“Fərdi parklanma talonlarının forması, habelə
onların verilməsi Qaydası”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
№ 187
Bakı şəhəri,
22 aprel 2019-cu il
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1268 nömrəli Fərmanının 1.2.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 24 aprel.- S.7.