“Peşə və
kvalifikasiya standartının hazırlanması, yenidən
hazırlanması, təsdiq edilməsi, qeydiyyatının
aparılması və müddətinin uzadılması
Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 474
Bakı şəhəri,
12 dekabr 2019-cu il
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.13-cü bəndinə və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Peşə və kvalifikasiya standartının
hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi,
qeydiyyatının aparılması və müddətinin
uzadılması Qaydaları” təsdiq edilsin (əlavə
olunur).
Əli Əsədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzzeti.- 2019.- 17 dekabr.- S.12.