“İddia
sənədi üzrə məlumat axtarışının və
mahiyyətcə ekspertizanın aparılması
Qaydası”nın və “Dərc olunmuş
iddia sənədinin materialları ilə
tanışlıq Qaydası”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 478
Bakı şəhəri, 17 dekabr
2019-cu il
“Patent
haqqında”, “Əmtəə nişanları və coğrafi
göstəricilər haqqında” və “İxrac nəzarəti
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli Qanununun tətbiqi və
Azərbaycan Respublikası Prezidentinin “Patent haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci
il 19 avqust tarixli 755 nömrəli, “Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci
il 19 avqust tarixli 749 nömrəli və “İxrac nəzarəti
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” 2004-cü il 29 dekabr tarixli 167 nömrəli fərmanlarında
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 30 mart tarixli 600 nömrəli
Fərmanının 1.3-cü və 1.4-cü bəndlərinin
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).
Əli Əsədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 19 dekabr.- S.10.