Nǝsimi “İslam”ının haradan başlayıb,
harada bitdiyini
söylǝmǝk müşküldür
Qısa xatırlatma:
Maykl Reynhard Hess 1967-ci ildə
Almaniyanın Offenbax
am Main şəhərində anadan olmuşdur. Frankfurtdakı Yohan Volfanq Höte adına Universitetdə
yeni tarix, yunan tarixi, islamşünaslıq
və türkologiya ixtisası üzrə təhsil alıb. Berlin Azad Universitetində “İmaddədin Nəsimi irsi” fundamental araşdırmasını
apararaq 2005-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
M.Reynhard 130-dan çox elmi məqalənin müəllifidir. O, həmçinin klassik
Şərq poeziyasından
tərcümələr edir.
Araşdırmaçının ölkəmizlə bağlı bir neçə kitabı vardır. Bunlardan ən əsası
araşdırdığı Nəsimi irsi haqqında olan “İlah-insanın dili.
İmadəddin Nəsiminin Türk
divanının araşdırması
(Die Sprache des Menschengottes.
Untersuchungen zu Imad äd-Din Näsimis (fl. ca.
1400) türkischem Divan)” adlı
əsərdir. Bu əsərdə elmi təhlilin başlıca fokusu Nəsiminin türkcə yazılmış
əsərlərinin dil
xarakteristikasıdır. Araşdırmada türk dili
xüsusi qeyd edilir.
Alimin Azərbaycana bağlılığı və
xoş münasibəti
bununla bitmir. O, həmçinin “Ermənistan
və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi”
adlı kitabın da müəllifidir. Həmin
kitab 2016-cı il aprel döyüşlərindən
sonra qələmə alınmışdır.
Hazırda Maykl Reynhard Hess
Berlin və Giezen şəhər universitetlərində
türkologiya kafedrasında çalışır. O, Azərbaycan, Türkiyə, özbək,
başqırd və tatar türkcələrini bilir.
Adını
klassik Azərbaycan ədəbiyyatına qızıl hərflərlə
yazdırmış, böyük şair və mütəfəkkir
İmadəddin Nəsiminin bu il 650 illiyi
qeyd olunur. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 2019-cu ilin “Nəsimi ili” elan
olunması ilə bağlı sərəncam
imzalamışdır. Biz də öz
növbəmizdə bu ilə töhfə olsun deyə,
Almaniyada yaşayan tanınmış Nəsimişünas
alim, filologiya üzrə elmlər doktoru Maykl Reynhardla
müsahib olduq. Söhbətimizi təqdim
edirik.
– Cənab Reynhard, necə oldu ki,
böyük Azərbaycan şairi və mütəfəkkiri
İmadəddin Nəsimi haqqında araşdırmalara başladınız?
– İstanbulda olarkǝn
Nəsimi yaradıcılığı ilə
bağlı mǝqalǝ yazmaq üçün
İngiltǝrǝdǝn tǝklif gǝlmişdi. O mǝqalǝni yazmaq, Nəsimini
öyrənmək üçün zaman lazım idi və
sonra onu araşdırdım, nəticədə bu barədə
məqalə yazdım. Sonradan mən doktorluq işi yazmaq
üçün Avropada az tanınan bu
şəxsiyyət haqqında araşdırma apardım. Beləcə, Azərbaycan ədəbiyyatı
tarixində mühüm yeri olan Nəsimi haqqında doktorluq
işimi yazmağa başladım.
– Nəsimi haqqında danışarkən
hər kəsin gözünün qarşısında əqidəsi
uğrunda canını fəda edən, dövrünün
insanlarını öz parlaq zəkası ilə qabaqlayan
mütəfəkkir canlanır. Bəs sizin fikrinizcə, Nəsimi
poeziyasında, əsasən, nəyi aşılamaq istəyirdi,
onun təliminin əsas məqsədi nə idi ?
– Nəsiminin əqidəsi uğrunda həlak olması barədə
müxtəlif fikirlər var. Bunu dəqiq deyə bilmərəm.
Amma bir məsələni diqqətinizə
çatdırmaq istəyirəm. Mǝsǝlǝn,
Nǝsiminin hǝyatı barǝdǝ ǝn
tǝfǝrrüatlı mǝlumat verǝn XV əsr ərəb
tarixçilǝrindǝn biri, Hǝlǝbdǝ
yaşamış Sibt ǝl-Әcǝmidir. O, “Künuz ǝz-zǝhǝb”
adlı ǝsǝrindǝ yazır ki, Nǝsimi
mǝhkǝmǝdǝ olarkǝn ittiham edilmǝsinǝ
sǝbǝb olan sözlǝrin onun tǝrǝfindǝn
deyildiyini inkar edib. Buna baxmayaraq, sonra edam
olunub. Nǝsimi çox incǝ ruhlu bir insan
olub. Şeirlǝrində insan vǝ Allah
arasındakı münasibǝt barǝdǝ söylǝyir.
“Mǝscud” (yǝni Allah) vǝ “sacid”in (yǝni
insanın) “vahid” (bir) olduğunu yazıb. Bu, tǝbii ki,
o vaxt şǝriǝtçilǝrin, din
tǝǝssübkeşlǝrinin və ələlxüsus,
dini siyasǝt alǝtinǝ çevirmək istəyənlərin
xoşuna gǝlmǝyib. Mǝnǝ
görǝ, Nǝsimi hǝqiqi dinin vǝ insanlığın
arasında fǝrqin qalmadığına inanıb. Bu, nikbinlik və güc mənbəyini ilham edǝn
bir ǝqidǝdir. Bǝlkǝ onun
şerinin gözǝlliyinin, uca qüvvǝsinin bir
mǝnbǝyi dǝ bundadır. Baxın,
Nǝsimini “kafir” deyǝ lǝnǝtlǝyǝn, yǝni onun
qǝti düşmǝnlǝrindǝn olan Sibt ǝl-Әcǝmi belǝ “onun
incǝ şerlǝri var” – deyǝ etiraf edib. Yǝni, şerlǝri o qǝdǝr güclü idi
ki, düşmənlǝri belǝ onun qüvvǝsini etiraf
edirdilər.
Nəticə etibarilə, Nəsimini alman ədəbiyyatının görkəmli
nümayəndəsi Şillerlə müqayisə edərdim. Çünki onun kimi,
öz düşüncələri, inancı, əqidəsi
uğrunda hər çətinliyi, maneəni gözardına alan bir şəxsiyyətdir.
– Keçmiş sovet dövründə Azərbaycan
oxucusuna Nəsimi daha çox antiislam düşüncələrə
malik və buna görə də öldürülən
böyük şair kimi təbliğ olunurdu. Amma sonradan məlum
oldu ki, Nəsimi heç də dinə, inanclara qarşı
deyilmiş. O, hətta Seyyid Əli, Seyyid Hüseyni təxəllüsləri
ilə şeirlər yazıb. Araşdırmalarınızda
Nəsiminin dini dünyagörüşü haqqında
hansı qənaətə gəlmisiniz?
– Nǝsiminin, demǝk olar ki, əksər şeirlǝrindǝ Qurandan,
hǝdislǝrdǝn və s. kimi İslami mövzulardan
sitatlar var. Bu baxımdan “şerlǝri antiislam” ruhunda idi deyilməsi
düzgün deyil, çünki hǝr qǝzǝlindǝ
İslam ǝnǝnǝsindǝn nümunələr var. Lakin
Nǝsimi “İslam”ının haradan başlayıb, harada
bitdiyini söylǝmǝk, mǝncǝ, müşkül bir
işdir. Ümumiyyǝtlǝ, Nǝsimi
şeiriyyatı xaricində də bu çǝtin bir
problemdir. Asan bir iş olsaydı, İslam
dünyasında şiə-sünni fǝrqi, bu qǝdǝr
mǝzhǝb, bu qǝdǝr sǝs-küylü
mübarizǝlər olmazdı. Әlavǝ olaraq, Nǝsiminin bu
misrasına bir qulaq asın: “Aşiq qatında
İslam ilǝ küfr birdir”. İndi “İslam” ilǝ
“küfr” bir olsa, bǝs harada “İslam”, harada da “küfr”
olsun? Bu yerdǝ bir dǝ görǝ bilirik ki,
Nǝsimi fövqǝl incǝ, dǝrin fikirli şairdir.
Onun fikirlǝrini, mǝncǝ, sadǝcǝ olaraq
“hǝ”-“yox”, “İslam”-“antiislam”, “İslam”-“küfr” kimi ikili
ziddiyyǝtlǝrǝ döndǝrmǝk yanlış nəticələrə
gətirib çıxarar.
– Nəsiminin poeziyasının
ideya və aspektləri Avropa klassik və
müasir fəlsəfi fikrində təxminən hansı cərəyanla
uzlaşa bilir?
–Nǝsiminin ustadı olan Fǝzlullah Astrabadinin
(Nəimi) (1340-1394) fikirlǝrinin bir mǝnbǝyi Mövlanə
Cəlaləddin Rumidir ( 1203-1270). Rumi isǝ İbn ǝl-Әrǝbinin (1165-1240) və Şəms Təbrizinin
(1185–1248) sufiliyindǝn tǝsirlənib. Şǝrqşünaslar
İbn ǝl-Әrǝbinin
dǝ Plotindǝn (203-270) ilham aldığını deyirlər.
Ümumiyyǝtlǝ, İslam sufiliyinin vǝ
Avropa fǝlsǝfǝsinin birbaşa münasibǝti var. XIV
ǝsrin əvvəllərinədək Avropa ilǝ İslam
ölkǝlǝrinin mǝdǝniyyǝt sahəsinda çox
dǝrin vǝ zǝngin münasibǝtlǝr olub. Üstǝlik, Avropada da orta ǝsrlǝrdǝ
Hürufiliyǝ bǝnzǝyǝn vǝ onunla ortaq
mǝnbǝlǝri olan cǝrǝyanlar olub, mǝsǝlǝn
Qabbala.
– Nəsimi fəlsəfəsində bu
gün akademik çevrələrdə qəbul olunan elmi
tezislərə hər hansı bir işarə varmı?. Daha doğrusu
“Ay ilə, Günəş yerin heyranıdır,
Zülf ilə ənbər saçın tərxanıdır.
Çün Nəsimi dünyanın
sultanıdır,
Dövr onun, dövran onun dövranıdır”.
Burada tutaq ki, hər hansı astronomik qeydlər ola bilərmi?
– Bəlkə də ola bilǝr, çünki
Nəsimi poeziyası, fəlsəfəsi çox dərindir. Lakin bu sahə ilə astronom bağlatıları barədə
bir şey deməyim çətindir.
– Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlində
iki cahan və ya “gövhəri laməkan mənəm,
kövnü məkana sığmazam” – deməklə Nəsimi
hansısa bizə məlum olmayan hansısa dünyanı,
özünü və ya məchul qüvvəni nəzərdə
tuturmu?
– Nǝsimi bizǝ necǝ başa düşmǝk lazım
olduğunu izah etmədiyindən bu cür misralara şəxsi
qənaətimizi gǝtirmǝyǝ ehtiyacımız var.
Hǝr halda bu cür misraların vǝ qǝzǝllǝrin dərin
mǝnası var. “Mǝn” ilǝ kimi göstǝrdiyini dəqiq
demək çətindir. Bu mən
Allahdırmı, insandırmı? Yuxarıda insan
mǝninin vǝ Allahın “vahid” olduğunu oxumuşuq, bǝs
ikisi dǝ ola bilǝrmi? Vǝ ya, bəlkə
heç biridir, nə budur, nə o. “Məndə sığar
iki cahan...” qǝzǝlini mǝn elǝ başa
düşürǝm ki, burada bizim görǝ bilmədiyimiz
“dünya”dan söhbət gedir, ikinci bir cahandan. Mǝnǝ
elǝ gǝlir ki, Nǝsimiyǝ görǝ o, axirət
dünyası barǝdǝ danışır.
– Nəsiminin edamı ilə bağlı yanaşmalarınız
maraqlıdır. Çünki
bəzi alimlər onun edam olunmadığını
söyləyirlər. Və
başqa Nəsimi adlı şairlərin olduğu və gerçək İmadəddin
Nəsimi ilə səhv salınmasıı
barədə də eşidirik...
– Mǝn
tǝkcǝ, tarixi mǝnbǝlǝrǝ baxa bilǝrəm. Mǝsǝlǝn, Sibt ǝl-Әcǝmi Nǝsiminin
edam olunduğunu aydın-aşkar bütün
tǝfǝrrüatları ilə
yazır. Çağdaş Nǝsimişünasların çoxu da Nǝsiminin edamını fakt kimi göstǝrirlər.
Digǝr
Nǝsimilǝrǝ gǝlincǝ,
onları İmadǝddin
Seyyid Әli Nǝsimi ilə dəyişik salmaq olmaz. Necə ki, Şirvanşah
İbrahimi Osmanlı sultanı İbrahimlǝ...
– Son olaraq, Nəsimi haqqında elmi müstəvidə daha nə kimi
planlarınızın olduğunu
bilmək maraqlıdır...
– 2019-cu ilin “Nǝsimi ili” elan olunması
münasibǝtilǝ bu
böyük mütəfəkkir
barǝdǝ geniş
məzmunlu bir elmi mǝqalǝ vǝ ya kitab
nǝşr etdirməyi
planlaşdırıram.
Söhbətləşdi:
Anar TURAN
Xalq qəzeti.- 2019.-
25 aprel.- S.7.