“Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 aprel tarixli 137 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

 AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 353 

Bakı şəhəri, 9 avqust 2019-cu il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 aprel tarixli 137 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 4, maddə 734) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Komissiyada baxılan təklif və vəsatətlər məqsədəuyğun hesab edildikdə, bu barədə Komissiyanın sədri tərəfindən Azərbaycan Respublikasının Baş Nazirinə müraciət olunur. Hazırlan-mış təkliflər (layihələr) Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilir.”.

2. Aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

“5. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmişİcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 11 avqust.- S.4.