ha-ha, pəh-pəh,
uy-uy, vay-vay və s.
7.7.
Müxtəlif sözlərdən əmələ gələn
nidalar ayrı yazılır: ay aman, ay haray.
8. Birinci hərfi böyük
yazılan sözlər
8.1. Ad,
soyad, təxəllüs və ləqəb bildirən sözlərin
(bəy, oğlu və qızı sözlərindən
başqa) birinci hərfi böyük yazılır: Nizami Gəncəvi,
İmadəddin Nəsimi, Uzun Həsən, Şah
İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli
Axundzadə, Xan qızı Natəvan, Süleyman Sani Axundov,
Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli,
Mehdi Hüseynzadə, Səməd Vurğun, Süleyman
Rüstəm, Bəxtiyar Vahabzadə və s.
Qeyd.
Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə
də böyük hərflə yazılır: Nizamilər,
Füzulilər, Hacı Qaralar, Həzi Aslanovlar, Mehdi
Hüseynzadələr və s.
8.2. Bədii
əsərlərdə heyvanlara və cansız əşyalara
verilən adlar böyük hərflə yazılır:
Alapaça, Badə, Bəng, Bozdar, Qırat, Məstan və
s.
8.3. Tarixi
hadisələrin, dövrlərin, sülalələrin, eləcə
də qədim yazılı abidələrin və s.
adlarının birinci sözünün ilk hərfi
böyük yazılır: Azadlıq meydanı,
Çaldıran döyüşü, Dəmir dövrü,
Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər
sülaləsi, Şuşa qalası, Versal sülhü, Vətən
müharibəsi, Yeddiillik müharibə və s. Belə
mürəkkəb adlara fərqləndirici söz əlavə
olunduqda, onun da birinci hərfi böyük yazılır: Orta
Paleolit dövrü, Son Paleolit dövrü.
8.4.
Ölkələrin, muxtar respublikaların, vilayət və
diyarların rəsmi adlarının tərkibindəki
bütün sözlərin ilk hərfi böyük
yazılır: Azərbaycan Respublikası, Birləşmiş
Ərəb Əmirlikləri, İran İslam Respublikası,
Naxçıvan Muxtar Respublikası və s.
8.5. Səmavi
kitabların, fəza cisimlərinin adları böyük hərflə
yazılır: Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq,
İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay,
Yupiter, Saturn, Venera və s.
8.6.
Yüksək dövlət vəzifələri (Azərbaycan
Respublikasının Prezidenti, Azərbaycan
Respublikasının Baş Naziri, Azərbaycan Respublikası
Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət,
qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə
də tarixi günlərin və s. mürəkkəb
adların tərkibindəki bütün sözlərin
(adına, üzrə, yanında, qarşı kimi
yardımçı sözlərdən başqa) birinci hərfi
böyük yazılır: Azərbaycan Respublikasının
Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi
adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası,
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı,
Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil
Şöbəsi və s.
Qeyd. 1. Tərkibində gün sözü olan və təqvimə
düşən əlamətdar günlərin adlarında
bütün sözlər böyük hərflə
yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq
Qadınlar Günü, Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və s.
2. Məşhur
tarixi gün və bayram adlarında yalnız birinci
sözün ilk hərfi böyük yazılır: İyirmi yanvar, İyirmi səkkiz
may, Səkkiz mart, Qurban bayramı, Novruz bayramı və s. Həmin
günlər rəqəmlə göstərilərsə, 20
Yanvar, 28 May, 8 Mart və s. rəqəmdən sonrakı birinci
sözün ilk hərfi böyük yazılır.
3. Azərbaycan
Respublikasının Səhiyyə naziri, Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb
adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə
bildirən söz (nazir)
kiçik hərflə yazılır.
4. Tərkibində
lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə
sözləri olan mürəkkəb adlarda ilk söz
böyük, sonrakı sözlər kiçik hərflə
yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər
gimnaziyası, Humanitar siyasət məsələləri
şöbəsi, Uşaq-gənclər şahmat məktəbi,
BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik
İnstitutunun Terminologiya şöbəsi və s.
5. Tərkibində
okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə,
kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala,
türbə, qoruq, boğaz, düz, ada, burun, körpü,
düzənlik, dağ, səhra, dərə sözləri olan
adlarda ilk söz böyük hərflə yazılır: Sakit
okean, Xəzər dənizi, Qara dəniz, Kür çayı,
Baykal gölü, Bakı şəhəri, Salyan rayonu,
Şüvəlan qəsəbəsi, Hökməli kəndi,
Neftçilər prospekti, Azadlıq meydanı, Əhməd
Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət
sarayı, Ramana qalası, Möminə xatun türbəsi,
Şirvan qoruğu, Dardanel boğazı, Mil düzü, Nargin
adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz
dağı, Qaraqum səhrası, İynə burnu.
8.7. Fəxri
adların özək hissəsini təşkil edən ilk
söz böyük hərflə, sonrakı sözlər
kiçik hərflə yazılır: Əməkdar müəllim,
Əməkdar incəsənət xadimi, Xalq şairi və s.
Qeyd. Azərbaycanın
Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı
mürəkkəb adlarında hər üç söz
böyük hərflə yazılır.
8.8. Orden,
medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal,
kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s.
adları dırnaqda və böyük hərflə
yazılır: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı”
ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq
sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim”
kafesi, “Bahar” mağazası, “Badamlı” mineral suyu və s.
Qeyd.
Dırnaqda yazılan belə adlara artırılan şəkilçi
dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin
bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk
tamaşası və s.
8.9. Mirzə,
hacı, şeyx, seyid, şah, sultan, bəyim və s. sözlər
rütbə, ləqəb və titul bildirib, aid olduğu
sözlərdən əvvəl gəldikdə böyük hərflə,
sonra gəldikdə isə kiçik hərflə
yazılır: Hacı Qara, Mirzə Fətəli, Nadir şah,
Seyid Əzim, Sultan Süleyman, Şah İsmayıl, Şeyx Nəsrullah
və s.
Qeyd.
Ağa, bəy, xan, xanım sözləri insan adlarının
tərkib hissəsi kimi işləndikdə bitişik
yazılır: Ağacavad, Ağabəy, Əlibəy,
Xanoğlan, Böyükxanım və s. Həmin sözlər
adlara qoşularaq titul kimi və ya hörmət məqsədilə
işləndikdə isə ayrı yazılır: Abbasqulu
ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Fətəli
xan Xoyski, Fatma xanım
Kəminə və s.
9. İxtisar və qısaltmalar
9.1.
İxtisar və qısaltmalar aşağıdakı kimi
yazılır:
9.1.1. tam ixtisarlar və qısaltmalar aid olduqları
sözlərə uyğun olaraq böyük hərflə
yazılır: Azərbaycan Respublikası - AR, Birləşmiş
Millətlər Təşkilatı - BMT, Milli Məclis - MM və
s.;
9.1.2. tam ixtisarlar ümumi isimlərə aid olduqda
kiçik hərflə yazılır: metr - m, cild - c, və
sairə - və s., və başqaları - və b.;
9.1.3. yarımçıq ixtisarlar aid olduqları
sözlərə uyğun olaraq, böyük və kiçik
hərflərlə, mürəkkəb adların tərkib hissələri
isə bitişik yazılır: akademik – akad., doktor – dok.,
dosent - dos., professor – prof., Azərbaycan Nəşriyyatı -
Azərnəşr və s.
9.2.
İxtisarlara əlavə edilən şəkilçilər
son səsin tələffüzünə uyğun olaraq
yazılır: AMEA-dan, MDB-nin, UNESKO-nun, İSESKO-da, BDU-ya və s.
10. Sözün sətirdən sətrə
keçirilməsi
10.1.
Sözlər sətirdən sətrə hecalarla keçirilir:
və-tən, mək-təb-li-lər və s.
Sözün
bir saitdən ibarət olan hecasını sətrin sonunda
saxlamaq və ya yeni sətrə keçirmək olmaz: a-ilə,
a-zadlıq, iddi-a və s. Bu qəbildən
olan sözlər sətirdən sətrə bu şəkildə
keçirilir: ai-lə, azad-lıq, id-dia və s.
10.2.
Saylar rəqəmlə yazıldıqda, onlara artırılan
şəkilçilər sətirdən sətrə
keçirilmir: 5-cilər, 7-ci, 9-da və s.
10.3.
Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçilər
sətirdən sətrə keçirilmir.
10.4. Ad və
ata adlarının bir hərfdən ibarət
qısaltmalarını (M.F.Axundzadə, M.S.Ordubadi, Y.V.Çəmənzəminli
və s.) sətrin sonunda saxlamaq olmaz.
10.5.
Durğu işarələri yeni sətrə keçirilmir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2019.- 20 aprel.- S.4.