Türk dünyasının

mədəniyyət paytaxtı”  

 

Qırğızıstanda “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycanı bu tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.Bu  barədə  Mədəniyyət Nazirliyinin mətbuat  xidməti məlumat yayıb.

 

Açılış mərasimindən əvvəl Qırğızıstanın şəhərinin meri Taalaybek Sarıbaşov şəhərin "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün buraya gələn xarici qonaqlarla görüşüb. Görüşdə türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb.

Sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qırğızıstanın mədəniyyət, informasiyaturizm naziri Azamat Jamankulov, Azərbaycanın mədəniyyət nazirinin müavini Rafiq Bayramov Türkiyə və Qazaxıstanın mədəniyyət nazirlərinin müavinləri Əhməd Xaluk DursunEldos Ramazanov, Özbəkistan, Türkmənistan və digər ölkələrin nümayəndələri Oşun "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi münasibətilə təbriklərini çatdırıblar.

Açılış mərasimində Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov mərasimdə çıxış edərək ölkəsində yaşayan xalqları təbrik edib, qədim şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasından qürur duyduğunu bildirib. Prezident bu qədim şəhərin tarixi abidələri və tanınmış şəxsiyyətləri haqqında danışıb. Dövlət başçısı deyib ki, bu bayrama Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Serbiya, BosniyaHerseqovina, Makedoniya və digər ölkələrdən incəsənət ustaları qatılıblar.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, şəhərinin üç min ildən artıq yaşı varBöyük İpək Yolu üzərində yerləşdiyindən onun zəngin mədəniyyəti və ənənələri formalaşıb.

Tədbirdə  TÜRKSOY-un üzvü olan və digər ölkələrin incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı təqdim olunub.

Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində tədbirlər davam edib. Sözügedən layihə çərçivəsində türk dövlətlərinin etnofestivalı keçirilib. Festivalda vilayətinin bütün rayonları öz adət-ənənələrini, mətbəx nümunələrini, geyimlərini və musiqilərini təqdim ediblər. “Manasdan parçalar söyləyiblər. Həmçinin iştirakçı ölkələrin də musiqiləri səsləndirilib.

 

M. MEHDİYEV

 

Xalq qəzeti.- 2019.- 24 aprel.- S.10.