“Sığorta
haqqının dövlət büdcəsinin vəsaiti
hesabına ödənilməli olan hissəsinin
təmin edilməsi üçün aqrar
sığorta orqanının müraciətinə əlavə
ediləcək sənədlərin Siyahısı”nın təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı
№ 473
Bakı şəhəri, 11 dekabr
2019-cu il
“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının 2.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 14 dekabr.- S.4.