Azərbaycan–Rusiya mədəni əlaqələri yeni mərhələdə

 

Bu gün bir-birinin suverenliyinə hörmətə əsaslanan Azərbaycan–Rusiya münasibətləri hər iki ölkənin milli maraqlarına xidmət edir. Bu münasibətlər regional stabilliyin əsas faktorudur.

Prezident İlham Əliyev Azərbaycan–Rusiya mədəni əIaqələrindən danışarkən demişdir: “Mədəniyyət sahəsində çox sıx qarşılıqlı fəaliyyət var... Amma biz münasibətlərin gələcəkdə də fəal inkişafına istiqamətlənmişik.”

Rusiya Prezidenti Vladimir Putinbu əməkdaşlığın inkişafını yüksək qiymətləndirir: “Rusiya və Azərbaycan humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verirlər. Bakıda bizim iki iri ali məktəbin – Moskva Dövlət UniversitetininSeçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir. Ölkələrimizin təhsil, mədəniyyət və elm sahələrində əlaqələrini gələcəkdə də hər cür stimullaşdırmaq niyyətindəyik. Xüsusilə qeyd edirəm, biz Prezidentlə Soçidə də bu haqda danışmışıq. Biz bunu görürükbiz bunu -Azərbaycanda rus dilinə marağı yüksək dəyərləndiririk”.

Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin yenidən bərpa edilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. 1993-cü il sentyabrın əvvəllərində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən ulu öndər Heydər Əliyevin Moskvaya işgüzar səfəri zamanı Azərbaycan və Rusiya dövlətləri arasında etimadın bərpası və sıx əməkdaşlığın inkişafı naminə zəruri tədbirlərin həyata keçirilməsi haqqında razılıq əldə olunmuşdur.

Əslində, bu münasibətlərin təməlində tarixi, mədəni əlaqələr durur. Böyük Nizami rus qadınının gözəlliyinə, müdrikliyinə və mənəvi saflığına əsl himn qoşmuş, rus poeziyasında isə Azərbaycan qadınının – Şamaxı gözəlinin poetik obrazı rus torpağının dahi oğlu A.S.Puşkinin şeirlərində əbədiləşdirilmişdir.

Görkəmli Azərbaycan alimi A.Bakıxanov A.Qriboyedovla dostluq edirdi. Rus şairi M.Y.Lermontov Azərbaycan tarixi ilə maraqlanır, Azərbaycan dilini öyrənirdi. D.Şostakoviç Q.Qarayevin və digər Azərbaycan bəstəkarlarının müəllimi olmuşdur. M.MayakovskininS.Yeseninin yaradıcılığı Bakı ilə bağlıdır.

Bakıda böyük Puşkinə abidə qoyulmuşdur, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə Puşkinin ölümünə birincilər sırasında şeir həsr etmişdir.

Mədəni əlaqələrin ən yaxşı ənənələri bu gündavam etdirilir. Niyazi, M.Rostropoviç, T.Salahov, R.Behbutov, R. və M. İbrahimbəyovlar, A.Məlikov, M.Maqomayev, P.Bülbüloğlu və digərlərinin adları Rusiya-Azərbaycan münasibətlərinin ayrılmaz hissəsi olmuşdur. Mədəni sahədə əməkdaşlıq təbii əsaslarla, iki ölkənin mənəvi və intellektual zənginliyi naminə inkişaf edir.

Qara Qarayev, Müslüm Maqomayev və Azərbaycanın digər mədəniyyət və incəsənət xadimlərinin yubileyinin Rusiyanın paytaxtında və digər şəhərlərində yüksək səviyyədə keçirilməsi Rusiyada Azərbaycan mədəniyyətinə verilən yüksək qiymətin nəticəsidir.

Bu gün Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində daha geniş əlaqələr mövcuddur. Ölkəmiz Rusiyada keçirilən müxtəlif mədəni layihələrdə yaxından iştirak edir. Rusiyada Azərbaycan mədəniyyəti günləri, Azərbaycan kinosu günləri, Rusiyada keçirilən beynəlxalq kinoteatr festivallarında Azərbaycan nümayəndələrinin iştirakı bu münasibətlərin inkişafının bariz nümunəsidir.

Mosvadakı Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılması mədəni əlaqələr çərçivəsində mühüm addım kimi dəyərləndirilməlidir. Bu tarixi bina ötən əsrin ortalarında Azərbaycan pavilyonu olub, indi o, yenidən bərpa olunur. Azərbaycan belə mühüm beynəlxalq sərgi meydanında iştirak edəcək və öz nailiyyətlərimizi nümayiş etdirəcəyik.

Son vaxtlar Moskvada mədəniyyət sahəsi ilə əlaqədar təşkil edilən ikitərəfli görüşlər məhsuldar olub, müəyyən razılaşmalar əldə edilib. Biz bu əlaqələri davam etdirmək niyyətindəyik. Xüsusən regional mədəni təşkilat və müəssisələrlə əlaqələrin qurulmasında maraqlıyıq. Çünki bu gün dünyada daha müasir metodlar tətbiq edilir. Mədəniyyət sahəsində müasir idarəetmə və metodologiyalara keçid dövründə bu təcrübələrin mübadiləsi vacibdir.

Mədəni əlaqələr müasir və yenilənən hər iki dövləti tanımaq baxımından əhəmiyyət kəsb edir. Muzey işi, kitabxana, konsert müəssisələri arasında birgə layihələr və təqdimatlar, yaradıcı kollektivlərin birgə qarşılıqlı əlaqələri, müxtəlif şəhərlərdə tədbirlərin reallaşması birgə əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir.

Bu münasibətlərin inkişafında Heydər Əliyev Fondunun mühüm xidmətləri var. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva demişdir: “Heydər Əliyev Fondunun fəaliyyəti genişlənir və bütün dünyanı əhatə etməyə başlayır, lakin Rusiya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Biz fondun fəaliyyətinin təkcə Azərbaycanla məhdudlaşa bilməyəcəyini və onun öz əhatə dairəsini genişləndirməli olduğunu başa düşəndə, təbii ki, əməkdaşlıq üçün ilk məkanlardan biri Rusiya oldu”.

İndi fondun təkilatçılığı ilə Rusiyada bir sıra layihələr reallaşdırılır. Heydər Əliyev Fondu ilə Rusiya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında sazişin imzalanması Sankt-Peterburqun və Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olmuşdur. Bu sənədi Leyla Əliyeva və kitabxananın baş direktoru Vladimir Zaytsev imzalamışlar. Leyla Əliyeva fondun adından kitabxanaya Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş Azərbaycan kitablarını hədiyyə etmişdir.

Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi açılmışdır. Mərkəzin açılış mərasimində iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əlaqələrin inkişafından məmnun olduğunu bildirmişdir. Nazir demişdir: "Biz humanitar sahədə əlaqələrə xüsusi önəm veririk. Bir qədər əvvəl həm Azərbaycanda, həm də Rusiyada ölkələrimizin mədəniyyət illəri keçirilmişdir. Biz yalnız ikitərəfli formatda əməkdaşlıqla kifayətlənmirik. Əlaqələr MDB çərçivəsində də inkişaf edir. Burada Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin açılışı humanitar sahədə münasibətlərin daha da inkişaf etdirilməsi üçün yeni addımdır".

Bu gün də ölkəmizdə rus dilinə və mədəniyyətinə böyük önəm verilir. Azərbaycanda rusdilli məktəblər fəaliyyət göstərir, Azərbaycan Dövlət Rus Dram Teatrı əhali arasında sevilən incəsənət ocaqlarından biridir.

Əlbəttə, Azərbaycan–Rusiya mədəni əməkdaşlığının əhatə dairəsi çox genişdir. Rusiya ilə münasibətlər yaxınlaşdıqca bu əlaqələr daha intensiv xarakter alır.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.-1 avqust.- S.11.