“Azərbaycan Respublikasının ərazisinə
enəcək və Azərbaycan Respublikasının ərazisini
tərk edəcək hava gəmisinin sərnişinləri
və ekipajı barədə verilməli olan
məlumatların Siyahısı”nın və “Azərbaycan
Respublikasının ərazisinə enəcək və Azərbaycan
Respublikasının ərazisini tərk edəcək hava
gəmisinin sərnişinləri və ekipajı barədə
məlumatların daşıyıcılar tərəfindən
verilməsi, habelə həmin məlumatların qəbul edilməsi,
saxlanması və digər dövlət orqanları
(qurumları) ilə mübadilə edilməsi
Qaydası”nın təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 330,
29 iyul 2019-cu il
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1379-VQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 407 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədiləAzərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
4. Bu Qərar
2020-ci il aprelin 1-dən qüvvəyə
minir.
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.- 2019.- 1 avqust.- S.8.