Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları
ilə bağlı Qaydaların təsdiq edilməsi
haqqında” 2000-ci il 20 aprel
tarixli 73 nömrəli, “Hərbi qulluqçulara (hərbi qulluqçu
hazırlayan xüsusi təyinatlı təhsil
müəssisələrinin ailəli kursantlarına) müvəqqəti
mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən
edilməsi haqqında” 2006-cı il 13 iyul tarixli 171 nömrəli,
“Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan
və bu səbəbdən kirayə götürülmüş mənzildə
yaşayan prokurorluq işçilərinə
pul kompensasiyasının məbləği
və verilməsi Qaydası”nın təsdiq edilməsi
haqqında” 2011-ci il 12 iyul
tarixli 112 nömrəli, “Ehtiyata
və ya istefaya
buraxılmış vətəndaşların bəzi
kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin
məbləğinin və ödənilməsi
qaydasının müəyyən edilməsi barədə”
2012-ci il 6 avqust tarixli 174 nömrəli və “Miqrasiya
orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının
daşınması xərclərinin və birdəfəlik
kompensasiyanın ödənilməsi Qaydası”nın və “Miqrasiya orqanlarında
qulluq yerinin dəyişdirilməsi
ilə əlaqədar yaşayış yeri
olmayan miqrasiya
orqanlarının işçilərinə və onların
ailə üzvlərinə mənzil kirayəsi üçün pul
kompensasiyasının məbləği və ödənilməsi
Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 12 may tarixli 140 nömrəli qərarlarında dəyişikliklər
edilməsi haqqındaAZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
¹ 183
Bakı şəhəri,
22 aprel 2019-cu il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4 (II kitab), maddə 319; 2004, ¹ 1, maddə 51, ¹ 7, maddə 589, ¹ 11, maddə 970; 2005, ¹ 7, maddə 677; 2006, ¹ 9, maddə 830; 2007, ¹ 5, maddə 544; 2008, ¹ 2, maddə 124; 2009, ¹ 11, maddə 937; 2010,
¹ 4, maddə 359; 2011, ¹ 12, maddə 1260; 2014, ¹ 4, maddə 460, ¹ 5, maddələr 565, 593; 2016, ¹ 6, maddə 1212; 2017, ¹ 9, maddələr 1738, 1763; 2018, ¹ 10, maddə 2146; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 78 nömrəli Qərarı) 4 nömrəli əlavə - “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. ikinci abzasda “47” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;
1.2. üçüncü abzasda “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;
1.3. dördüncü abzasda “27” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;
1.4. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin və üçüncü-beşinci abzaslar dördüncü-altıncı abzaslar hesab edilsin:
“Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.
2. “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 171 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 7, maddə 638, ¹ 10, maddə 902; 2010, ¹ 3, maddə 264; 2011, ¹ 8, maddə 777; 2012, ¹ 12, maddə 1350; 2013, ¹ 10, maddə 1203; 2016, ¹ 9, maddə 1585) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. ikinci abzasda “şərti maliyyə vahidi məbləğinin 43 misli miqdarında” sözləri “150 manat” sözləri ilə əvəz edilsin;
2.2. üçüncü abzasda “şərti maliyyə vahidi məbləğinin 30 misli” sözləri “75 manat” sözləri ilə əvəz edilsin;
2.3. dördüncü abzasda “şərti maliyyə vahidi məbləğinin 25 misli miqdarında” sözləri “55 manat” sözləri ilə əvəz edilsin;
2.4. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin və üçüncü-beşinci abzaslar dördüncü-altıncı abzaslar hesab edilsin:
“Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011,
¹ 7, maddə 741) ilə təsdiq edilmiş “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə “47” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;
3.2. 2.2-ci bənddə “33 ” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;
3.3. 2.3-cü bənddə “27” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;
3.4. aşağıdakı məzmunda 2.1-1-ci yarımbənd əlavə edilsin:
“2.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.
4. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012,
¹ 8, maddə 822; 2017, ¹ 5, maddə 1007) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.1-ci bənddə “47,30” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;
4.2. 1.2-ci bənddə “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;
4.3. 1.3-cü bənddə “28” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;
4.4. aşağıdakı məzmunda 1.1-1-ci yarımbənd əlavə edilsin:
“1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 5, maddə 567; 2018,
¹ 12 (II kitab), maddə 2740; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 83 nömrəli Qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.1.1-ci yarımbənddə “47” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;
5.2. 2.1.2-ci yarımbənddə “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;
5.3. 2.1.3-cü yarımbənddə “28” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;
5.4. aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:
“2.1.1-1 Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.
6. Bu Qərar 2019-cu il
martın 1-dən tətbiq
edilir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.- 23 aprel.- S.7.