“Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 365
Bakı şəhəri,
22 avqust 2019-cu il
“Publik
hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının
2.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
1.
“Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi”
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət
İqtisad Universitetinin “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlərinin
görməsini təmin etsin.
3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 25 avqust.-S.2.