Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Doktorantlara,
ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin,
həmçinin Azərbaycan Milli Elmlər
Akademiyasının magistratura səviyyəsinin
tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi
Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 375
Bakı şəhəri, 30 avqust
2019-cu il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 380; 2017, ¹ 4, maddə 672, ¹ 5, maddə 1010, ¹ 10, maddə 1918; 2018, ¹ 11, maddə 2432, ¹ 12 (II kitab), maddə 2741; 2019, ¹ 4, maddələr 735, 762) ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.2. Bu Qayda Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları çərçivəsində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqaüdlərin təyin olunması və ödənilməsi həmin təhsil qrantlarının verilməsi qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində başqa qayda nəzərdə tutulmadıqda, həmin müqavilələrə əsasən təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün təqaüdlər onların faktiki sayına bərabər miqdarda təyin olunur və bu Qaydaya (1.9-cu, 2.4-2.5-ci, 2.7-2.15-ci bəndlər istisna olmaqla) uyğun olaraq ödənilir.”;
1.2. 2.4-1-ci bəndin ikinci abzasının üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
“Ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılır.”.
2. Bu Qərarın 1.2-ci bəndi 2019-cu il 1 iyul tarixindən tətbiq edilir.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.-31 avqust.- S.3.