Vasili Şukşin–rus milli
ruhunun canlı təcəssümü
Rus yazıçısı, ssenarist, rejissor və aktyor Vasili Makaroviç Şukşinin anadan olmasından 80 il
ötür. Bu gün onun əsərləri
həvəslə oxunur,
filmləri böyük
maraqla baxılır. V.Şukşin 1929-cu ildə Altay əyalətində (Biysk rayonu,
Srostki kəndi) anadan olmuşdur. M. Şoloxovun təbirincə
desək, 30 yaşınadək
“namərdcəsinə tənbəllik
etmiş”, altmışıncı
illərin əvvəlindən
meydana çıxan bu ədib dövrünün
rus kəndini bədii şəkildə
canlandıran əsərlər
yazmağa başlayıb.
1963-cü ildə “Gənc qvardiya” nəşriyyatı onun “Kənd sakinləri” adlı ilk toplusunu nəşr edir. Sonra isə ədəbi hadisəyə çevrilən
və ciddi müzakirələrə səbəb
olan “Xarakterlər” adlı hekayələr toplusu çap olunub. Öz məşhur müəllimi
M.Romm kimi teatrı sevməyən bu ədibin “Enerjili adamlar” pyesi Moskvada Böyük Teatrda (Q. Tovstonoqov tərəfindən)
tamaşaya qoyulur (və son məşqdə
iştirak edərkən
aldığı zövq,
onu teatra bağlayıb. “Novıy mir” jurnalı o dövrün “ədəbi
bombaları” effekti verən “Əla sürücü” və “Qrinka Malyugin” hekayələrini dərc edir.
Xatırladaq ki, onun bu hekayələr əsasında yazdığı
“Belə bir oğlan yaşayır” adlı ilk ssenarisi əsasında çəkilmiş
“Kalina krasnaya” (“Qırmızı başınağacı”)
filmi Bakıda keçirilən (1974) VII Ümumittifaq
kinofestivalında birinci
yerə layiq görüldü (münsiflər
heyətinin rəyi belə idi: “Yazıçı, rejissor,
aktyor Şukşinin fitri və parlaq
istedadı nəzərə
alınmaqla, festivalın
baş mükafatı,
“Mosfilm”in “Qırmızı
başınağacı” filminə
verilir”).
Həmin kinofestivalın iştirakçısı
kimi deyə bilərəm ki, o günlər kinoteatrlarımızda
ayaq basmağa yer yox idi. O vaxt
film haqqında maraqlı
resenziyalar çap olunurdu. Tənqidlər də, təriflər
də deyilirdi.
Özü filmin yaradılması barədə danışarkən
deyirdi ki, filmi yaradarkən heç bir əziyyət çəkməyib. Ancaq “Qırmızı başınağacı”nın Şukşinə
hədiyyə verildiyini
də söyləmək
olmaz. “Bir
həyat həqiqətləri
var və bir də sənət
həqiqətləri. Həyat həqiqətləri materialda
toplanır, amma sənət varmı, bunu hələ anlamaq lazımdır”, – deyə Sergey Bondarçuk
yığılmış material haqqında bildirirdi. Filmin müzakirələri
zamanı Şukşinin
“əlləri stolun üstündə titrəyirdi”,
- deyə onun operatoru Anatoli Zabolotski xatırlayır:
“Bondarçuk daha sonra fikirlərini müəllifə izah etdi, lakin film nəzarətçiləri artıq
şübhə altına
alınan hər şeyi redaktə etməyə başlamışdılar.
Sovet kinosunda həbs cəzası motivləri pis, əlverişsiz mövzu sayılırdı.
Şukşindən də çəkinir,
ondan təhlükəli,
səs-küy salan kadrlar gözləyirdilər”.
Məlumat üçün bildirək
ki, bu yaxınlarda
doğma kəndində
Şukşinə ucaldılmış
abidə də onu obrazını belə göstərir – ayaqyalın, yüngül və sadə geyinmiş halda. O, torpağın
üstündə oturub
hər iki əli ilə ondan bərk-bərk yapışmışdır.
“Qırmızı başınağacı”
filmində Şukşin
Rusiya üçün
iki əsas mövzuya toxunmuşdu – kəndlər və həbsxanalar. O, bütün həyatı boyu bu mövzuya müraciət edən ilk rejissor idi. Sovet mədəniyyətini
təbliğ edənlərin
bir çoxu sovet hakimiyyəti dövründə bu mövzuya birbaşa deyil, dolayısı ilə toxunmuşdular.
Həddindən çox
adamın qohumları və tanışları məhbəsə düşmüşdülər . Kinoşünas Denis Qorelov bütün bunları “KP”-nin
“Ulu sovet filmləri” kolleksiyasına
daxil etmək üçün müfəssəl
surətdə araşdırıb
kitabçaya köçürmüşdü.
Amma bütün bunların hamısı ümummilli sevgi qazanmaq üçün kifayət
deyildi.
Tənqidçilər deyirdilər ki,
“Qırmızı başınağacı”
həm də iradə və həsrət haqqında filmdir. “Yeqor
Prokudin keçmiş
sui-qəsdçilərin əlində
ölür. Amma
o, başqa hadisədən
də ölə bilərdi: çünki ölümə doğru gedirdi. Həyatdan bərk yapışmağa
çalışsa da,
barmaqları sürüşür.
Nə çoxdan arzuladığı
azadlıq eşqi, nə sevgi, nə məişət rahatlığı, nə
də səliqə-sahman
ona keçmişini unutdura bilmir. Gah qaranlıq keçmişi,
gah həyatda işinin gətirməməsi,
gah tale onu ölümə sürükləyir.
Onun sadə adı “qəm” sözünün anoqramması idi. Özünə sadəcə ölüm
axtarır” - deyə Şukşin bildirirdi.
“Qırmızı
başınağacı”nın
premyerasından bir neçə ay sonra onun müəllifi miokard infarktından vəfat etdi. Onun həmkarı və dostu - filmdə Prokudini öldürən Corc Burkov Şukşini
ölmüş vəziyyətdə
tapdı. Şukşinin ölümü onun qəhrəmanının ölümü
ilə üst-üstə
düşdü, nəticədə
onu tənqid edənlər kəskin şəkildə susdular.
Dostlarından biri yazır: “Qırmızı başınağacı”nın çəkilişləri
zamanı Volodya (Şukşin) Voloqdada mənim evimdə olurdu. O, stul arxasına keçib qəhvə içdi, sonra siqaret çəkdi.
Və məni bəzilərinin onun haqqında yazdıqları
uyğunsuzluqlar heyrətləndirirdi…
O, kəndli kimi təsvir olunurdu… Bəziləri onu sibirli kimi, ya bir
oğru, başkəsən,
ya da qaba
kəndli kimi qeyd edirdilər. Sibirlilərin özləri
sataşmağı çox
sevirlər… Belə ki, mənim qarşımdakı masada təkcə öz davranışlarında
deyil, öz manerası, zahiri görünüşü ilə
bir ziyalı oturmuşdu. Zərif bir üz… onda hər şey
bir-birinə uyğun
idi. O, az
danışır, amma
fəal ünsiyyət
qururdu… mən bu insanla ünsiyyət
qurmaqdan böyük xoşbəxtlik hissi duyurdum. O, mənim yaddaşımda əbədi
belə qalacaq…”
Alman kinorejissoru Rayner Verner Fassbinder 10 sevimli filmi arasına “Qırmızı başınağacı”nı daxil edib. Bu siyahıda
həmçinin Pyer
Paolo Pazolini tərəfindən
Lukino Viskontinin “Tanrıların ölümü”,
“Piy və ya Sodomun 120 günü” və Hovard Havks tərəfindən
çəkilmiş “Cənablar
sarışınlara üstünlük
verir” filmləri də yer tutur.
Rusiya mədəniyyətinə və...
rus adına
kifayət qədər
şan-şöhrət gətirmiş
bu fenomeni hökumət yalnız ömürünün sonuna
bircə il qalmış (1973) görür;
bu məşhurlar məşhuru ailəsilə
yaşadığı çox
darısqal bir mənzildən şəraitcə
rahat və geniş, ünvanca məşhur bir mənzilə köçürülür,
1974-cü il oktyabrın
2-də isə bu dünyadan köçür...
Rusiyanın “təmiz ictimaiyyət”i
arasında söz gəzirmiş ki, bu cəsarətli yazıçı öz əcəli ilə ölməyib, onu aradan götürməklə
“rus ruhunu sındırmaq istəyən”
sovet hakimiyyətinin əli ilə öldürülüb. Necə
ki, bu “qəribə”
ədib-kinematoqrafın ölüm
ildönümü ilə
bağlı keçirilən
qəribə mətbuat
konfransında (içkili
və öncə jurnalistləri təhqir edən) “keqebeşnik” A.P.Çornı çıxışının
sonunda belə bir sensasion bəyanat
vermişdi: “Şukşin
öz əcəli ilə ölmədi! Mən bir neçə
il bundan
öncə Piket dağında uca səslə Şukşinin
öldürüldüyünü qışqırdım. Bundan sonra
mənə qarşı
sui-qəsd edildi, lakin mən sağ qaldım. Sonralar rastlaşdığım
bir KQB polkovnikindən
məni niyə öldürmədiyini soruşduqda
cavabı çox qısa oldu: “Həqiqətə görə
heç kəs öldürülmür”...
Məncə, bu “elannamə”
onun milyonlarla tamaşaçı ovsunlamış
“İki Fyodor”, “Belə
bir oğlan yaşayır”, “Məni işıqlı gələcəyə
çağır”, “Qırmızı
başınağacı” filmlərinə
də aiddir...
Qısa
ömrünün yarıdan
çoxu şəhərdə
keçən Şukşin
əsl kəndçi
həyatı yaşadı
və ətrafındakı
“sivil”lərdən çox
sevilən bir “əyalətçi” kimi öldü...
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 25
avqust.- S.6.