“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin
tənzimlənməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 347
Bakı şəhəri,
7 avqust 2019-cu il
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 9, maddə 755; 2005, ¹ 12, maddə 1224; 2007,
¹ 2, maddələr 180, 186; 2008, ¹ 2, maddə 120, ¹ 7, maddə 688; 2013, ¹ 12, maddə 1631; 2018, ¹ 2, maddə 344, ¹ 3, maddə 609; 2019, ¹ 2, maddə 367) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:
2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.-
9 avqust.-
S.3.