Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Dəniz
limanları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi
aktların təsdiq edilməsi və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və
“Elektron
xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli
qərarında dəyişiklik edilməsi barədə”
2015-ci il 8 iyul tarixli 262 nömrəli və “Limanlarda
qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin
təmin edilməsi Qaydası”nın təsdiq edilməsi
haqqında” 2015-ci il 1 oktyabr
tarixli 313 nömrəli qərarlarında
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 361
Bakı şəhəri, 17 avqust
2019-cu il
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 7, maddə 893) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin aparılması Qaydası” üzrə:
1.1.1. 1.2-ci bənddə “Dövlət Dəniz Administrasiyası (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə, 3.1-ci bənddə “Administrasiya” sözü “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə, 3.3-cü bənddə, 3.8-ci bəndin birinci və ikinci cümlələrində, 3.10-cu bəndin ikinci cümləsində (hər iki halda), 3.12-ci bəndin birinci cümləsində, 4.1-ci, 5.2-ci bəndlərdə, 5.5-ci bəndin ikinci cümləsində, 5.8-ci, 5.9-cu, 5.10-cu, 6.2-ci və 6.3-cü bəndlərdə ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
1.1.2. həmin Qaydaya 1 nömrəli əlavənin mətnində “DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI” sözləri “NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri ilə, “ADMINISTRATION” sözü “AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES” sözləri ilə, “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, “Administration” sözü “Agency under the Ministry of Transport, Communications and High Technologies” sözləri ilə, “Administrasiyasının rəisi” sözləri “Agentliyinin direktoru” sözləri ilə və “Head of the State Maritime Administration” sözləri “Director of the State Maritime Agency” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Gəmi agenti haqqında Əsasnamə”nin 2.3-cü bəndində “Dövlət Dəniz Administrasiyasından (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyindən (bundan sonra – Agentlik)” sözləri ilə, 2.6-cı bəndinin birinci və ikinci cümlələrində, 2.7-ci, 2.9-cu bəndlərində və 2.5.4-cü, 4.1.1-ci, 4.1.15-ci yarımbəndlərində ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
1.3. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə Qaydası” üzrə:
1.3.1. 2.1-ci bəndində “Dövlət Dəniz Administrasiyası (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə, 2.3-cü, 2.5-ci bəndlərində, 3.1-ci bəndinin birinci cümləsində, 3.6-cı, 3.7-ci, 3.12-ci, 3.13-cü bəndlərində, 3.15-ci bəndinin birinci və ikinci cümlələrində, 3.16-cı, 3.18-ci, 3.19-cu, 4.1-ci, 4.2-ci, 4.3-cü, 4.4-cü bəndlərində, 4.5-ci bəndinin birinci cümləsində, ikinci cümləsində (hər iki halda), 4.6-cı bəndində, 4.2.3-cü yarımbəndində və 3.3.1-ci yarımbəndinin 3-cü abzasında, 3.3.2-ci yarımbəndinin 2-ci abzasında ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
1.3.2. həmin Qaydaya əlavənin mətnində “DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI” sözləri “NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri ilə, “ADMINISTRATION” sözü “AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES” sözləri ilə, “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnolo-giyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, “Administration” sözü “Agency under the Ministry of Transport, Communications and High Technologies” sözləri ilə əvəz edilsin.
2. “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 oktyabr tarixli 313 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1227) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası”nın 2.1-ci bəndinin birinci cümləsində “Dövlət Dəniz Administrasiyasına (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə, ikinci cümləsində, 2.2-ci bəndinin birinci və ikinci cümlələrində, 2.3-cü, 2.4-cü, 4.2-ci bəndlərində, 4.3-cü bəndinin birinci cümləsində, 4.7-ci, 4.9-cu bəndlərində və 4.8.3-cü, 4.8.4-cü, 4.10.6-cı, 4.10.7-ci, 4.11.2-ci yarımbəndlərində ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 20 avqust.- S.2.