Azərbaycan Respublikası Nazirlər
Kabinetinin “Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında”
2014-cü il 17 iyun tarixli 196 nömrəli və “Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın
təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında
dəyişiklik edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 356
Bakı şəhəri,
14 avqust 2019-cu il
“Mədəniyyət
və turizm sahəsində dövlət
idarəçiliyinin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının
2.7-ci bəndinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, № 6, maddə
749; 2015, № 3, maddələr 333, 338, № 4, maddə 455, № 6, maddə
801, № 10, maddə 1220, № 11, maddə
1425; 2016, № 6, maddə 1195, № 10, maddə 1731, № 11, maddə
1944, № 12, maddə 2243; 2017, № 4, maddə 635, № 11, maddə
2174; 2018, № 6, maddə 1353,
№ 9, maddə 1951; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 iyun tarixli 262 nömrəli Qərarı)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nın
“I. Büdcədən maliyyələşdirilən
qurumlar” bölməsinin
2.53-cü, 2.78-ci, 2.81-ci, 6.29-cu bəndləri
və 5.32.6-cı, 5.40.10-cu yarımbəndləri ləğv
edilsin.
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, № 6, maddə
1354, № 9, maddə 1909; 2019, № 2, maddə 352, № 4, maddə
754) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na
aşağıdakı məzmunda
5.3-5.8-ci bəndlər əlavə
edilsin:
“5.3. Lahıc Tarix-Diyarşünaslıq
Muzeyi.
5.4. Şəki Tarix-Diyarşünaslıq
Muzeyi.
5.5. Şəki Xalq Tətbiqi Sənəti Muzeyi.
5.6. Şəki Dövlət Rəsm Qalereyası.
5.7. Basqal qəsəbə Mədəniyyət Evi.
5.8. Xınalıq kənd
Mədəniyyət Evi.”.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.- 16 avqust.- S.2.