“İşədüzəlmədə
vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin
reyestrinin aparılması qaydası və
həmin hüquqi şəxslərə dair tələblər”in təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 349
Bakı şəhəri,
8 avqust 2019-cu il
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər” təsdiq edilsin (əlavə olunur).
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.-
11 avqust.- S.4.