Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Yol
Hərəkəti Təhlükəsizliyi Komissiyası
üzvlərinin Siyahısı”nda dəyişiklik edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
¹ 466
Bakı şəhəri,
6 dekabr 2019-cu il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın “Komissiyanın sədri” bölməsinə “Azərbaycan Respublikası Baş Nazirinin müavini” sözlərindən əvvəl “Şahin Mustafayev -” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 8 dekabr.- S.2.