“Atlant” İstirahət və
Əyləncə Mərkəzi
turizmin inkişafına
öz layiqli töhfələrini verir
Turizm
ölkəmizin sürətli
inkişafının prioritet sahələrindən
biridir. Şübhəsiz ki, son
illər turizm sahəsində
qazanılan nailiyyətlərdə bu sahədə fəaliyyət göstərən
şirkətlərin, istirahət və əyləncə
müəssisələrinin müstəsna rolu var. Onların
sırasında turistlərə yüksək xidmət səviyyəsi
ilə seçilən Xaçmaz rayonunun Nabran qəsəbəsindəki
“Atlant” İstirahət və Əyləncə Mərkəzinin
fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Mərkəzin
rəhbəri Tahir Qədəşov 2000-ci ildən turizm sahəsində
fəaliyyət göstərir. Prezident İlham Əliyev 26 sentyabr 2017-ci il tarixli sərəncamı
ilə ölkədə turizmin inkişafındakı xidmətlərinə
görə onu “Tərəqqi” medalı ilə təltif
etmişdir.
Tahir
müəllim son illər bu istirahət mərkəzində,
eləcə də ölkədə turizmə göstərilən
dövlət qayğısından danışarkən dedi ki,
cənab Prezident 2006-cı ildə şimal bölgəsinə
səfəri zamanı “Atlant”la da tanış olub. Dövlət
başçısı burada yaradılan şəraiti yüksək
qiymətləndirərək, turizmin inkişafı
üçün ölkəmizdə kifayət qədər
potensialın olduğunu, istirahət mərkəzinin genişləndirilməsinin
vacibliyini bildirdi və turizmin gələcək tərəqqisi
üçün səylərin daha da
artırılmasını tövsiyə etdi. Həmin gün
bu istirahət ocağının tarixində ən qiymətli
səhifədir. Dövlətimizin
başçısının tapşırıq və
tövsiyələri o gündən fəaliyyət
proqramımıza çevrilib.
“Atlant” mərkəzi son illər
tamamilə yenilənib. Böyüklər və uşaqlar
üçün yeni hovuzlar tikilib, akvaparklar inşa olunub.
Altımərtəbəli 120 yerlik otel istifadəyə verilib.
Bu gün “Atlant” kifayət qədər turist qəbul etmək
imkanına malikdir. Ərazisi 14,6 hektar olan “Atlant” İstirahət
və Əyləncə Mərkəzi ilin bütün fəsillərində
turistləri qəbul etməyə hazırdır. Bu şəraitin
yaradılmasında ölkə başçısının dəstəyini
hər zaman hiss etmişik. Qeyd edim ki, fəaliyyətimiz həmişə
yüksək qiymətləndirilib, Mədəniyyət, Gənclər
və İdman nazirliklərinin, “Consulting Biznes”
jurnalının fəxri fərmanları ilə təltif
olunmuşuq.
Söhbət
zamanı T. Qədəşov Prezident İlham Əliyevin bu
sözlərini diqqətə çatdırdı: “Turizmin
inkişafı növbəti reallıqdır. Son bir-iki il ərzində
bu sahədə sürətli inkişafı
görürük. Yerlərdəki turizm mərkəzlərində
mənə deyirlər ki, xüsusilə yay aylarında və əsas
turizm mövsümündə otellərdə yer olmur. Ona
görə, yeni otellərin tikintisi mütləq təmin edilməlidir.
Yerli icra orqanları şərait yaratmalıdırlar, yerlər
ayırmalıdırlar və özəl sektor bu sahəyə
fəal investisiya qoymalıdır”.
Həqiqətən də belədir.
Biz turizmin inkişafı üçün ölkəmizin
potensialından tam istifadə edə bilmirik. Amma bu sahədə
həyata keçirilən tədbirlər onu deməyə əsas
verir ki, Azərbaycan yaxın dövr ərzində bu sahədə
əhəmiyyətli nailiyyətlər qazanacaq və
inkişaf etmiş turizm ölkələri sırasına
qatılacaq. Bu, şübhəsizdir. Dövlətimiz turizm sənayesinin
gələcəkdə daha da sürətli tərəqqisinin
təminatı üçün hər cür şərait
yaradır.
Həmsöhbətim
bildirir ki, turizmin inkişafı ilə bağlı son vaxtlar
ölkə Prezidenti bir neçə sərəncam
imzalayıb və onların icrası istiqamətində tədbirlər
həyata keçirilib. Dövlətimizin
başçısının 2016-cı il 1 sentyabr tarixli
“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi
və “ASAN viza” sisteminin yaradılması haqqında”, habelə
20 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasına turist
axınının sürətləndirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında” sərəncamları
ölkədə qeyri-neft sektorunun perspektivli sahələrindən
olan turizmin inkişafına əhəmiyyətli təsir
göstərib. Cənab Prezidentin də qeyd etdiyi kimi, “ASAN
viza” sistemi ölkəmizə səfər edən əcnəbi
vətəndaşların sayının qısa müddətdə
sürətli artımını təmin edib. Biz də bunu
hiss edirik. Bu gün “Atlant”a gələn xarici turistlərin
sayının kifayət qədər artması bunun əyani təzahürüdür.
Turizm sahəsində
sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi
ilə bağlı fikirlərini də bizimlə
bölüşən şirkət rəhbəri dedi: “Strateji
Yol Xəritəsində qeyd olunur ki, ölkədə turizm
infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq
standartlara cavab verən turizm xidmətlərinin
formalaşdırılması bu sahənin qanunvericilik
bazasının və dövlət tənzimlənməsi
mexanizmlərinin təkmilləşdirilməsini, mövcud
turizm potensialından istifadə imkanlarının genişləndirilməsini,
regionlarda turizm fəaliyyətinin
stimullaşdırılmasını, yeni turizm
marşrutlarının yaradılmasını, habelə rəqabətədavamlı
qiymət təklifinin təminatını zəruri edir. Bu məqsədlə
“Azərbaycan Respublikasında turizmin inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” Prezidentin
1 sentyabr 2016-cı il tarixli sərəncamında müvafiq
dövlət qurumlarına bir sıra tapşırıqlar
verilib. Bütün bunlar turizm sektorunda əsaslı yeniliklərin
olacağına ümidləri artırır”.
Azərbaycanda
sahibkarlığın inkişafı və təşəkkül
tapması ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Ümummilli liderimiz azad
sahibkarlığın inkişafına daim diqqət göstərib
və ölkənin gələcək iqtisadi
inkişafının məhz özəl sektorla bağlı
olduğunu vurğulayıb: “Sahibkarlığın inkişaf
etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar
iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”.
Azərbaycan
sahibkarları hazırda dövlət başçısı cənab
İlham Əliyevin hərtərəfli diqqət və
qayğısı ilə əhatə olunubdur. İş
adamları bundan ruhlanaraq qeyri-neft sektorunun inkişafında, əhalinin
daimi iş yerləri ilə təmin olunmasında, ölkəmizin
ixrac potensialının artmasında və sosial layihələrin
icrasında fəallıq göstərir, bütün səylərini
Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə,
ölkəmizin daha da qüdrətlənməsinə səfərbər
edirlər.
Tahir
müəllim bildirdi ki, cənab Prezident
çıxışlarında dəfələrlə
sahibkarlıq sahəsində yoxlamaların aparılmasına
münasibət bildirib. Ölkə başçısı 20
oktyabr 2015-ci ildə “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların dayandırılması haqqında” Qanunun tətbiqi
və sahibkarlıq sahəsində aparılan yoxlamaların
dövlət tənzimlənməsinə dair əlavə tədbirlər”
barədə fərman imzalayıb. Bunun biz sahibkarlar
üçün çox mühüm əhəmiyyəti var.
Belə ki, əvvəllər 14 təşkilatdan yoxlama gəlirdi.
Onlarla işləmək həm vaxt aparırdı, həm də
müəyyən çətinliklər ortaya
çıxırdı. Bu da işin səmərəli təşkilini
çətinləşdirirdi. İndi artıq bu maneələr
arxada qalıb. 2021-ci ilə qədər belə yoxlamalar
dayandırılıb. Yalnız vergidən gələn
yoxlamalar istisna təşkil edir.
Tahir müəllim onu da dedi ki, yeni
iş yerlərinin yaradılmasında, insanların işlə
təmin olunmasında bölgələrdə yaradılan
biznes obyektləri əhəmiyyətli rol oynayır.
Qeyd etdi ki, “Atlant” turizm mərkəzi dənizin sahilindədir. Burada əsasən yay turizmi üçün əlverişli şərait var. Qışda da turistləri qəbul edirik. Onların istirahəti üçün lazımi tədbirlər görürük. Gələcəkdə qış turizmi üçün yeni avadanlıqlar quraşdırmaq, xizək idmanı üçün şərait yaratmaq mümkündür. Buna isə vaxt və vəsait lazımdır.
Bu gün turistlərə yüksək səviyyəli xidmət təklif edirik. Bu baxımdan mərkəzimiz, mən deyərdim ki, Türkiyənin Antalya bölgəsindəki turizm obyektləri ilə müqayisə olunan səviyyədədir. Düzdür, bəzi xidmətlərdə biz Türkiyədən geri qalırıq. Bunun da səbəbləri var. Birinci səbəb odur ki, bizdə turizm mövsümü çox qısadır, təxminən iki ay təşkil edir.
Tahir müəllim qiymətlərlə bağlı da məlumat verdi. Dedi ki, turizmlə bağlı keçirilən bir çox tədbirlərdə bu mövzunun müzakirəsinin şahidi olmuşam. Amma bu müzakirələrdə əksər vaxt bölgələrdə yerləşən turizm mərkəzlərinin rəhbərləri iştirak etmir və məsələnin əsas məğzi də bilinmir. Bizdə qiymətlər yetərincə aşağıdır.
Bu gün məqsədimiz ölkə Prezidentinin turizmin inkişafı ılə bağlı tapşırıq və tövsiyələrıni davamlı olaraq yerinə yetirməkdən ibarətdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 24 avqust.- S.7.