“Xüsusi peşə
təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
ą 189
Bakı şəhəri,
26 aprel 2019-cu il
“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2019-cu il
26 aprel
tarixli
189 nömrəli Qərarı ilə
təsdiq
edilmişdir.
Xüsusi peşə təhsili müəssisələrinin
Nümunəvi Nizamnaməsi
1. Ümumi müddəalar
1.1. Bu Nümunəvi Nizamnamə “Peşə təhsili
haqqında” Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə
uyğun olaraq, xüsusi peşə təhsili müəssisələrinin
fəaliyyətini tənzimləmək üçün
onların nizamnamələrinin hazırlanması və
dövlət qeydiyyatından keçirilməsi məqsədilə
hazırlanmışdır.
1.2. Bu
Nümunəvi Nizamnamə xüsusi peşə təhsili
müəssisəsinin (bundan sonra - peşə təhsili
müəssisəsi) nizamnaməsinin hazırlanmasında əsas
hesab olunur.
1.3.
Peşə təhsili müəssisəsi ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olub, əmək
bazarının tələbatına uyğun peşələr
öyrədən, əlavə təhsil verən və
ictimai-faydalı əməyə şüurlu münasibəti
tərbiyə edən publik hüquqi şəxsdir. Peşə təhsili müəssisəsi Azərbaycan
Respublikasının Nazirlər Kabineti ilə
razılaşdırılmaqla, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən
yaradılır.
1.4.
Peşə təhsili müəssisəsi Nazirliyin tabeliyində
qapalı tipli təlim-tərbiyə müəssisəsi kimi fəaliyyət
göstərir.
1.5.
Peşə təhsili müəssisəsi öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının Mülki Məcəlləsini, Azərbaycan
Respublikasının “Publik hüquqi şəxslər
haqqında”, “Təhsil haqqında”, “Peşə təhsili
haqqında” qanunlarını və digər normativ hüquqi
aktlarını, Nazirliyin əmr və sərəncamlarını,
öz nizamnaməsini rəhbər tutur.
1.6.
Peşə təhsili müəssisəsi müstəqil
balansa, istifadəsində olan əmlaka, banklarda hesablara, üzərində
Nazirliyin, həmçinin özünün adı həkk
olunmuş möhürə, müvafiq ştamplara və
blanklara malikdir.
1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
uyğun olaraq, peşə təhsili müəssisəsinin əqdlər
bağlamaq, öz adından əmlak və qeyri-əmlak
hüquqları əldə etmək və həyata keçirmək
hüququ, həmçinin vəzifələri vardır. Peşə təhsili
müəssisəsi məhkəmədə iddiaçı və
ya cavabdeh qismində çıxış edə bilər.
1.8.
Peşə təhsili müəssisəsinin nizamnaməsi
Nazirlik tərəfindən təsdiq edilir.
1.9.
Peşə təhsili müəssisəsinin nizamnaməsində
edilən dəyişikliklər təhsil müəssisəsinin
Pedaqoji Şurasında müzakirə edilərək, bu
Nümunəvi Nizamnamənin 1.8-ci bəndi ilə müəyyən
edilmiş qaydada təsdiq edilməsi üçün aidiyyəti
üzrə təqdim edilir.
1.10.
Peşə təhsili müəssisəsində məhkəmənin
qərarı əsasında aşağıdakı yetkinlik
yaşına çatmayanlar təhsilə cəlb olunurlar:
1.10.1. ağır və ya xüsusilə ağır
cinayət törətmiş, lakin cinayət məsuliyyətinə
cəlb olunması üçün Azərbaycan
Respublikasının cinayət qanunvericiliyində nəzərdə
tutulmuş yaş həddinə çatmamış şəxslər;
1.10.2. cinayət məsuliyyətinə cəlb
olunması üçün Azərbaycan Respublikasının
cinayət qanunvericiliyində nəzərdə tutulmuş
yaş həddinə çatmış az ağır cinayət
törədən və Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin 89.2-ci maddəsinə uyğun olaraq məhkəmə
tərəfindən cəzadan azad edilmiş şəxslər.
1.11. Bu
Nümunəvi Nizamnamənin 1.10.2-ci yarımbəndində
qeyd olunmuş şəxslər peşə təhsili müəssisəsinə
Azərbaycan Respublikasının cinayət-prosessual
qanunvericiliyində nəzərdə tutulmuş qaydada göndərilirlər.
1.12.
Peşə təhsili müəssisəsinin adı və
hüquqi ünvanı onun nizamnaməsində göstərilir.
2. Peşə
təhsili müəssisəsinin fəaliyyətinin
məqsədi və istiqamətləri
2.1.
Peşə təhsili müəssisəsi
aşağıdakı məqsədlərə xidmət edir:
2.1.1. yetkinlik yaşına çatmayanların
ümumi təhsillə yanaşı, əmək fəaliyyəti
ilə məşğul olmalarına imkan verən sahələr
üzrə peşə təhsili almalarını təmin etmək;
2.1.2. yetkinlik yaşına çatmayanları ictimai
həyata hazırlamaq üçün onlara peşə
bacarıqlarını aşılamaq;
2.1.3. yetkinlik yaşına çatmayanların
peşə ixtisası almasını və
ixtisaslarının daim artırılmasını təmin etmək;
2.1.4. təşəbbüs və yenilikləri qiymətləndirməyi
bacaran, nəzəri biliklərə və praktik bacarıqlara
yiyələnən yetkinlik yaşına çatmayanlardan
müasir təfəkkürlü və rəqabətqabiliyyətli
mütəxəssis-kadrlar hazırlamaq;
2.1.5. yetkinlik yaşına çatmayanların
davranışının korreksiyasını və cəmiyyətə
uyğunlaşmasını, o cümlədən onların
tibbi, psixoloji və sosial reabilitasiyasını təmin etmək;
2.1.6.
yetkinlik yaşına çatmayanların şəxsi
inkişafını təmin etmək, onları Azərbaycan
dövləti qarşısında öz məsuliyyətini dərk
edən, xalqının adət və ənənələrinə
hörmət edən, ümumbəşəri dəyərləri
qoruyan, azərbaycançılıq ideyalarına sadiq olan,
müstəqil, yaradıcı düşünən vətəndaş
və şəxsiyyət kimi yetişdirmək;
2.1.7. kollektiv daxilində birgə fəaliyyət və
ünsiyyət mədəniyyətini, təbiətə və
insanlara həssas münasibəti, özünün və digərlərinin
hüquqlarına hörmət hissini aşılamaq;
2.1.8. sağlamlığın qorunması istiqamətində
gigiyenik tələblərə və təhlükəsizlik
qaydalarına əməl olunmasını təmin etmək.
2.2.
Peşə təhsili müəssisəsinin fəaliyyət
istiqamətləri aşağıdakılardır:
2.2.1. ümumi orta təhsil bazasını bitirməmiş
yetkinlik yaşına çatmayanlara ümumi orta təhsilin
verilməsi;
2.2.2. yetkinlik yaşına çatmayanlara
iqtisadiyyatın müxtəlif sahələri üzrə
peşə təhsilinin verilməsi;
2.2.3. sistemləşdirilmiş bilik, bacarıq və
vərdişlərin mənimsənilməsinin təmin edilməsi;
2.2.4. təhsilalanlarda sahibkarlıq düşüncə
tərzinin formalaşdırılması, onlara müasir
qeyri-standart yanaşma və sahibkarlıq
bacarıqlarının aşılanması istiqamətində
nəzəri məlumatların vəpraktiki bacarıqların
öyrədilməsi;
2.2.5. təhsilalanların ictimai həyata və səmərəli
əmək fəaliyyətinə hazırlanması.
3. Peşə
təhsili müəssisəsinin vəzifə və
hüquqları
3.1.
Peşə təhsili müəssisəsinin vəzifələri
aşağıdakılardır:
3.1.1. peşə təhsili sahəsində dövlət
siyasətinin həyata keçirilməsində iştirak etmək;
3.1.2. müvafiq peşə ixtisası üzrə təhsilproqramlarını
həyata keçirmək və təhsil mühitinin
yaradılmasını təmin etmək;
3.1.3. tələbə qəbulu ilə bağlı təklifləri
müəyyən edilmiş formada və müddətdə
Nazirliyə təqdim etmək;
3.1.4. əmək bazarının tələblərinə
uyğun ixtisaslı kadrlar hazırlamaq, hər bir təhsilalanın
mədəni, mənəvi inkişafını təmin etmək,
müvafiq ixtisas üzrə təhsil ehtiyaclarını ödəmək;
3.1.5. tədris prosesini təşkil etmək, yeni təhsil
texnologiya-larından istifadə etməklə, tədris prosesində
innovasiyaların tətbiqinə şərait yaratmaq;
3.1.6.
mühəndis-pedaqoji heyətin ixtisasının
artırılması və heyətin yenidənhazırlanma
prosesinə cəlb olunması üçün müvafiq tədbirlər
görmək;
3.1.7. peşə təhsili müəssisəsi
işçilərini yetkinlik yaşına çatmayanların
saxlanılması rejiminin əsas tələbləri və təlim-tərbiyə
işlərinin xüsusiyyətləri ilə tanış etmək;
3.1.8. yetkinlik yaşına çatmayanların
istehsalat sahələrində müxtəlif peşələrin
öyrədilməsi işinə metodiki yardım göstərmək;
3.1.9. işçilərin yetkinlik yaşına
çatmayanlarla bağlı xüsusi rejimin tələblərinə
riayət etmələrinə nəzarəti həyata
keçirmək;
3.1.10. müəssisənin ərazisinin mühafizəsini
təmin etmək;
3.1.11. təhsilalanların istehsalat
avadanlıqları, alətləri, qurğuları ilə
ehtiyatlı davranmalarını, materiallardan, elektrik enerjisindən
qənaətlə istifadə etmələrini, istehsalat işlərini
keyfiyyətlə və vaxtında yerinə yetirmələrini,
eləcə də texniki təhlükəsizlik və daxili
qaydalara riayət etmələrini təmin etmək;
3.1.12. yetkinlik yaşına çatmayanların
saxlanması üçün təhlükəsiz
yaşayış şəraitinin yaradılmasını,
onların mənfi təsirlərdən qorunmasını təmin
etmək;
3.1.13. yetkinlik yaşına çatmayanların müəssisənin
ərazisini icazəsiz tərk etmələrinə və ya kənar
şəxslərin müəssisənin ərazisinə sərbəst
daxil olmalarına yol verməmək;
3.1.14. peşə təhsili müəssisəsinə
ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər
maliyyə vəsaitindən təyinatı üzrə səmərəli
istifadə olunmasını təmin etmək;
3.1.15. peşə təhsili müəssisəsinin
istifadəsində olan əmlakın saxlanmasını,
qorunmasını və ondan səmərəli istifadə
olunmasını təmin etmək məqsədilə lazımi
tədbirlər görmək;
3.1.16. dövlət və kommersiya sirrinin, habelə məxfilik
rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.17. peşə təhsili müəssisəsində
mühəndis-pedaqoji işçilərin və təhsilalanların
təhlükəsizliyini təmin edən tədbirlərin
yerinə yetirilməsinə nəzarət etmək;
3.1.18. peşə təhsili üzrə məlumat
bazasının formalaşdırılması üçün
Nazirliyin müəyyən etdiyi məlumatları təqdim etmək;
3.1.19. “Şagird-məzun”
dövlət elektron məlumat sisteminə qoşulmaq;
3.1.20. sağlamlıq imkanları məhdud olan şəxslərin
inklüziv təhsilini təşkil etmək;
3.1.21. Azərbaycan
Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili
haqqında” qanunlarına uyğun olaraq tibb, iaşə və
psixoloji xidmətləri təşkil etmək;
3.1.22.
Nazirliyin müəyyən etdiyi formada fəaliyyətinə
dair Nazirliyə və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət
Agentliyinə (bundan sonra – Agentlik) hesabatlar və məlumatlar vermək;
3.1.23.
maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi
və genişləndirilməsi istiqamətində işlər
görmək;
3.1.24. kargüzarlığı və vətəndaşların
qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə
uyğun təşkil etmək;
3.1.25.
peşə təhsili müəssisəsinin fəaliyyəti
ilə bağlı daxil olan müraciətlərə Azərbaycan
Respublikasının “Vətəndaşların müraciət-ləri
haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə
etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və
qanunla müəyyən edilmiş qaydada tədbirlər
görmək;
3.1.26. inzibati xəta və cinayət əlamətləri
aşkar etdikdə, aidiyyəti üzrə məlumat vermək;
3.1.27. təhsilalanlarda fəal vətəndaş
mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik
və azərbaycançılıq ruhunda tərbiyə etmək,
müstəqil həyata və əmək fəaliyyətinə
hazırlamaq;
3.1.28. Azərbaycan Respublikasının “Təhsil
haqqında” və “Peşə təhsili haqqında”
qanunlarından irəli gələn, habelə peşə təhsili
müəssisəsinin nizamnaməsi ilə müəyyən
edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2.
Peşə təhsili müəssisəsinin hüquqları
aşağıdakılardır:
3.2.1. peşə təhsilinə dair normativ hüquqi
aktların, bu sahənin inkişafı üzrə səriştələrə
əsaslanan, nəticəyönlü dövlət təhsil
standartlarının və kvalifikasiyalara uyğun təhsil
proqramlarının (kurikulumların) hazırlanmasında
iştirak etmək;
3.2.2. peşə və ixtisaslara uyğun dərsliklərin,
tədris-metodiki vəsaitlərin hazırlanmasında və nəşr
edilməsində iştirak etmək;
3.2.3. yuxu üçün ayrılmış vaxt da
daxil olmaqla, yetkinlik yaşına çatmayanlara daimi nəzarəti
həyata keçirmək;
3.2.4. peşə təhsili müəssisəsində
saxlanılması qadağan edilən əşyaları
aşkar etmək məqsədilə ərazidə, yataq, məişət
və digər otaqlarda vaxtaşırı yoxlamalar aparmaq;
3.2.5. yetkinlik yaşına çatmayanların
müayinəsinə nəzarət etmək, onlara gələn
məktubları, bağlamaları və digər poçt
göndərişlərini (yetkinlik yaşına
çatmayanın müdafiəsi məqsədilə və ya
qanuni əsaslarla ona hüquqi yardım göstərən digər
şəxslərlə yazışmalar istisna olmaqla) nəzərdən
keçirmək;
3.2.6. yetkinlik yaşına çatmayanları
hüquqazidd əməllərdən, zərərli vərdişlərdən
çəkindirmək məqsədilə müvafiq tədbirlər
həyata keçirmək;
3.2.7. daxili işlər orqanları ilə birlikdə
təhsil müəssisəsindən yayınmış yetkinlik
yaşına çatmayanların axtarışını təşkil
etmək;
3.2.8. model sənaye müəssisələrinin
işində iştirak etməklə, sahibkarlıq və
innovasiya fəaliyyətini həyata keçirmək;
3.2.9. innovasiya və sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi məqsədilə yerli və xarici
investisiyaların cəlb edilməsi istiqamətində
qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər
görmək;
3.2.10. əlavə gəlir əldə etmək məqsədilə
öz nizamnaməsi çərçivəsində profilinə
və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin
prioritetliyini əsas götürməklə, sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaq;
3.2.11. dövlət orqanlarına və qurumlarına,
yerli özünüidarəetmə orqanlarına, hüquqi və
fiziki şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu vermək və onlardan belə məlumatları
(sənədləri) almaq;
3.2.12. fəaliyyət istiqamətləri üzrə rəy
və təkliflər vermək, təhlillər və
ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq;
3.2.13. Azərbaycan Respublikasının “Təhsil
haqqında” və “Peşə təhsili haqqında”
qanunlarından irəli gələn, habelə peşə təhsili
müəssisəsinin nizamnaməsi ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
4. Peşə
təhsili müəssisəsinin idarə olunması
4.1.
Peşə təhsili müəssisəsi aşkarlıq,
şəffaflıq və demokratiklik prinsipləri əsas
tutulmaqla, Azərbaycan Respublikasının “Təhsil
haqqında”, “Peşə təhsili haqqında” və “Publik
hüquqi şəxslər haqqında” qanunlarına və
öz nizamnaməsinə uyğun olaraq idarə edilir.
4.2.
Peşə təhsili müəssisəsinin təsisçisi
Nazirlikdir.
4.3.
Nazirliyin aşağıdakı səlahiyyətləri
vardır:
4.3.1. peşə təhsili müəssisəsinin
nizamnaməsinin və strukturunun təsdiqi;
4.3.2. peşə təhsili müəssisəsinin
nizamnamə fondununmüəyyən edilməsi;
4.3.3. inkişaf istiqamətlərinin müəyyən
edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;
4.3.4. qanunvericiliyə uyğun olaraq müəssisənin
icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin
müəyyənləş-dirilməsi və səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi;
4.3.5. peşə təhsili müəssisəsi tərəfindən
təsərrüfat cəmiyyətlərinin
yaradılmasına və ya onlarda iştirak etməyə
razılıq verilməsi;
4.3.6. xalis aktivlərinin dəyərinin 25 faizindən
artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli
əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti
olan şəxslərlə əqdin (əqdin dəyəri
aktivlərin 5 faizini və daha çox hissəsini təşkil
etdikdə) bağlanılmasına razılıq verilməsi;
4.3.7. peşə təhsili müəssisəsinin
yenidən təşkili və ləğv edilməsi barədə
təklif verilməsi.
4.4.
Peşə təhsili müəssisəsinin ali
idarəetmə orqanı Pedaqoji Şuradır. Pedaqoji
Şuranın tərkibinə müəssisənin direktoru
(Pedaqoji Şuranın sədri), tədris-tərbiyə və
istehsalat işləri üzrə direktor müavini, baş
usta, müəllimlər, istehsalat təlimi ustaları daxildir.
Pedaqoji Şuranın yaradılması, səlahiyyətləri
və fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq
etdiyi müvafiq əsasnamə və peşə təhsili
müəssisəsinin nizamnaməsi ilə müəyyən
edilir.
4.5.
Peşə təhsili müəssisəsində metodiki işləri
gündəlik həyata keçirmək məqsədilə fənlər
(modullar) və peşələr üzrə metodiki komissiyalar
yaradılır. Müəllimlər
üçün metodiki komissiya iclasları, seminarlar və fərdi
metodiki işlər təşkil edilir.
4.6.
Peşə təhsili müəssisəsinin cari fəaliyyətinə
rəhbərliyi direktor həyata keçirir. Direktor
Nazirliklə razılaşdırılmaqla Agentlik tərəfindən
təyin olunur.
4.7.
Direktor:
4.7.1. peşə təhsili müəssisəsinin
cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət
üçün şəxsən məsuliyyət
daşıyır;
4.7.2. peşə təhsili müəssisəsini
dövlət orqanları və təşkilatları ilə,
digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə
təmsil edir;
4.7.3. peşə təhsili müəssisəsinin fəaliyyətinin
təşkili ilə əlaqədar icrası məcburi olan
daxili sərəncam və əmrlər verir;
4.7.4. təsisçinin səlahiyyətlərinin həyata
keçirilməsi üçün Nazirliyə təkliflər
verirvə sənədlər (o cümlədən, peşə
təhsili müəssisəsinin maliyyə hesabatını və
fəaliyyətinə dair illik hesabatı) təqdim edir;
4.7.5. müəyyən edilmiş struktur, əməkhaqqı
fondu və işçilərin say həddi daxilində
ştat cədvəlini, xərclər smetasını Nazirliklə
razılaşdırmaqla təsdiq edir;
4.7.6. daxili intizam qaydalarını və işçilərin
vəzifə təlimatlarını təsdiq edir;
4.7.7. peşə təhsili müəssisəsinin
işçilərinin həvəsləndirilməsinə və
intizam tənbehi tədbirlərinin görülməsinə
dair qərarlar qəbul edir;
4.7.8. peşə təhsili müəssisəsinin fəaliyyət
istiqamətlərinə dair qəbul olunmuş aktların
icrasını təşkil edir;
4.7.9.
Pedaqoji Şuranın qərarlarını təsdiq edir, onun və
digər idarəetmə orqanlarının qərarlarını
həyata keçirir;
4.7.10. peşə təhsili müəssisəsinin vəzifəli
şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını
ləğv edir;
4.7.11.
Pedaqoji Şuranın qarşısında elm və tədris məsələlərinə
dair, Himayəçilər Şurasının
(yaradıldıqda) qarşısında peşə təhsili
müəssisəsinin cari fəaliyyətinə dair hesabatlar
verir;
4.7.12. peşə təhsili müəssisəsinin
işçilərinin vəzifə maaşlarının, vəzifə
maaşlarına əlavələrin, mükafatların və
digər ödənişlərin əməkhaqqı fondu
çərçivəsində və müəyyən
edilmiş qaydada verilməsini təşkil edir;
4.7.13. peşə təhsili müəssisəsinin əmlakından
bu Nümunəvi Nizamnamədə nəzərdə
tutulmuş məqsədlərə uyğun istifadə
olunmasına nəzarət edir, bu Nümunəvi Nizamnamənin
3.1.14-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən
təyinatı üzrə səmərəli istifadə
olunmasını təmin edir;
4.7.14. bu
Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş
səlahiyyətlər çərçivəsində peşə
təhsili müəssisəsinin adından əməliyyatlar
aparır, müqavilələr (o cümlədən, Nazirliyin
razılığı ilə təhsil müəssisəsinin
xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və
aidiyyəti şəxslə dəyəri peşə təhsili
müəssisəsinin aktivlərinin 5 faizini və daha
çox, həmçinin 5 faizədək hissəsini təşkil
edən əqdi) bağlayır və onların yerinə
yetirilməsini təmin edir;
4.7.15. fəaliyyət istiqamətləri ilə
bağlı komissiyalar və işçi qruplar yaradır;
4.7.16. fəaliyyət istiqamətləri üzrə dövlət
sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər
məlumatların mühafizəsi üçün zəruri tədbirlər
görür;
4.7.17. kargüzarlıq və arxiv işinin
aparılmasını təmin edir;
4.7.18. müraciətlərə baxılmanı və
vətəndaşların qəbulunu təmin edir;
kənar
auditorun yoxlamalarının nəticələrinə dair tədbirlər
görür;
4.7.20. peşə təhsili müəssisəsinin
cari fəaliyyəti ilə bağlı, habelə digər idarəetmə
orqanlarının səlahiyyətlərinə aid edilməyən
digər məsələləri həll edir.
4.8.
Peşə təhsili müəssisəsində direktor
müavinləri Nazirliklə razılaşdırılmaqla,
Agentlik tərəfindən təyin olunurlar. Direktor
olmadıqda, peşə təhsili müəssisəsinin fəaliyyətinə
rəhbərliyi Agentlik tərəfindən müəyyən
edilən direktor müavini həyata keçirir.
4.9.
“Peşə təhsili haqqında” Azərbaycan Respublikası
Qanununun 14.1-ci maddəsinə uyğun olaraq, peşə təhsili
müəssisəsi təlim proqramını (kurikulumu) mənimsəmiş,
dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə
vermiş təhsilalanlara peşə təhsili pilləsində
təhsil haqqında dövlət sənədi verir.
4.10.
Peşə təhsili müəssisəsinə qəbul məhkəmənin
qərarı əsasında yerli icra hakimiyyəti orqanları
yanında Yetkinlik yaşına çatmayanların işləri
və hüquqlarının müdafiəsi üzrə
Komissiyanın göndərişinə müvafiq olaraq peşə
təhsili müəssisəsi tərəfindən həyata
keçirilir.
4.11. Təhsilalanların,
təhsilverənlərin, peşə təhsili müəssisə-sinin
inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat və
digər heyətinin hüquq və vəzifələri Azərbaycan
Respublikasının Əmək Məcəlləsi, Azərbaycan
Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili
haqqında” qanunları, peşə təhsili müəssisəsinin
nizamnaməsi və daxili intizam qaydaları, eləcə də
peşə təhsili müəssisəsi ilə əmək
münasibətləri olan şəxslərə münasibətdə
eyni zamanda əmək müqavilələri ilə tənzimlənir.
5. Peşə
təhsili müəssisəsinin nizamnamə fondu, əmlakı
və maliyyə fəaliyyətinin əsasları
Peşə
təhsili müəssisəsinin nizamnamə fondu______(____) manatdır.
5.2.
Peşə təhsili müəssisəsinin əmlakı
nizamnamə fondundan, ona Nazirlik tərəfindən verilmiş
digər əmlakdan, habelə dövlət büdcəsindən
və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən,
fəaliyyət istiqamətlərinə uyğun olaraq
görülən işlərdən, göstərilən xidmətlərdən
əldə edilən daxilolmalardan, ianələrdən,
qrantlardan və öz nizamnaməsi ilə müəyyən
edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən
formalaşdırılır.
5.3.
Peşə təhsili müəssisəsi təhsilalanlar
üçün yaşayış və tədris
binalarına, yardımçı təsərrüfata, iaşə
avadanlığına, idman meydançasına, idman zalına,
istehsalat emalatxanalarına, sanitariya qovşaqlarına, kitabxana,
oxu zalı, klub, mövcud normativlərə uyğun təchiz
olunmuş tibb məntəqəsi, yeməkxana, yataqxana, məişət
otağı, camaşırxana, paltar və ayaqqabıların
təmiri və gigiyena otaqları, hamam, anbar və s. xidmət
otaqlarına, nəqliyyat vasitələrinə malik olur.
5.4.
Peşə təhsili müəssisəsinin balansında olan
dövlət əmlakına münasibətdə səlahiyyətləri
“Dövlət əmlakının qorunub saxlanılması və
səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəliFərmanı ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.
5.5.
Peşə təhsili müəssisəsi ona verilmiş əmlakdan
yalnız nizamnamə ilə müəyyən edilmiş məqsədlər
üçün istifadə edir. Müəssisənin
əmlakının təhsildənkənar məqsədlər
üçün istifadəsi qadağandır.
5.6.
Peşə təhsili müəssisəsi öz əmlakı
üzərində sahiblik və ondan istifadə etmək
hüququnu sərbəst şəkildə, sərəncamvermə
hüququnu isə Nazirliklə razılaşdırmaqla həyata
keçirir.
5.7.
Peşə təhsili müəssisəsinin maddi-texniki
bazası və təhsil infrastrukturu Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171
nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil
müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına
dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri,
şagird yerləri ilə təminat normativləri”nə
uyğun olmalıdır.
5.8.
Peşə təhsili müəssisəsi Azərbaycan
Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili
haqqında” qanunlarında nəzərdə tutulmuş mənbələrdən
maliyyələşdirilir. Bu mənbələrdən,
həmçinin sahibkarlıq fəaliyyətindən əldə
olunan vəsait və digər əmlak dövlət tərəfindən
yaradılan peşə təhsili müəssisəsinə
büdcədən ayrılan vəsaitin məbləğinə
təsir göstərmir.
5.9.
Peşə təhsili müəssisəsi Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il 22 dekabr tarixli 561
nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət
peşə təhsili müəssisəsini maliyyələşdirmə
normativləri”nə uyğun maliyyələşdirilir.
5.10.
Peşə təhsili müəssisəsi bilavasitə mənfəət
əldə etmək məqsədi güdmür.
5.11.
Peşə təhsili müəssisəsi “Təhsil müəssisəsinin
əlavə gəlir əldə etmək məqsədilə məşğul
olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin
müəyyən edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10
nömrəli Qərarında göstərilmiş
sahibkarlıq fəaliyyəti növləri ilə məşğul
ola bilər.
5.12.
Sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə
peşə təhsili müəssisəsi Nazirliyin
razılığı ilə təsərrüfat cəmiyyətləri
yaradır və ya onlarda iştirak edir.
5.13.
Peşə təhsili müəssisəsinin büdcədənkənar
mənbələrdən daxil olan vəsaitləri hesabına əldə
etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə
daxil edilir.
5.14.
Peşə təhsili müəssisənin büdcədənkənar
mənbələrdən əldə etdiyi gəlir yalnız təhsilin
inkişaf etdirilməsinə, təhsil müəssisəsinin
maddi-texniki bazasının gücləndirilməsinə, təhsilverənlərin
sosial müdafiəsinin təmin olunmasına yönəldilir.
5.15.
Peşə təhsili müəssisəsində təhsilalanlar
Nazirlik tərəfindən yemək, paltar, ayaqqabı ilə təmin
edilirlər.
5.16.
Peşə təhsili müəssisəsində dövlət
hesabına göstərilən xidmətlərin dəyəri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi
maliyyə normativləri ilə müəyyən edilir.
6. Peşə
təhsili müəssisəsinin fəaliyyətinə nəzarət
6.1.
Peşə təhsili müəssisəsinin fəaliyyətinə
nəzarəti Nazirlik və Agentlik, həmçinin nizamnaməsi
ilə müəyyən edilmiş qaydada müəssisənin
idarəetmə orqanları həyata keçirirlər.
6.2.
Nazirlik peşə təhsili müəssisəsində plan
üzrə və ya plandankənar yoxlamalar həyata keçirə
bilər.
6.3.
Peşə təhsili müəssisəsinin fəaliyyətinə
dair illik hesabat Agentliyə təqdim edilir.
6.4.
Peşə təhsili müəssisəsinin fəaliyyətinə
nəzarətin digər formaları Azərbaycan
Respublikasının “Təhsil haqqında”, “Peşə təhsili
haqqında” və “Publik hüquqi şəxslər
haqqında” qanunları ilə müəyyən edilir.
6.5.
Peşə təhsili müəssisəsi yaratdığı
təsərrüfat cəmiyyətlərinin, habelə
tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat
fəaliyyətinin yoxlanılmasını təmin edir.
6.6.
Nazirlik peşə təhsili müəssisəsinin fəaliyyətinin
yoxlanılması üçün kənar auditor təyin edə
bilər.
6.7. Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinin (Ombudsmanın) və Milli Preventiv Qrupun
üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən
xəbərdarlıq etmədən müəssisəyə
daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə
müvafiq məlumatı verə biləcək istənilən
digər şəxslə təkbətək və ya zəruri
saydığı halda mütəxəssisin və ya tərcüməçinin
iştirakı ilə görüşmək və söhbət
etmək, onların həmin yerlərdə
saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə
də həmin şəxslərlə rəftara və
onların saxlanılması şəraitinə aid olan
bütün sənədlərlə tanış olmaq və
surətlərini almaq, akt tərtib etmək, həyata
keçirdikləri tədbirlərin gedişini və nəticələrini
protokollaşdırmaq, müəssisənin rəhbərliyi tərəfindən
təxirəsalınma-dan qəbul edilmək, Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinin (Ombudsmanın) müəssisənin rəhbərliyinə
müvafiq tövsiyələr vermək və həmin
tövsiyələrə müəyyən edilmiş müddətdə
cavablar almaq hüquqları vardır.
7. Peşə
təhsili müəssisəsində uçot və hesabat
7.1.
Peşə təhsili müəssisəsi “Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
publik hüquqi şəxslər üçün müəyyən
edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə
hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2.
Peşə təhsili müəssisəsi “Rəsmi statistika
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq statistik hesabatları tərtib və təqdim edir.
8. Peşə
təhsili müəssisəsinin yenidən təşkili və
ləğv edilməsi
8.1.
Peşə təhsili müəssisəsinin yenidən təşkili
və ləğv edilməsi Azərbaycan Respublikasının
Nazirlər Kabineti ilə razılaşdırılmaqla, Nazirlik
tərəfindən həyata keçirilir.
8.2
Peşə təhsili müəssisəsi ləğv edildikdə,
onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
uyğun olaraq sərəncam verilir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.-
2019.- 28 aprel.- S.2.