“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 344 

Bakı şəhəri, 6 avqust 2019-cu il

 

“Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 may tarixli 687 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 2, maddə 222; 2016, ¹ 9, maddə 1577, ¹ 12, maddə 2215) ilə təsdiq edilmiş “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.2.2-2-ci yarımbənd əlavə edilsin:

“2.2.2-2. Vahid “G2B” (dövlət-biznes) elektron reyestri.”.

2. 2.3.24-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. Bu Qaydaların 2.2.2-2-ci yarımbəndində qeyd olunan bölməyə dövlət qurumlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər barədə məlumatlar və verdikləri hüquqmüəyyənedici sənədlər daxil edilir (Bu Qaydaların 2.2.1-2.2.2-1-ci və 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş bölmələrə daxil edilən məlumatlar əsasında).”.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 8 avqust.- S.3.