“Dezoksiribonuklein
turşusu (DNT) analizinin
aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması,
istifadəsi, verilməsi və məhv edilməsi
Qaydası”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
№ 188
Bakı şəhəri,
22 aprel 2019-cu il
“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 22 aprel
tarixli 188 nömrəli
Qərarı ilə
təsdiq edilmişdir.
Dezoksiribonuklein turşusu (DNT) analizinin
aparılması üçün
bioloji materialın götürülməsi,
onun uçotu, saxlanılması, istifadəsi,
verilməsi və məhv edilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Azərbaycan Respublikasında dövlət
daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun
14.6-cı maddəsinə uyğun
olaraq, dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün
bioloji materialın götürülməsi, onun
uçotu, saxlanılması,
istifadəsi, verilməsi
və məhv edilməsi qaydasını
müəyyən edir.
1.2. Bu Qaydada istifadə
olunan anlayışlar
“Azərbaycan Respublikasında
dövlət daktiloskopik
və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının
Qanununda və Azərbaycan Respublikasının
digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş
mənaları ifadə
edir.
2. Bioloji materialın götürülməsi
2.1. Dezoksiribonuklein turşusu
(DNT) analizinin aparılması
üçün bioloji
material qismində şəxslərdən ağız
boşluğunun yanaq nahiyəsinin selikli qişasından qaşıntı
üsulu ilə əldə olunan epitel hüceyrələri
nümunəsi (yanaq epiteli qaşıntısı)
götürülür.
2.2. Bioloji material birdəfəlik
istifadəyə yararlı,
plastik futlyarda qablaşdırılan və
bu məqsədlə istehsal edilmiş xüsusi, steril pambıq tampon vasitəsilə
hər bir şəxsdən 2 (iki) ədəd olmaqla götürülür.
2.3. Məcburi dövlət genom qeydiyyatından keçirilən şəxslərdən
bioloji material aşağıdakı
qaydada götürülür:
2.3.1. ağır və
ya xüsusilə ağır, həmçinin
şəxsiyyətin cinsi
toxunulmazlığı və
cinsi azadlığı
əleyhinə cinayət
törətməkdə şübhəli
bilinən, təqsirləndirilən
və ya belə cinayətə görə məhkum olunmuş şəxslərdən
bioloji material təhqiqat
orqanlarının əməkdaşları,
ibtidai istintaq orqanlarının əməkdaşları
və ya həmin orqanların müraciəti ilə Azərbaycan Respublikası
Daxili İşlər
Nazirliyinin (bundan sonra - DİN) kriminalistika xidmətinin əməkdaşı
tərəfindən;
2.3.2. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi
mümkün olmayan, habelə səhhətinə
və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərdən,
xəbərsiz itkin düşmüşlərin bioloji
qohumlarından (bioloji
valideynlərdən və
ya övladları ilə birlikdə ər-arvaddan) bioloji
material məhkəmə, əməliyyat-axtarış
fəaliyyətini, təhqiqat
və ya istintaqı həyata keçirən orqanların
qərarına əsasən
DİN-in kriminalistika xidmətinin
əməkdaşı tərəfindən.
2.4. Məcburi dövlət genom qeydiyyatından keçirilən naməlum
meyitlərdən bioloji
material qismində qan,
tük, dırnaq, diş, sümük və ya orqanizmin
digər ifrazatlarından
və ya toxumalarından biri və ya bir
neçəsi Azərbaycan
Respublikası Səhiyyə
Nazirliyinin Məhkəmə-Tibbi
Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində meyitin müayinəsi zamanı DİN-in kriminalistika
xidməti əməkdaşı
tərəfindən götürülür.
2.5. Könüllü dövlət
genom qeydiyyatından keçirilən şəxslərdən
bioloji material aşağıdakı
qaydada götürülür:
2.5.1. könüllü dövlət genom qeydiyyatından keçmək
istəyən Azərbaycan
Respublikasının vətəndaşlarından,
Azərbaycan Respublikasının
ərazisində olan əcnəbilərdən və
ya vətəndaşlığı
olmayan şəxslərdən
bioloji material onların
DİN-ə ünvanlanmış yazılı ərizələrinə
əsasən DİN-in kriminalistika
xidmətinin əməkdaşı
tərəfindən;
2.5.2. məhkəmə tərəfindən
fəaliyyət qabiliyyəti
olmayan sayılmış
Azərbaycan Respublikası
vətəndaşlarından, həmçinin yetkinlik yaşına çatmayanlardan
bioloji material onların
qanuni nümayəndələrinin
DİN-ə ünvanlanmış yazılı ərizələri
əsasında və həmin nümayəndələrin
iştirakı ilə
DİN-in kriminalistika xidmətinin
əməkdaşı tərəfindən.
2.6. Bioloji material möhürlənmiş
kağız zərf, paket və ya
karton bağlamada qablaşdırılır.
2.7. Şəxslərdən götürülmüş
bioloji materialın qablaş-dırılmasının üzərində şəxsin
fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı,
cinsi, doğulduğu yer və tarix,
şəxsin yaşadığı
və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar göstərilir.
2.8. Naməlum meyitlərdən
götürülmüş bioloji materialın qablaşdırılmasının üzərində materialın
götürüldüyü yer, tarix, saat,
mahiyyəti və təsviri, bioloji materialı götürən
şəxsin iş yeri, vəzifəsi, soyadı, adı və atasının adı qeyd olunur.
2.9. Müvafiq qaydada götürülmüş bioloji
material və məlumat
DNT analizinin aparılması,
DNT profilinin əldə
olunması və DNT Məlumat Bankında saxlanılması üçün
DİN Kriminalistik Tədqiqatlar
İdarəsinə göndərilir.
2.10. Əldə olunmuş bütün bioloji materiallar +40C temperaturda soyuducu konteynerdə qorunur və 24 saatdan gec olmayaraq
təyinatı üzrə
çatdırılır.
2.11. Göndərilən bioloji
materialın məlumatında
aşağıdakılar qeyd
olunur:
2.11.1. genom qeydiyyatının
aparılmasının əsası
və tarixi;
2.11.2. məcburi dövlət
genom qeydiyyatından keçirilmiş şəxsin
fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı,
cinsi, doğulduğu yer və tarix,
şəxsin yaşadığı
və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;
2.11.3. bioloji materialı
götürmüş və
məlumatı hazırlamış
təhqiqat orqanlarının,
ibtidai istintaq orqanlarının adı və ya DİN.
3. Bioloji materialın uçotu
3.1. DNT
analizinin aparılması üçün daxil olan bioloji
materialın müşayiət sənədləri Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935
nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Dövlət orqanlarında, dövlət mülkiyyətində
olan və paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslərdə
və büdcə təşkilatlarında
kargüzarlığın aparılmasına dair Təlimat”a
uyğun qaydada DİN-in Kriminalistik Tədqiqatlar İdarəsində
qeydiyyatdan keçirildikdən sonra uçota alınır.
3.2. Hər
bir bioloji material kompüter proqramı vasitəsilə
ayrı-ayrılıqda kodlaşdırılır.
3.3.
Bioloji materialın uçotu 3 (üç) istiqamətdə
aparılır:
3.3.1. məcburi dövlət genom qeydiyyatından
keçirilmiş şəxslərin bioloji materialının
uçotu;
3.3.2. könüllü dövlət genom
qeydiyyatından keçirilmiş şəxslərin bioloji
materialının uçotu;
3.3.3. naməlum meyitlərdən
götürülmüş bioloji materialın uçotu.
3.4. Məcburi
dövlət genom qeydiyyatından keçirilmiş
ağır və ya xüsusilə ağır, həmçinin
şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi
azadlığı əleyhinə cinayət törətməkdə
şübhəli bilinən, təqsirləndirilən və ya
belə cinayətə görə məhkum olunmuş şəxslərdən,
şəxsiyyətinin başqa üsullarla müəyyən
edilməsi mümkün olmayan, habelə səhhətinə və
ya yaşına görə özü haqqında məlumat
vermək qabiliyyətinə malik olmayan şəxslərdən,
xəbərsiz itkin düşmüşlərin bioloji
qohumlarından (bioloji valideynlərdən və ya
övladları ilə birlikdə ərdən (arvaddan) və
könüllü dövlət genom qeydiyyatından
keçirilmiş şəxslərdən
götürülmüş bioloji materialın uçotu
zamanı aşağıdakı məlumatlar qeyd olunur:
3.4.1. bioloji material götürülən şəxs
barədə məlumat (fərdi identifikasiya nömrəsi,
soyadı, adı, atasının adı, vətəndaşlığı,
cinsi, doğulduğu yer və tarix, şəxsin
yaşadığı və ya olduğu yer üzrə
qeydiyyatı haqqında məlumatlar);
3.4.2. dövlət genom qeydiyyatının
aparılmasının əsası və tarixi, bioloji
materialı götürmüş və məlumatı
hazırlamış orqanın
adı;
3.4.3. bioloji materialın götürüldüyü
yer, tarix və saat;
3.4.4. bioloji materialın DNT analizinə daxil olduğu
tarix və saat.
3.5. Naməlum
meyitlərdən götürülmüş bioloji materialın
uçotu zamanı aşağıdakı məlumatlar qeyd
olunur:
3.5.1. bioloji materialın növü (qan, tük,
dırnaq, diş, sümük, orqanizmin digər
ifrazatları və ya
toxumaları);
3.5.2. bioloji materialın götürüldüyü
yer, tarix, saat və hal üzrə məlumatlar;
3.5.3. bioloji materialın DNT analizinə daxil olduğu
tarix və saat.
4. Bioloji materialın
saxlanılması
4.1. Şəxslərdən
götürülmüş bioloji material DNT analizi başa
çatana və DNT profili əldə olunanadək, xüsusi
soyuducuda müvafiq şəraitdə saxlanılır.
4.2. Naməlum
meyitlərdən götürülmüş bioloji material DNT
analizinə daxil olduğu andan xüsusi soyuducuda müvafiq
şəraitdə saxlanılır. Analiz başa
çatdıqdan və müvafiq sənədlər tərtib
olunduqdan sonra bioloji material 3 (üç) iş günü
müddətində sorğu verən orqana qaytarılır.
5. Bioloji materialın istifadəsi
5.1.
Dövlət genom qeydiyyatının keçirilməsi məqsədilə
daxil olmuş bioloji material DNT analizinin keçirilməsi və
DNT profilinin əldə edilməsi üçün istifadə
olunur.
6. Bioloji materialın verilməsi
6.1. Naməlum
meyitlərdən götürülmüş bioloji
materialın analizə sərf olunmayan hissəsi bu Qaydanın
2.6-cı bəndinə uyğun qablaşdırılaraq 3
(üç) iş günü müddətində sorğunu
vermiş orqana qaytarılır.
7. Bioloji materialın məhv edilməsi
7.1. Şəxslərdən götürülmüş
bioloji material DNT analizi
və DNT profilinin əldə olunması zamanı tam istifadə edilir. Bioloji materialın bu
Qaydanın 2.2-ci bəndinə
uyğun götürüldüyü
hər 2 (iki) tampon təkrar analizə yararsız olduğundan və heç bir genetik informasiya
daşımadığından məhv edilmiş hesab edilir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.- 24 aprel.- S.7.