Azərbaycan Dillər Universitetində
təqdimat
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan
Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC) ispan
dili bölməsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat
ADU-nun İspan Dili Mərkəzinin dəstəyi
ilə təşkil olunub. Tədbiri açan informasiya
agentliyinin ispan dili bölməsinin müdiri Nuridə Aslanova iştirakçılara
AZƏRTAC-ın ispandilli
veb-resursu haqqında məlumat verib. O qeyd edib ki,
ölkəmizin həyatının
bütün sahələrinə
- iqtisadiyyat, mədəniyyət,
turizm, Azərbaycan tarixinə dair ispan dilində geniş informasiya bazası yaradılıb. Ölkədə baş verən
mühüm yeniliklər
və hadisələr
haqqında xəbərlər
AZƏRTAC-ın saytının
ispandilli versiyasında
və sosial şəbəkələrdə yayılır.
Agentliyin
ispan dili bölməsinin əməkdaşı
Ülkər Əliyeva geniş
təqdimatla çıxış
edib. O bildirib ki, AZƏRTAC respublikanın
aparıcı informasiya
agentliyi, yerli və xarici KİV üçün rəsmi dövlət informasiyasının
yeganə mənbəyidir.
Agentlik rəsmi məlumatlarla yanaşı,
fasiləsiz olaraq 8 dildə - Azərbaycan, ingilis, rus, fransız,
alman, ərəb, Çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə,
idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.
AZƏRTAC
ispandilli tərəfdaşları
ilə informasiya mübadiləsini daha da gücləndirmək, Azərbaycanın siyasi, iqtisadi, mədəni və bir çox
digər sahələrdə
uğurları, ölkəmizdə
keçirilən beynəlxalq
tədbirlər barədə
informasiyaların 400 milyonluq
ispandilli auditoriyaya çatdırılması məqsədilə
ispan dilində xəbər yayımına
cari ilin yanvarından başlayıb.
Agentlik üzvü olduğu beynəlxalq qurumlar və tərəfdaşlıq etdiyi
agentliklərlə ispan
dilində xəbər
mübadiləsi aparır,
ispandilli ölkələrin
xəbər agentlikləri
– İspaniyanın EFE, Argentinanın
Telam, Paraqvayın IP, Kubanın Prensa Latina agentlikləri ilə sıx əməkdaşlıq
edir.
ADU-nun İspan Dili
Mərkəzinin rəhbəri
Nərgiz Mədətova
AZƏRTAC-a müsahibəsində qeyd edib ki,
Azərbaycan haqqında
xəbərlərin ispandilli
auditoriyaya doğru, operativ olaraq informasiyanın mənbəyindən
ötürülməsi təqdirəlayiq
haldır. İndiyədək ispandilli tərəfdaşlarımızla
ünsiyyətdə olduğumuz
zaman onlar Azərbaycan haqqında informasiyaların azlığından
şikayət ediblər.
Ümidvaram ki, AZƏRTAC-ın
ispan bölməsi ispandilli əhalinin Azərbaycan haqqında informasiyaya tələbatını
ödəyəcək.
ADU-nun
roman dilləri praktikası
və nəzəriyyəsi
kafedrasının müdiri
Aynur Quliyeva
AZƏRTAC-a açıqlamasında vurğulayıb ki, ispan dili ingilis
və Çin dillərindən sonra dünyada ən çox danışılan
üçüncü dildir,
21 ölkədə rəsmi
dil olaraq qəbul edilib və BMT-nin 6 rəsmi dilindən biridir. Dilin yayılma coğrafiyası,
əsasən, Avropa, Şimali Amerika və Cənubi Amerika qitələridir.
Bu baxımdan AZƏRTAC-ın
ispan dilində xəbər yayması rəsmi dövlət tədbirləri, Azərbaycanın
həyata keçirdiyi
mühüm beynəlxalq
və regional layihələr
barədə məlumatların,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə
dair həqiqətlərin
daha geniş auditoriyaya çatdırılması,
ispandilli ölkələrdə
erməni lobbisinin antiazərbaycan təbliğatına
qarşı informasiya
mübarizəsinin aparılması
işinə böyük
fayda verəcək.
İştirakçılara AZƏRTAC-ın fəaliyyətini əks etdirən videoçarx nümayiş
olunub.
Tədbirdə ADU-nun müəllim və tələbə heyəti
iştirak edib.
Xalq qəzeti.- 2019.-
23 aprel.- S.10.