Neftçala şəhər 1 nömrəli tam
orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid
İmanovun adının verilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 186
Bakı şəhəri,
22 aprel 2019-cu il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Neftçala Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilsin.
2. Neftçala Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 23 aprel.- S.7.