Milli Yaylaq Festivalı tarixi yaddaşımıza yazıldı

 

Azərbaycanda yaylaq elat ənənələrinin yaşadılması təbliği məqsədilə ilk dəfə olaraq Gədəbəy rayonunda keçirilən Milli Yaylaq Festivalı dünyaya səs saldı. Festival Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA), “CavadxanTarix Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik Orta Biznesin İnkişafı Agentliyi digər dövlət qurumlarının tərəfdaşlığı ilə baş tutdu. Gədəbəy rayonu ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq festivalında dövlət hökumət rəsmiləri, səfirlər, tərəfdaş qurumların rəhbərləri, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Entospor Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə yerli xarici turistlər iştirak etdilər. Tibb üzrə fəlsəfə doktoru, “Sağlamlığın qorunmasıİctimai Birliyinin sədri, oftalmoloq Yazgül Abdıyeva da ilk gündən festivalda iştirak edib. Onun bu tədbirlə bağlı təəssüratını oxucularla bölüşmək istədik:

Doğma yurdum gözümdə bu dəfə bir başqa gözəllikdə görünürdü. Miskinli yaylağında orijinal üslubda salınanYaylaq yurduadlı etno-qəsəbədə alaçıqlar ilə yanaşı, cıdır meydanı, yaylaq bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqudocağı, yaylaq yatağı, pəhləvan meydanı, “Aşıq Ələsgərocağı, yaylaq süfrəsi digər tematik sahələr göz oxşayırdı. Biz aşıqların deyişməsini, milli rəqsləri (yallılar, cəngilər), xalq mahnılarını, müxtəlif xalq səhnələri tamaşalarını, qədim xalq oyunlarını (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq–aşıq, molla mindi) böyük həvəslə canımıza hopdurduq.

Respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova öz məlahətli səsi ilə hamımıza mənəvi qida verdi. Aşıq Solmaz Kosayevanın özünün sazının səsi dağlara yayıldı, əks-səda verdi. Ruhumuz təzələndi. Yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklərdovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar sair) gözümüzü-könlümüzü oxşadı.

Tətbiqi sənət nümunələrinin nümayişi satış–sərgisi turistlərin diqqətini daha çox çəkdi. Qoçların, qurdbasarların (çoban itlərinin) yerli yorğa atların sərgi müsabiqəsi çox maraqlı keçdi. Yaylaq spesifik kənd təsərrüfatı mallarının yarmarkası iştirakçıların xüsusi diqqətində oldu. Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən at yarışları (müxtəlif məsafə kateqoriyalarda), milli güləş yarışı, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlar böyük maraqla qarşılandı.

Festivalın gedişində inək, qoyun-keçi otardılar, onları sağdılar, ot biçib taya düzəltdilər, nehrə çalxaladılar, milli xörəklər bişirdilər dəyədə gecələdilər. Həmçinin bölgənin məşhur yerlərinəKoroğlu qalası, Mahrasa məbədi, Qız qalası digər məkanlara turlar, at gəzintiləri, “Alman izləriadlı xüsusi ekskursiyalar təşkil olundu.

Olduqca maraqlı bir festival oldu. Festival üçün Gədəbəy rayonunun seçilməsi çox uğurlu idi. Çünki Gədəbəy, nəinki Azərbaycanın, hesab edirəm ki, dünyanın ən gözəl, ən füsunkar bölgələrindəndir. Bu diyar gözəl, əsrarəngiz təbiətə malikdir. Ölkəmizin dilbər güşəsi olan Gədəbəy yeraltı yerüstü təbii sərvətlərlə zəngindir. O cümlədən, qızıl, mis s. yataqları ilə məşhurdur. Tarixdən məlumdur ki, məşhur Simens qardaşları bu rayonda mis mədənlərinin istismarından külli miqdarda gəlir əldə etmişlər. Yəni, həm tarixilik, həm gözəllik, həm zənginlik baxımından festival üçün məhz Gədəbəyin seçilməsi çox uğurlu variantdır.

Bu festival həm ölkəmizin, onun adət-ənənələrinin, keçmişinin, zənginliyinin təbliği deməkdir. Burada olan insanlar, yaxından-uzaqdan gələnlər bir daha Azərbaycanın tarixi, keçmişi, ədət-ənənələri ilə tanışlıq imkanı əldə etdilər. Bu, eyni zamanda, turizmin inkişafı, ölkəmizə turist axınının gücləndirilməsi üçün əlavə bir şansdır. Ona görə bundan yararlanmalı, ölkəmizi təbliğ etməli, bu festivalın ənənəvi hal almasına çalışmalıyıq.

Bütövlükdə, burada olduğum müddətdə unudulmayacaq anlar yaşadım. Yeri gəlmişkən, deyim ki, qədimdə nənələrimiz nehrə çalxalayıb, təbii yağ ayran hazırlayar, ayranı isə qaynadıb ya şor, ya da parça torbalara töküb, yağsız süzmə edərdilər.Təbii qidalanma sağlam həyat tərzi üçün vacibdir. İndi isə geniş şəkildə palma tərkibli yağlar, fast- fud yeməklər, mayalı çörəklərdən istifadə edilir. Bu da mədə -bağırsaq xərçənginin yaranmasına səbəb olur.

...Möhtəşəm keçən bu festivalın təşkilində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin böyük təşkilatçılıq bacarığını qeyd etmək yerinə düşər. Rayonla yaxından əlaqəsi olan şəxs kimi deyə bilərəm ki, İ.Mustafayev Gədəbəydə bir sıra uğurlu layihələr həyata keçirməklə, sakinlərin dərin hörmətini qazanıb. Fəxr edirik ki, ilk dəfə Gədəbəydə keçirilən Milli Yaylaq Festivalı tarixi yaddaşımıza yazıldı. Növbəti belə festivalı Qarabağda, Şuşada keçirmək arzusu ilə Gədəbəydən ayrıldıq.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2019.- 2 avqust.- S.3.