Bakı–Bordo qardaşlığının 40 ili

 

Azərbaycanın paytaxtı Bakı Fransanın Bordo şəhərləri arasında qardaşlıq əlaqələrinin yaranmasının 40 illiyi tamam olur. Bakı Şəhər İcra Hakimiyyətinin Fransa Respublikasının Azərbaycandakı səfirliyinin dünyaca məşhur Nobel qardaşlarının Ağşəhərdə yerləşən ev muzeyində təşkil etdiyi mərasimdə bu əlamətdar hadisə iki ölkənin rəsmi şəxslərinin, elm, ədəbiyyat, mədəniyyət xadımlərinin, tanınmış idmançıların əməkdaşlıq qurmuş adamlarının iştirakı ilə sayğı məmnunluqla qeyd edilmişdir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, qonaqları salamlayan Fransanın Azərbaycandakı səfiri Zakari Qrosa Fransa-Azərbaycan əlaqələrinin iki şəhər arasında qardaşlaşma yaradılmasının tarixi barədə məlumat vermişdir. O, Bakı ilə Bordonun sıx əməkdaşlığının ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə yeni töhfələr verəcəyinə əminliyini ifadə etmişdir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirmişdir ki, Fransa Azərbaycanı bağlayan tellərin tarixi daha qədim əhatəlidir. Hələ 1708-ci ildə Səfəvilər imperiyası ilə Fransa Krallığı arasında diplomatik əlaqə yaradılmış müqavilələr bağlanmışdır. Qacarlar dövləti bu Avropa ölkəsi ilə əməkdaşlığı davam etdirmişdir. Azərbaycan dövlətçiliyinin bərpa edilməsində önəmli xidmətləri olmuş bir sıra simalar Fransada təhsil almış, bu ölkənin qabaqçıl maarifçilik demokratiya ideyalarından dərs almışlar. Tarixi Paris sülh konfransı zamanı Fransa paytaxtı Azərbaycan Xalq Cünhuriyyətinin nümayəndə heyətinə isti qucaq açmış, AXC-nin süqutundan sonra bu şəhər siyasi mühacirətimizin mərkəzi olmuşdur.

Qeyd edilmişdir ki, Fransa--Azərbaycan əlaqələri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra hərtərəfli inkişaf yoluna çıxmışdır. 1993-cü ildə ümuimmilli lider Heydər Əliyevin Fransaya rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açmış, onun hüdüdlarını genişləndirmişdir. Prezident İlham Əliyev dəfələrlə Fransaya, bu ölkənin dövlət hökumət başçıları isə Azərbaycana səfərlər etmişlər. Heydər Əliyev Fondu Fransa-Azərbaycan humanitar əlaqələrinin inkişafında önəmli işlər görmüşdür. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın səyləri nəticəsində Fransa Dövlət Şərq Dilləri Mədəniyyətləri İnstitutunda (İNALCO) Azərbaycan dili fakültəsi açılmış, iki ölkə prezidentlərinin təşəbbüsü ilə Bakıda Azərbaycan-Fransa Universiteti yaradılmışdır. Heydər Əliyev Fondu 2007-ci ildə Parisdə Versal Sarayı parkındakı abidələrin, 2008-ci ildə isə Luvr muzeyinin bərpasında fəal iştirak etmişdir. Xalq diplomatiyası, turizm səviyyəsində əlaqələr sürətlə inkişaf edir.

Ötən 40 ildə Bakı Bordo şəhərləri arasında yaranmış əməkdaşlıq da bu gün uğurla davam edir, yeni forma məzmun kəsb edir. Qədimliyi orijinal gözəlliyi, dünyaya çıxışı olan limanı, iqtisadi sənaye potensialı ilə seçilən hər iki şəhərin arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün hüdudlar geniş, maraqlar böyükdür.

Bordo şəhərinin meri Nikolas Florenin mərasim iştirakçılarının diqqətinə çatdırılan təbrik məktubunda da qardaşlaşmanın əlamətdar tarixi ilə bağlı məmnunluq əlaqələrin sabahına bəslənən ümidlər ifadə olunmuşdur.

Sonda məşhur Bordo şərablarının təqdimatı keçirilmişdir.

 

 

R.TAHİR,

Xalq qəzeti.- 2019.- 3 dekabr. S. 6.