“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ­2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 372   

   Bakı şəhəri, 28 avqust 2019-cu il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 6, maddə 749; 2015, ¹ 3, maddələr 333, 338, ¹ 4, maddə 455, ¹ 6, maddə 801, ¹ 10, maddə 1220, ¹ 11, maddə 1425; 2016, ¹ 6, maddə 1195, ¹ 10, maddə 1731, ¹ 11, maddə 1944, ¹ 12, maddə 2243; 2017, ¹ 4, maddə 635, ¹ 11, maddə 2174; 2018, ¹ 6, maddə 1336, ¹ 9, maddə 1951; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 iyun tarixli 262 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “II. Təsərrüfathesablı qurumlar” bölməsinin “6. Mədəniyyət və istirahət parkları” hissəsi ləğv edilsin.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 29 avqust.- S.2.